2010-cu ilin birinci yarısı ölkəmiz üçün uğurlu olub
15.07.2010 [08:31]
Prezident İlham Əliyevin rəhbərliyi ilə irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da artmasına, davamlı inkişafın sürətlənməsinə və xalqın maddi rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. ölkə iqtisadiyyatının modernləşdirilməsi, diversifikasiya siyasətinin dərinləşməsi bütün sahələrdə dinamizmin təmin olunmasına və yeni inkişaf proqramlarının reallaşmasına əlverişli zəmin yaradıb. Bir sözlə, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin sosial-iqtisadi qüdrətini artırmaqda və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməkdədir.
2010-cu ilin birinci yarım ilində makroiqtisadi və sosial sabitliyin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, aztəminatlı qruplara dövlət qayğısının artırılması, infrastruktur layihələrinin davamlılığı, investisiyaların həcminin çoxalması müşahidə edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2010-cu ilin birinci yarısı ölkəmiz üçün uğurlu olub və Azərbaycan iqtisadiyyatı ən yüksək templərlə artıb. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan edib ki, bir çox ölkələrdə iqtisadi böhran meyilləri hələ də müşahidə olunsa da, respublikamızın iqtisadiyyatında dinamik inkişaf davam edib: “Azərbaycanda bütövlükdə bu il də keçən ildəki kimi uğurlu iqtisadi inkişaf davam etmişdir. Baxmayaraq ki, keçən il maliyyə və iqtisadi böhran dünyada gedən proseslərə çox güclü təsir göstərmişdir. Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyillər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır”.
Azərbaycan hökumətinin düşünülmüş iqtisadi siyasəti nəticəsində 2010-cu ilin əvvəllərindən müşahidə olunan artım meyilləri növbəti aylarda yüksəlməyə doğru gedib və ötən 6 ayda bu dinamika bütün sahələri əhatə edib. Birinci yarımillikdə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalı (üDM) 3,7 faiz təşkil edib. Bu dövrdə əhalinin pul gəlirləri 9 faiz artıb. Orta aylıq əməkhaqqının artımı isə 5 faiz təşkil edərək 400 dollara çatıb. Pensiyaların orta məbləği isə 130 dollara bərabər olub. Əhalinin adambaşına düşən gəlirləri 8,4 faiz çoxalaraq 1290 manata çatıb. Vətəndaşların banklardakı əmanətlərinin həcmi isə 29 faiz artıb. Bu dövrdə inflyasiya 4,9 faiz təşkil edib ki, bu da əhalinin gəlirləri ilə nisbətdə xeyli aşağıdır. Yəni, vətəndaşların gəlirlərinin artım tempi inflyasiyanı qabaqlayır və bu da sosial rifahın yaxşılaşması üçün əlavə stimul verir.
2010-cu ilin 6 ayı ərzində sənaye potensialında artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz təşkil edib. Qeyri-neft bölməsində artım dinamikası neft və digər sənaye sahələrini bir neçə dəfə üstələyib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, neftdən kənar sahələrə dövlətin dəstəyinin güclənməsi və özəl sektorun inkişafı qeyri-neft bölməsinin yüksək artım dinamikasına səbəb olub: “Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın”.
2010-cu ilin birinci yarısının makroiqtisadi göstəriciləri respublikamızda həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların və məqsədyönlü siyasətin uğurlarının davamı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik, mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentlərini təşkil edib.
ötən dövr ərzində həyata keçirilən siyasət Azərbaycanın maliyyə imkanlarının daha da yaxşılaşmasına səbəb olub. Kapital resurslarının həcmini artıran Azərbaycan hökuməti valyuta gəlirlərini, ilk növbədə, xalqın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi ilə bağlı davamlı proqramların icrasına yönəldib. Dövlət başçısı bu il respublikamızın maliyyə imkanlarının daha da güclənəcəyinə əminliyini ifadə edib: “Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır”.
“Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı”nın uğurlu icrası bölgələrin tarazlı inkişafını sürətləndirib, məşğulluğun miqyasını genişləndirib və iş yerlərinin sayının daha da artmasına səbəb olub. 2010-cu ilin 6 ayında 36 min yeni iş yerləri açılıb və beləliklə, son altı ildə yeni yaradılan iş yerlərinin sayı 900 min nəfərə çatıb. Bu strategiya yoxsulluğun səviyyəsinin azaldılmasına da şərait yaradıb.
Respublikamızın maliyyə qüdrətinin artması bütün sahələrə yönəldilən maliyyə vəsaitlərinin həcminin artmasını da stimullaşdırıb. Əldə olunan əlavə maliyyə mənbələri, ilk növbədə, sosial sahələrə, yəni, əhalinin maaş və pensiyalarının, təqaüdlərin, ünvanlı yardımların həcminin artırılmasına yönəldilir. 2010-cu ildə də bu siyasət davam etdiriləcək. Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin görüləcəyini bəyan edib: “Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

