Azərbaycan-Mavritaniya münasibətlərinin inkişafı üçün yaxşı potensial var
16.07.2010 [08:50]
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycana rəsmi səfərə gəlib. Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensial imkanların olduğu vurğulanıb, bu səfərin əlaqələrin gələcək inkişafı baxımından önəmi qeyd edilib.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən sizi bir daha ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Mavritaniya Prezidentinin Azərbaycana bu ilk rəsmi səfəridir. Əminəm ki, səfər əlaqələrimizin inkişafında mühüm rol oynayacaqdır. Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər əlaqələrimizin gələcəyini müəyyən edəcəkdir. Biz ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət veririk və hesab edirik ki, ikitərəfli formatda çox iş görmək olar. Bu gün biz bir neçə məsələ ətrafında sizinlə fikir mübadiləsi apardıq. Belə bir fikir var ki, biz bütün sahələrdə əlaqələrimizin sürətli inkişafına nail olmalıyıq. Bizim siyasi əlaqələrimiz müsbətdir. Əminəm ki, beynəlxalq təşkilatlarda bizim əməkdaşlığımız uğurla davam etdiriləcəkdir. Xüsusilə BMT-də və İslam Konfransı Təşkilatında bizim əməkdaşlığımızın böyük əhəmiyyəti vardır. Siyasi və iqtisadi məsələlərin həllində qarşılıqlı maraqlar vardır. Bu gün biz iqtisadi sahədə müxtəlif aspektləri sizinlə müzakirə etdik. İnvestisiya layihələrini, birgə fəaliyyət, ticarətin genişlənməsi - bütün bu işlərdə biz çox sürətli inkişafa nail olmalıyıq. Mən hesab edirəm ki, sizin səfəriniz bizi münasibətlərimizin yeni mərhələsinə gətirəcəkdir. çünki dövlət səviyyəli səfərlərin əlbəttə ki, böyük əhəmiyyəti vardır. Ən önəmlisi ondan ibarət olmalıdır ki, səfərdən sonra real nəticələr, real layihələr olsun ki, biz bu layihələri uğurla icra edək. Mən əminəm ki, sizin səfəriniz çox uğurlu keçəcək və əlaqələrimizin inkişafı üçün yeni imkanlar açılacaqdır”.
Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “Bismillahir-rəhmanir-rəhim! Zati aliləri, cənab Prezident! Məni rəsmi səfərə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Dost ölkədə olmaqdan fərəh duyuram. öz adımdan və məni müşayiət edən nümayəndə heyəti adından Sizə öz minnətdarlığımı bildirirəm. ümid edirəm ki, bu səfərim iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcək və iki xalq arasındakı əlaqələr inkişaf edəcəkdir. Biz Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətindəyik. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində, BMT, İslam Konfransı Təşkilatı çərçivəsində sizinlə əlaqələrimizin inkişafında maraqlıyıq. İqtisadi əlaqələrin inkişaf etdirilməsi başlıca məsələdir. Bu əlaqələr ticarət, iqtisadiyyat və digər sahələri əhatə edir ki, bizim ölkəmizin bu istiqamətdə imkanları çoxdur. Sadəcə olaraq, bu imkanlardan səmərəli istifadə etmək lazımdır. ölkəmizdə mədən ehtiyatları genişdir. Biz mədən ehtiyatlarının istismarında da məhz sizin təcrübədən istifadə etmək istərdik. Bilirik ki, ölkəniz böyük təcrübəyə malikdir və biz bu təcrübədən yararlanmaq niyyətindəyik. Qeyd etmək istərdim ki, ölkəmizdə qızıl, mis, dəmir və digər faydalı qazıntı ehtiyatları vardır. Mən heyvandarlıq sahəsində olan imkanlarımızı da qeyd etmək istərdim. çünki bu sahədə də əməkdaşlıq imkanları mümkündür. Eyni zamanda, balıq ehtiyatlarına görə regionda çox önəmli yer tutan ölkəmizdə balıq ovu böyük əhəmiyyət daşıyır və bu sahədə də əməkdaşlıq mümkündür. Hesab edirəm ki, mənim bu səfərim çox əhəmiyyətli olacaq və məhz bunun nəticəsində də ölkələrimizin bir-birinə yaxınlaşması, iqtisadi sahədə əməkdaşlığın qaydasına düşməsi mümkün olacaqdır. Təbii ki, Azərbaycanın neft-qaz imkanları və bu sahədə olan təcrübəsi böyükdür. Biz məhz bu sahədə də Azərbaycanın təcrübəsindən və köməyindən yararlanmaq istərdik. Bütün bu məsələlər müxtəlif layihələrin həyata keçirilməsi ilə reallaşa bilər. Buna görə də ümid edirəm ki, məhz səfərimdən sonra bu sahədə müəyyən səmərəli addımlar atılacaq və səfər gələcəkdə yeni layihələrin həyata keçirilməsi, əlaqələrin inkişafı üçün bir ərəfə olacaqdır. Təbii ki, hər iki ölkə arasında siyasi baxımdan iradənin mövcud olması iqtisadi əlaqələrin inkişafı üçün əsas yaradar, məhz bizim dostluq əlaqələrimizin inkişafına öz töhfəsini verər. ölkələrimizin məsafə cəhətdən bir-birindən çox uzaq olmasına baxmayaraq mənə elə gəlir ki, əlaqələri inkişaf etdirmək olar. Bizim niyyətimiz məhz bundan ibarətdir. Cənab Prezident, biz məhz iqtisadi sahədə əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı sizinlə geniş fikir mübadiləsi apardıq. Mənə elə gəlir ki, məhz iki qardaş, dost xalqın mənafeyinə xidmət edən bu səfərim çox səmərəli olacaqdır. Cənab Prezident, mən Sizi Mavritaniya İslam Respublikasına rəsmi səfərə dəvət edirəm. Təbii ki, burada iştirak edən nazirlərə, səfirlərə də öz minnətdarlığımı bildirirəm”.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Mavritaniya sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz Birgə bəyannaməni imzalayıblar.
“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mavritaniya İslam Respublikası Ticarət, Ənənəvi Sənaye və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Mavritaniyanın xarici işlər və əməkdaşlıq naziri xanım Naha Mint Hamdi Uld Muknass, “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında bitkilərin karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Mavritaniya İslam Respublikası Kəndlərin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Mavritaniyanın kəndlərin inkişafı naziri Brahim Uld Mbarek Uld Məhəmməd Əl Moktar, “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Mavritaniyanın iqtisadi məsələlər və inkişaf naziri Sidi Uld Tah, “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Mavritaniyanın xarici işlər və əməkdaşlıq naziri xanım Naha Mint Hamdi Uld Muknass imzalayıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37

