Sözün və imzanın vəhdəti: ölkənin və bölgənin LİDERİ
08.12.2021 [10:11]
Tarixi torpaqlarımıza qayıdış! Azərbaycan strateji hədəflərinə doğru...
Mübariz ABDULLAYEV
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Qubaya səfəri çərçivəsində Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşdə bir sıra mühüm mesajlar səsləndirib. “Mən Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Amma, eyni zamanda, Azərbaycanın qalan yerlərini də yaddan çıxarmıram”. Dövlət başçımızın həmin görüşdə ifadə etdiyi fikirlərdən biri də budur. Sitatda diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, Prezident İlham Əliyev Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpasına, oraya Böyük Qayıdışın təmin olunmasına xüsusi həssaslıqla yanaşır və bu məqsədlə reallaşdırılan layihələrin icrasını nəzarətdə saxlayır. Şübhəsiz ki, müharibədən dərhal sonra 10 min kvadratkilometrədək tamamilə dağıdılmış ərazilərin bərpasına başlanılması Azərbaycanın gücünü, iradəsini və niyyətini nümayiş etdirir.
Bəhs olunan çıxışda diqqət çəkən digər mühüm məqam isə dövlət başçısının Azərbaycanın digər yerlərini də yaddan çıxarmaması ilə bağlıdır. Həqiqətən də, Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildəki çoxşaxəli fəaliyyətini izlədikdə mühüm bir istiqamətin qırmızı xətt kimi keçdiyinin şahidi oluruq. Bu da ondan ibarətdir ki, dövlətimizin başçısı Azərbaycanın inkişafı, gələcəyi məsələlərinə tarixilik və coğrafi bağlılıq kontekstində yanaşma sərgiləyir. Bu konsepsiya və yanaşma bütöv Azərbaycanın bütün regionlarının sıx iqtisadi və mədəni bağlılığının yüksək səviyyədə təmin olunması kimi strateji məqsədi özündə ehtiva edir. Geniş aspektdə götürdükdə bu qənaətə gələ bilərik ki, buraya, həmçinin respublikamızın hazırkı sərhədlərinin hüdudlarından kənarda qalan tarixi torpaqlarımıza dönüş kimi missiya da daxildir. Tarixən Azərbaycan ərazisində müəyyən fərqli xüsusiyyətlərə malik bölgələr formalaşıb. Lakin müstəqil Azərbaycanın regionlarının, eyni zamanda, tarixi torpaqlarımızın ruhu, koloriti eynidir - bu yerləri gəzib dolaşanda milli ruh, milli ab-hava hər bir azərbaycanlını qeyri-ixtiyari olaraq öz ağuşuna alır. Bütün varlığınla hiss edirsən ki, gəzdiyin torpağın hər qarışı sənindir, əcdadların bu yerlərdə özlərinin silinməz izlərini qoyublar. Bu düşüncə, bu ruh, bu qürur hissi nəsildən-nəslə ötürülür. Əsas olan da unutqanlığın olmaması, yaddaşın davamlı şəkildə təzələnməsidir.
Bu məsələdə Liderin təəssübkeşliyi, birləşdirici missiya həyata keçirməsi, müxtəlif auditoriyalardakı çıxışlarında tarixi faktlara istinad etməsi müstəsna önəm daşıyır. Prezident İlham Əliyev son 18 ildə dünyada yaşayan azərbaycanlıların tarixi yaddaşını təzələyən çoxsaylı mesajlar verib. Dövlətimizin başçısı həm yerli, həm də xarici auditoriyalar qarşısındakı çıxışlarında qətiyyətlə torpaqlarımızın istənilən yolla işğaldan azad olunacağını bildirirdi. Eyni zamanda, Prezident İlham Əliyev bizim nə vaxtsa tarixi torpaqlarımıza, o cümlədən İrəvana qayıdacağımızı dəfələrlə dilə gətirib. Cənab İlham Əliyev tarixi həqiqətlərə istinad edərək vurğulayır ki, əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Dövlət başçısının dilindən eşidilən belə qətiyyət, təəssübkeşlik və milli ruh dolu, xalqa çağırış anlamına gələn fikirlərin sayı kifayət qədər çoxdur.
Azərbaycanın Liderinin sözü və imzası eyni çəkiyə malikdir. O, addım-addım milli hədəflərimizə doğru gedir və xalqı da öz arxasınca aparır. Artıq üç onillik ərzində düşmənin nəzarəti altında qalan torpaqlarımız işğaldan azad olunub. Müharibə dövründə dövlət başçımıza müxtəlif ölkələrdən və dairələrdən edilən təzyiqləri yada salaq. Ondan haqq, ədalət mübarizəsini dayandırmaq istənilirdi. Ancaq Prezident İlham Əliyev qətiyyət nümunəsi göstərdi və düşmən üzərində şanlı Qələbəmizi təmin etdi. Bu Qələbə sayəsində ərazi bütövlüyümüz təmin olundu. Qarşıda isə yeni milli hədəflərin reallaşdırılması, o cümlədən tarixi torpaqlarımıza qayıdış kimi mühüm vəzifələr dayanır. Ölkəmizin, xalqımızın yolu məhz bu kimi milli hədəflərə doğrudur.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

