Musiqi dəyişməyən və hər kəsin başa düşdüyü əbədi dildir
07.08.2010 [12:50]
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynəlxalq musiqi festivalı avqustun 5-də başa çatıb. Festivalın sonuncu günü Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti olub. Orkestrin solistlərini məşhur amerikalı pianoçu və dirijor Dmitri Yablonski və dünya şöhrətli rusiyalı pianoçu Boris Berezovski müşayiət ediblər. Konsertdə bəstəkar Sergey Raxmaninovun “Fortepiano və orkestr üçün konsert” və “2 saylı simfoniya” əsərləri səsləndirilib.
Qeyd edək ki, on iki gün davam edən festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçirilib. Yerli və əcnəbi klassik musiqi həvəskarları ABŞ, Kuba, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən, Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeylərin, festivalın fəxri qonağı olan Böyük Britaniyanın Kral Filarmonik Orkestrinin ifasında ölməz əsərlər dinləyiblər. Festival çərçivəsində gənc musiqiçilər üçün ustad dərsləri keçirilib.
Yeri gəlmişkən, iyulun 30-da baş tutan festivalın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və YUNESKO-nun baş direktoru İrina Bokovanın iştirak etməsi bu tədbirin Azərbaycan musiqisinin dünyaya təqdim edilməsində nə qədər önəmli bir hadisə olduğunu göstərib.
Festivalın açılışında çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva söyləyib ki, yeni eranın əvvəlində Qəbələ dünyanın ən qədim sivilizasiyalarından biri olan Qafqaz Albaniyasının paytaxtı idi: “Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli ənənələrə və mədəniyyətə malik olan insanlar yaşayıb. Təbii ki, hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyub. Qəbələ torpağına qədəm qoyan hər bir insan tarixin nəfəsini, əsrlərin ruhunu duyub hiss edir. Zaman keçdikcə dövlətlər, sivilizasiyalar, xalqlar və millətlər yaranır və yox olurdu. Dəyişməyən, əbədi olan bu dağların möhtəşəmliyi, çay və bulaqların aramsız axarı və əsrlərin şahidi olan ağacların səmaya doğru ucalmasıdır. Qəbələnin füsunkar təbiətinin özü elə bil ki, təkrarsız bir musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə dəvət edir”.
“Qəbələ bu gün yenə də paytaxtdır - mədəniyyət, musiqi paytaxtı” deyən Mehriban xanım Əliyeva vurğulayıb ki, Qəbələ Beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib: “Bütün bu günlər bizim hamımızı - həm tamaşaçıları, həm ifaçıları bir amil - musiqi birləşdirəcəkdir. Musiqinin dili tərcümə tələb etmir. Bu dil millətdən, dindən asılı olmayaraq hər kəs üçün aydındır. Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir və Heydər Əliyev Fondu öz növbəsində, ölkəmizin musiqi irsinin qorunub saxlanması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. Mən bu sırada Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivalları vurğulamaq istərdim. Qəbələ Beynəlxalq musiqi festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondu tərəfindən atılan növbəti bir addımdır”.
YUNESKO-nun baş direktoru xanım İrina Bokova isə bildirib ki, bu festival Azərbaycanın musiqi ruhunun və səxavətinin əksidir: “Qəbələ beynəlxalq mədəni görüşlər üçün ən münasib yerdir. Biz Qafqaz Albaniyasının qədim paytaxtının yanındayıq. Vaxtilə bura Asiyanın, ərəb dünyasının, Avropanın kəsişdiyi məkanlarda dinamik ticarət, təhsil və mədəniyyət mərkəzi, çiçəklənən region olmuşdur. Xalqların və mədəniyyətlərin bu görüşünün əsas nəticəsi Azərbaycanın ustaddan şagirdə, nəsildən-nəslə keçən zəngin musiqi ənənələridir. YUNESKO belə hesab edir ki, bu ənənələrin bir qismi ümumdünya irsinin inciləridir, onların qorunub saxlanması və populyarlaşdırılması üçün bütün tədbirlər görülməlidir. Belə nümunələrdən biri muğamdır. YUNESKO tərəfindən tərtib edilən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmiş bu janr fars, türk və ərəb ənənələri əsasında klassik poeziyanı və improvizasiyanı özündə birləşdirərək insanı vəcdə gətirən melodiyalar yaradır və nəticə etibarilə Azərbaycan ənənələrini təşkil edir. Bu siyahıya sizin ölkənin mədəni bənzərsizlik rəmzlərindən biri olan poeziyanı, dastanları, rəqsləri, vokal və instrumental musiqini birləşdirən Azərbaycan aşıq sənəti də daxildir”.
Festivalda YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın sözlərilə desək, musiqi sərrafı, əsl insanpərvər və YUNESKO-nun dostu olan Mehriban xanım Əliyeva bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə daim göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrə, YUNESKO-nun ideallarına və məqsədlərinə sadiqliyinə görə, YUNESKO-nun “Qızıl Motsart” medalına layiq görülüb.
Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli, həmçinin ölkəmizə dəvət olunmuş digər qonaqlar da II Qəbələ Festivalının uğurla keçdiyini və bu musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.
Bir daha qeyd edilməlidir ki, kommersiya xarakteri daşımayan və əsas məqsədi maarifçilik, musiqimizin təbliği olan Qəbələ II Beynəlxalq musiqi festivalı Azərbaycanın dünyada nüfuzunun artmasına və ölkəmizlə bağlı həqiqətlərin əyani şəkildə müxtəlif ölkələrin mədəniyyət və incəsənət nümayəndələrinin diqqətinə çatdırılmasına xidmət etdi. Dünya ictimaiyyəti Azərbaycanla bağlı bütün həqiqətləri öz gözlərilə gördü. Heç şübhəsiz, bu festival çərçivəsində yeni istedadlar da aşkara çıxarıldı. Bu festivalın nəticəsi olaraq, Azərbaycana dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar ölkəmizlə bağlı, adət-ənənəmiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, eyni zamanda, Azərbaycanın musiqi tarixində dünya miqyasında xidmətləri olmuş dahilər haqqında geniş bilgiyə sahib oldular.
Bununla da, Heydər Əliyev Fondu bir daha Azərbaycan mədəniyyətinin və musiqisinin dünya miqyasında tanıdılması istiqamətində apardığı ardıcıl fəaliyyətinə daha bir tarixi nailiyyət əlavə etdi.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

