Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sahəsində proqramları çox uğurludur

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sahəsində proqramları çox uğurludur

22.07.2010 [12:35]

Heydər Əliyev Fondunun talassemiya xəstəliyi ilə bağlı eksperti, Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Duran Canatan “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sahəsində həyata keçirdiyi proqramlar çox uğurludur. Duran Canatan deyib ki, talassemiya xəstəliyinə qarşı mübarizədə Heydər Əliyev Fondu ilə əməkdaşlıq edəcək. Bu məqsədlə “Azərbaycanda talassemiyasız həyat” kampaniyası çərçivəsində lazımi hüquqi tədbirlər görüləcək və sentyabr ayından təlim proqramlarına başlanacaq. Həyata keçiriləcək tədbirlər nəticəsində 3 il müddətində Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı tamamilə alınacaq və beləliklə, ölkə büdcəsinə 13 milyon manat qənaət olunacaq.
Türkiyəli həkim onu da qeyd edib ki, Mehriban xanım Əliyevanın tapşırığına əsasən Azərbaycanda mütəxəssislərin yetişdirilməsi üçün könüllü həkimlər Bakıya səfər edəcəklər. Noyabr ayında isə Azərbaycanda qan bankı ilə bağlı simpozium keçiriləcək.

Paylaş:
Baxılıb: 1060 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30