Azərbaycan mətbuatının inkişaf tarixi
22.07.2010 [12:34]
Bu gün Azərbaycan milli mətbuatının 135 yaşı tamam olur. Düz 135 il əvvəl 1875-ci il, iyulun 22-də görkəmli ziyalımız Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzetinin ilk sayının işıq üzü görməsi ilə milli mətbuatımızın yaşam tarixi başladı. ötən yazımızda da qeyd etdiyimiz kimi, 135 il ərzində müxtəlif problemlərlə baş-başa qalan milli mətbuatımızın müasir zaman kəsiyində inkişafının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ümummilli liderimizin bu sahədə gördüyü işlər Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə irəliləməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər planı həyata keçirilir. Prezident İlham Əliyevin 2005-ci ildə Milli Mətbuatın yaranmasının 130 illiyi münasibətilə ölkənin aparıcı jurnalistlərini dövlətin ali mükafatları ilə təltif etməsi, “Əməkdar jurnalist” fəxri adının bərpa olunması, aparıcı qəzet redaksiyalarına birdəfəlik yardımların ayrılması, həmçinin, bu sahədə imzaladığı digər fərman və sərəncamlar dövlət başçısının mətbuata diqqət və qayğısının bariz nümunəsidir.
Fəxri adların verilməsi
Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə Ulu öndər tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məsələn, mətbuatın, eləcə də, kütləvi informasiya vasitələrinin fəaliyyətini stimullaşdırmaq məqsədilə, həmçinin, jurnalist əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq Prezident İlham Əliyev 2005-ci il iyul ayının 21-də “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalayıb.
Dövlət başçısının Azərbaycan mətbuatının 130 illik yubileyinin qeyd edilməsi haqqında 2005-ci ildə imzaladığı Sərəncamda müstəqil milli mətbuatımızın üzərinə düşən məsuliyyət ifadə olunur. Sərəncamda da göstərildiyi kimi, bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin isə mətbuatın, KİV-lərin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz.
Qəzetlərin borcları dövlət büdcəsi hesabına ödənildi
Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli Sərəncamını isə Ulu öndərin mətbuatın maddi-texniki imkanlarının yaxşılaşdırılması yönündə həyata keçirdiyi siyasətin davamı kimi qiymətləndirmək olar. çünki sözügedən tarixdə dövlət başçısının imzaladığı “Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncama əsasən qəzetlərin nəşriyyata olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi. Xatırladaq ki, qəzetlərin borclarının dondurulması haqqında mütərəqqi qərar hələ 2001-ci ildə Ulu öndər tərəfindən verilmişdi. Dövlət büdcəsinin gəlirlərinin artması və respublikamızın maliyyə imkanlarının yaxşılaşması borcların büdcə hesabına birdəfəlik ödənilməsinə şərait yaratdı. Qeyd edək ki, borcları ödənilən qəzetlər içərisində müstəqil və müxalifyönlü qəzetlər üstünlük təşkil edib. Bu isə bir daha təsdiq edir ki, siyasi mövqeyindən asılı olmayaraq ölkədə bütün mətbuat orqanlarına dövlətin münasibəti, diqqət və qayğısı eynidir. Eyni zamanda, onların azad fəaliyyətinə heç nə mane olmur.
Dövlət KİV-in inkişafında maraqlıdır
Yeri gəlmişkən, mətbuatın maddi durumunun yüksəldilməsi istiqamətində görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamlarını göstərmək olar. Məlumat üçün deyək ki, adıçəkilən konsepsiya dövlət orqanları ilə KİV arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, milli mətbuatın problemlərinin həllinin sürətlənməsi, demokratik, qərəzsiz, azad mətbuatın inkişafına hərtərəfli dəstək verilməsi, jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi baxımından çox vacib sənəddir. Konsepsiyada dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması KİV-in mühüm vəzifələrindən biri kimi göstərilir. Həmçinin, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Dövlətin mətbuatın inkişafına göstərdiyi dəstək şəffaflıq, qarşılıqlı məsuliyyət, əməkdaşlıq və s. prinsiplərə söykənir. Əlavə edək ki, bu dəstək mətbuat orqanlarının azad fəaliyyətinə, öz sözünü deməyə nəinki heç bir məhdudiyyət yaratmır, əksinə, onların müxtəlif ölkələrin maraqlarına xidmət edən xarici donorların təsiri altına düşməsinin qarşısını alır.
Mətbuatın inkişafı yönündə görülən işlərin sistemli və davamlı xarakter daşıdığını təsdiqləyən daha bir addım
Prezident İlham Əliyevin 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncam isə mətbuatın inkişafı yönündə görülən işlərin sistemli və davamlı xarakter daşıdığını təsdiqləyən daha bir addım oldu. Əksər ekspertlərin də qeyd etdikləri kimi bu Sərəncam “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda öz əksini tapan məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından böyük önəm kəsb edir. Sərəncamla, həmçinin, “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edildi. Yaradılan Fond KİV-lərə, o cümlədən, mətbuatın fəaliyyətinə təşkilati-texniki, metodiki, konsultativ, maliyyə və digər formalarda yardım göstərir. Fond KİV-in inkişafı, söz, mətbuat azadlığı və s. bu kimi mövzularda keçirilən seminarların, konfransların, təlimlərin təşkili, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, jurnalistlərin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçalarının hazırlanması və digər yollarla KİV-in fəaliyyətinə dəstək verir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da dediyi kimi, Fondun yaradılmasının əsas məqsədi və fəlsəfəsi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən, mediada çalışan jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Fəaliyyətə başladığı müddətdə qarşıya qoyulan məqsədlərə doğru uğurla irəliləyən Fond heç şübhəsiz, Azərbaycan mətbuatının bundan sonrakı inkişafı tarixində böyük iz qoyacaq.
Artıq fəaliyyətə başlamasının bir ili tamam olan Fondun icraçı direktoru Vüqar Səfərli qurumun fəaliyyətinin KİV üçün müsbət nəticələr verəcəyinə əmindir. Onun sözlərinə görə, Fondun keçirdiyi qrant müsabiqələri KİV-lərin, yazı müsabiqələri isə jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına kömək edir. V.Səfərli deyib ki, indiyədək bir çox jurnalist təşkilatları qrant layihələri həyata keçirsə də, qəzet redaksiyalarının demək olar ki, 90 faizi bu layihələrin nə olduğunu bilmirdi. Biz layihələri gerçəkləşdirmək məqsədilə birinci növbədə treninqlər keçirdik. Burada məqsəd layihələrdə iştirak etmək niyyətində olan təşkilatları maarifləndirməkdən ibarət idi.
İstər bu, istərsə də Fondun həyata keçirdiyi digər layihələr dövlət başçısı tərəfindən sözügedən qurumun qarşısına qoyulan məqsədlərə əməl olunduğunu deməyə əsas verir.
Yeri gəlmişkən, ötən müddət ərzində KİV-in inkişafı ilə bağlı təkcə sərəncamlar və fərmanlar imzalanmayıb, eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. Daha dəqiq desək, ölkə mətbuatının inkişafını sürətləndirmək üçün Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında” və “Məlumat azadlığı haqqında” qanunlara müasir dövrün tələblərindən irəli gələn mütərəqqi dəyişikliklər edib.
Bir sözlə, Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, KİV-in inkişafına dəstək verilməsi istiqamətində dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün də davam edir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu il 10 iyun tarixində “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. öncə onu deyək ki, məhz bu Sərəncama əsasən respublikamızın müxtəlif bölgələrində, həmçinin, Bakının ayrı-ayrı rayonlarında və müxtəlif qurumlarda milli mətbuatımızın 135 illik yubileyi münasibətilə tədbirlər keçirilib. Yubileylə bağlı yekun mərasim isə bu gün “Gülüstan” sarayında gerçəkləşdiriləcək.
10 iyun Sərəncamı Azərbaycan milli mətbuatının və jurnalistikasının qarşısında yeni vəzifələr qoyur
Bu sənəd milli mətbuatımızın yubileylərinin qeyd olunması haqqında özündən əvvəlki iki sərəncamla səsləşir. Sözügedən Sərəncamda da mətbuatımızın keçdiyi yola nəzər salınır və bu yol müsbət qiymətləndirilir. Sərəncamda qeyd olunur ki, “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Bu gün Azərbaycan mətbuatı peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.
Əksər ekspertlərin də qeyd etdikləri kimi, sənəddə mətbuatın inkişafına kömək edən ayrı-ayrı məqamlar vurğulanır, bu yöndə Ulu öndər Heydər Əliyevin xidmətləri göstərilir və eyni zamanda, əvvəlki sərəncamlardan fərqli olaraq Azərbaycan milli mətbuatının və jurnalistikasının qarşısında yeni vəzifələr qoyulur. Həmin vəzifələr Sərəncamda aşağıdakı kimi xarakterizə edilir: Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir.
10 iyun Sərəncamı, eyni zamanda, jurnalistika qarşısında da yeni vəzifələr qoyur. İrəli sürülən yeni vəzifələrin birincisi, peşəkarlığın yüksəldilməsidir. Yəni, əgər indiyə qədər jurnalistikanın qarşısında obyektiv, operativ, qərəzsiz və tərəfsiz informasiya toplayıb cəmiyyətə yaymaq vəzifəsi qoyulurdusa, indi peşəkarlığın yüksəldilməsi də önə çəkilir. Bu, çox vacib məqamdır. İkinci vəzifə yüksək milli şüur və vətənpərvərlik prinsipidir. Bu da vacib və dəyərli məsələdir. çünki milli mənafeləri qorumaq hər bir vətəndaşın borcudur. Onu da unutmaq olmaz ki, torpaqlarımızın 20 faizi işğal altındadır və onların geriyə qaytarılmasında müharibə variantı istisna deyil. Deməli, KİV gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsinə xüsusi diqqət yetirməlidir. Qarşıya qoyulan vəzifələrdən biri isə söz və mətbuat azadlığından sui-istifadəyə qarşı qətiyyətli mübarizədir.
Bir sözlə, bu gün öz inkişaf tempinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda bütün sahələrə olduğu kimi, KİV-ə də dövlət səviyyəsində, şəxsən Prezident İlham Əliyev səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. KİV-in hərtərəfli inkişafı üçün lazımi Fərman və sərəncamları imzalayan dövlət başçısı, eyni zamanda, mətbuatın üzləşdiyi problemlərin aradan qalxması istiqamətində hərtərəfli dəstək göstərir. Bu isə milli mətbuatımızın inkişafına əlavə stimul verir.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16

