Qazaxıstan hadisələri: siyasi qərarların hüquqi əsası varmı?
10.01.2022 [13:08]
Konstitusiyaya görə, Təhlükəsizlik Şurasının sədri vəzifəsi Nursultan Nazarbayevə ömürlük həvalə olunsa da, ona bu vəzifəni başqasına ötürmək səlahiyyəti və ya hüququ verilməyib
Qazaxıstanda gərgin situasiyanın fonunda iki məsələ xüsusi müzakirə mövzusuna çevrilib. Bunlardan biri KTMT-nin bu ölkəyə qoşun yeritməsi ilə əlaqədar qərarın hüquqi əsasının olub-olmamasıdır.
Daha öncə bu məsələ ilə bağlı qurumun nizamnaməsi əsasında əsas məqamları diqqətə çatdırmışdıq. Ekspertlərin də üzərində durduqları nüans budur ki, Qazaxıstana qoşun yeridilməsi faktiki olaraq KTMT-nin nizamnamənin 4-cü maddəsinin 5-ci bəndi ilə əsaslandırılsa da, bu, adekvat deyil. Paralel olaraq prezident Tokayevin KTMT-nin hərbi qüvvələrini ölkəyə dəvət etməsinin də öz səlahiyyət dairəsində olmadığı, beləliklə, hüquq pozuntusunun qeydə alındığı diqqətə çatdırılır. Çünki hüquqşünasların vurğuladıqları kimi, konstitusiyaya əsasən, ölkəyə kənar hərbi qüvvələrin daxil olması üçün parlament tərəfindən müvafiq qərarın qəbul olunması lazımdır. Doğrudur, bəzi ekspertlər Tokayevin qərarını ölkə prezidentinin məhz parlamentdə seçildiyi faktına istinad edərək əsaslandırmağa çalışırlar. Amma prezidentin xalq tərəfindən deyil, parlamentdə səs çoxluğu ilə seçilməsi onun Senatın adından belə qərar verməsi üçün hüquqi əsas yaratmır. Dolayısıyla, burada ciddi siyasi və hüquqi mübahisə yaradan hal – qanunvericiliyin tələblərinin pozulması faktı var. Tokayevin timsalında Qazaxıstan rəsmiləri də bu məsələyə aydınlıq gətirə - konkret yanaşma ortaya qoya bilmirlər. Yəni siyasi qərar hüquqi cəhətdən əsaslandırıla bilmir.
Müzakirə edilən ikinci məsələ Təhlükəsizlik Şurasının sədrinin hansı qərar – hüquqi addım əsasında vəzifəsindən kənarlaşdırılmasıdır. Həm Tokayevin müraciətində, həm də Nursultan Nazarbeyin mətbuat katibinin açıqlamasında iddia olunur ki, keçmiş prezident öz istəyi ilə Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Hazırkı prezident qeyd edib ki, o, bundan sonra həmin vəzifəni icra edəcək. Burada da qanuni – hüquqi əsas yoxdur. Çünki birincisi, ölkə Konstitusiyasına görə, Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsi Nursultan Nazarbayevə ömürlük həvalə olunub. Amma Nazarbayevə bu vəzifəni başqasına ötürmək səlahiyyəti və ya hüququ verilməyib. Deməli, bu məsələ hansısa fərdi qərar – açıqlama, bəyanat, istefa ərizəsi və ya prezidentin yazılı sənədi (fərman, sərəncam və s.) ilə tənzimlənmir. Belə bir addım atılması üçün konstitusiyanın həmin maddəsi dəyişdirilməlidir. Amma Qazaxıstanda bu cür təşəbbüs irəli sürülməyib, ümumxalq səsverməsi – referendum keçirilməyib. Dolayısıyla, bu addım antikonstitusion xarakter daşıyır.
Bütün bunların fonunda Tokayev müxtəlif açıqlamalar versə - fikirlər səsləndirsə də, mənzərə ziddiyyətlidir və bəhs olunan məsələlərin heç birinə aydınlıq gətirilmir. Nazarbayevin susqunluğu isə davam edir. İndi onun hansı şəraitdə və hansı səbəbdən sükunət içində olması qeyri-müəyyəndir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30

