Sevinc Osmanqızının “qarınağrısı” nədir?
09.11.2021 [17:36]
“Hakimiyyətdən yemlənənlər” sirləri açdılar…
Ötən gün Sevinc Osmanqızı bəzi internet televiziya kanallarını təhqir edib. O, canlı yayımda “Xural TV”, “Laf TV” və “ReaksiyaTV”ni bu günlərdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin saxlanma xəbərini mətbuatda məqsədyönlü şəkildə işıqlandırmaqda günahlandırıb. S.Osmanqızı adıçəkilən televiziya kanallarını “hakimiyyətdən yemlənənlər” adlandırıb.
Maraqlıdır, okeanın o biri tayında oturan bu aparıcının ölkəmizdəki internet kanallarını hədəfə almasında səbəb nədir?
Amerikan senatorlarından yemlənək?!
“Xural TV”nin təsisçisi Əvəz Zeynallı əsassız və gülməli iddialarla gündəmdə qalmağa çalışan aparıcının söylədikləri barədə “yeniazerbaycan.com”a açıqlama verib:
"Sevinc Osmanqızının son dedikləri barədə məlumatım var. Əli Əliyev həbs olunan kimi onun müavinləri məni xəbərdar etdilər və dərhal informasiyanı yaydıq. Yaymamalı idik? Ölkədə kim həbs olunursa, həmin hadisəni ictimailəşdiririk. Bu məsələni də ilk ictimailəşdirənlərdən biri mənəm. Bir çox qəzet və xəbər portalı da mənə istinadən həmin informasiyanı yayıb. Əli Əliyevin saxlanılma xəbərini vermədən öncə onun müavinləri və ailə üzvləri ilə danışmışam və məlumatı ictimailəşdirmişəm. Əli Əliyev saxlanıldığı müddətdə Vətəndaş və İnkişaf Partiyasının qərargahına getmişəm və oradan paylaşım edib Əli Əliyevin qərargahında olduğumu qeyd etmişəm. Sevinc Osmanqızı həmin gün səhərdən axşama qədər dəfələrlə mənə zəng edib, məndən informasiya almağa çalışıb. Onun qeyri-səmimi biri olduğu üçün telefonlarına cavab vermək istəmədim. Sonra S.Osmanqızının dəfələrlə zənglərindən bezib, cavab verməli oldum. Bir zamanlar o, “ANS TV”də çalışanda da bəzi problemlərimiz olmuşdu, onda da cavabını vermişdim. İndi isə yenə xislətinə uyğun olaraq bizə “hakimiyyətdən yemlənənlər” deyir. Yemlənən sözü uzun müddətdir ki, yadımdan da, leksikonumdan da çıxıb. Ümumiyyətlə, adam hansı sözü tez-tez işlədirsə, onun özü həmin mühitin içindədir, deməli, yemlənən özüdür. Özü konqresmenlərdən və senatorlardan yemlənən adamdır yəqin, yoxsa yemlənmək sözünü niyə işlətsin ki? Bu cür şəxslər nə istəyir, Azərbaycanı necə tanıyır, anlamıram. Sevinc Osmanqızı istəyir ki, kimlərinsə həbs xəbərini yaymayaq? Yaxud da belə informasiyaları yayırıqsa, deməli, hakimiyyətdən yemlənirik? Neyləyək, Amerikan senatorlarından yemlənək?! Həqiqətən də ayıbdır. Həmişə S.Osmanqızının qadın olduğunu nəzərə alıb müdafiəsinə qalxmışam, efirlərdə onun barəsində danışanda müdaxilə etmişəm. Dünənki çıxışından sonra "Ayıb deyil Sizə?" yazdım. Mənə cavab yazıb ki, “Mirşahini studiyaya çağırıb yalanlarını efirə verən yəqin mən olmuşam". Bu qadının düşüncəsinə görə, mən Mirşahindən müsahibə almamalı idim. Maraqlıdır ki, S.Osmanqızı Amerikada oturub bizə demokratiya dərsi verir, amma özü də kiminsə sözçüsüdür. Həqiqətən də olanlara çox təəssüf edirəm. Bu gün dəfələrlə zəng edib, canlı yayıma qoşmaq üçün dil tök, sabahısı gün isə dil tökdüyün adama "hakimiyyətdən yemlənən" de, böyük istedaddır. Bu hansı əxlaq və tərbiyəyə sığar? Qoy buna da Azərbaycan oxucuları və tamaşaçıları qərar versin...”
Onu ciddiyə almıram
“Reaksiya TV”nin baş direkoru Zaur Qəriboğlu isə bildirib ki, ümumiyyətlə, S.Osmanqızının yayımlarını izləmədiyini söyləyib: “Açığı son dedikləri barədə də məlumatım yox idi. Düşünürəm ki, onun belə fikirdə olmağının bir səbəbi var: Görür ki, bizi izləyənlərin sayı olduqca çoxdur. Məhz buna görə də belə fikirlər səsləndirir. Ümumiyyətlə, onu ciddiyə almıram”.
Bəs, Sevinci kim yemləyir?
S.Osmanqızının hər zaman sayaqladığını qeyd edən “LAF TV”nin təsisçisi Ləman Ələşrəfqızının sözlərinə görə, “LAF TV” hər zaman öz ayaqları üzərində dayanıb:
“Bu adam mən seçkidən qayıdıb gələndə də sayıqlayırdı. Yəni ki, “Ləman Ələşrəfqızı hökumətdən ev istədi vermədilər, indi də mandat istəyir vermirlər”. Ancaq dərk etməlidir ki, seçki rəqabətdir, mandat vermədilərlərsə, Ləman bir də seçkilərə qatılacaq. Adama deyərlər, “sənin qarnın niyə ağrıyır ki?”. Mənzilə gəldikdə isə, ömrüm boyu ev üçün kiməsə yalvarmamışam. Digər tərəfdən bu şəxs “ANS” kanalına gəlib və telekanalı dağıdıb. İndi isə gedib okeanın o tayında mələk donuna girib, amma iblisin özüdür. “ANS TV”nin bütün “qaymaqları” S.Osmanqızının ora baş redaktor gəldiyi vaxtlarda dağıldı. İndi isə “LAF TV” və adını çəkdiyi digər intrnrt tv-lərə “hakimiyyətdən yemlənirlər” deyir. Yaxşı olar ki, “LAF TV” Sevincin başına daş olub düşməsin. Çünki biz televiziyamızı dişimiz və dırnağımızla, boş cibimiz, amma dolu başımızla ayaqda saxlamışıq. Onun efirlərinə 1500-2000 nəfər baxır, “LAFTV” isə Sevinc kimi agent deyil və öz ölkəmizdə efirə çıxır. Bu şəxsin dərdi-səri baxış sayıdır. Əslində onun səviyyəsinə enib cavab vermək istəmirdim. Yaxşı olar ki, başını işlətsin və başqa şeylər haqqında düşünsün. Bizi hakimiyyət yemləsə belə, bilərəm ki, öz qanımız və canımız yemləyir. Bəs, Sevinci kim yemləyir? Fikrimcə, çox ürəkbulandırcı açıqlamadır. Nəyə nail olmaq istədiyi isə öz vicdanına qalır. Zaman kimin kim olduğunu göstərəcək,ən yaxşı güzgü elə zamanın özüdür”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

