Nazarbayev niyə susur?
06.01.2022 [18:01]
Qazaxıstanda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Ekspertlər – siyasətçilər, sosioloqlar, hüquqşünaslar müxtəlif rəy və şərhlərlə çıxış edir, sadə vətəndaşlar isə fərqli mülahizələr səsləndirirlər. Lakin indi ekspertlərin üzərində durduqları əsas məsələlərdən biri Nazarbayevin nə üçün susqun olması və ya atdığı addımlara dair açıqlama verməməsi, hadisələrə münasibət bildirməməsidir. Diqqət yetirilən əsas məqamlardan biri budur ki, 30 il ərzində ölkəni idarə edən, müasir Qazaxıstanın təməlini yaradan, dövlətin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ qazanan, “millət lideri” (Elbasi) titulunu daşıyan Nazarbayev nə üçün belə kritik məqamda və xalqı, dövləti üçün taleyüklü məsələdə kənara çəkildi. Bu, milli-tarixi məsuliyyətdən yayınmaqdır, yoxsa bilinməyən digər səbəblər – amillər var?
Elbasi ömürlük hüquqdan necə məhrum oldu?
Bununla yanaşı, Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ daşıdığı halda, Tokayevin bir açıqlaması ilə bu hüquqdan necə məhrum oldu? Məgər bu hüquq keçmiş və ilk prezidentə şifahi formada verilmişdi ki, indi də bir açıqlama ilə alınır? Mediada bu barədə hansısa qərarın mətninə və yaxud sənədə isə rast gəlinməyib.
Xatırlatmaq yerinə düşər ki, Nazarbayevə bəhs olunan hüquq bu ölkə parlamentinin təsdiqlədiyi “Qazaxıstan Təhlükəsizlik Şurası haqqında” qanun əsasında verilmişdi. Həmin qanunun 2-ci maddəsinin 4-cü bəndində deyilir: “Qazaxıstanın ilk prezidenti Elbasi ömürlük olaraq Təhlükəsizlik Şurasının rəhbərliyinə seçilmə haqqında sahibdir”.
Öz səlahiyyətindən niyə istifadə etmədi?
O da vurğulanmalıdır ki, Qazaxıstanın Təhlükəsizlik Şurası ölkə prezidentinin yaratdığı bir məsləhət orqanıdır. Təhlükəsizlik Şurası müdafiə qabiliyyəti, milli təhlükəsizlik, dövlət suverenliyi və Qazaxıstanın ərazi bütövlüyünün qorunması ilə bağlı məsələləri həll etmək hüququna malikdir. Burada yeni suallar meydana çıxır: birincisi, hüquq-mühafizə orqanları üzərində tam səlahiyyətə malik olan Nazarbayev nə üçün etiraz aksiyalarının qarşısının alınması üçün öz hüququndan istifadə etmədi, yaxud müvafiq qərar qəbul etmədi? İkincisi, parlamentin ona verdiyi ömürlük hüquqa necə bir anda hər hansı bir rəsmi sənəd olmadan xitam verildi?
Hər halda, bütün bu qeyri-müəyyənliklərin aradan qalxması və müəmmalı vəziyyətə aydınlıq gətirilməsi sözügedən suallara cavab tapılmasından asılıdır. Hər kəsdən öncə Qazaxıstan xalqı üçün maraqlı və önəmli olan bu sualların cavabını verəcək şəxs isə elə Nazarbayevin özüdür. O isə hələ də susur…
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

