Reallıqlar dəyişmir
18.01.2022 [10:01]
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində çox mühüm məqamlara toxundu. Dövlət başçısı 44 günlük Vətən müharibəsi dövründə baş verənlərə, postmünaqişə dövrünün gerçəkliklərinə, Azərbaycanın yaratdığı geostrateji reallıqların qəbul edilməsinə xüsusi diqqət yetirdi, çox mühüm - vacib mesajlar verdi.
Aİ mühüm rol oynaya bilər
Prezident İlham Əliyevin diqqəti cəlb etdiyi məqamlardan biri Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqının (Aİ) rol oynaya biləcəyi məsələsidir: “Mən bunu müsbət qarşılayıram və sadəcə olaraq, burada ədalət prinsipi əsas rol oynamalıdır. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur”, - deyə ölkə rəhbəri vurğuladı. Şübhəsiz ki, Aİ-nin yeni mərhələdə geosiyasi və geoiqtisadi fəallıq göstərməsi təsadüfi deyil. Çünki müharibənin nəticələri, ilk növbədə, regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində yeni dönəmin başlanmasını şərtləndirib. Qalib Azərbaycanın yaratdığı reallıqlar bölgədə çoxtərəfli işbirliyinin dərinləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün unikal imkanlar formalaşdırıb. Respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Bu isə həm bölgə ölkələri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Beləliklə, Avropa İttifaqının da Cənubi Qafqaza marağının artmasının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin səbəblərindən biri postmüharibə dövrünün reallıqları ilə bağlıdır. Bu, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır. Aİ öz səmərəli fəaliyyəti - faydalı təşəbbüsləri ilə fərqlənə bilər. Hər halda, mövcud reallıqlar fonunda və yeni geostrateji şəraitdə belə bir seçim Avropa İttifaqı üçün siyasi prestij və əlavə iqtisadi imkanlar gətirə bilər. Xüsusilə də nəzərə almaq gərəkdir ki, Aİ yeni mərhələdə yaranmış situasiyadan geoiqtisadi imkanlarını genişləndirmək, bununla da alternativ geosiyasi güc mərkəzinə çevrilmək üçün istifadə etmək niyyətindədir.
Paris müharibənin nəticələrini qəbul edib
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müharibə dövründə və postmüharibə dönəmində davranışlarına, mövqeyinə də diqqət yetirdi. O, ikili standartlara - selektiv, ədalətsiz yanaşmaya əsaslanan mövqe sərgiləyənləri növbəti dəfə ictimai rəyin nəzərinə çatdırdı. Dövlət başçısı “Müharibə zamanı Fransa baxmayaraq ki, neytral olmalı idi, vasitəçi kimi birmənalı şəkildə Ermənistan tərəfini tutdu. Müharibədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəçidir, neytral olmalıdır, açıq şəkildə Ermənistan tərəfini tutdu”, - deyə bildirdi.
Sirr deyil ki, həm Fransa ATƏT-in Minsk qrupunun həmsədri mandatını daşımasına baxmayaraq, münaqişənin həlli məsələsi ilə əlaqədar birtərəfli yanaşma ortaya qoyub. Bəhs olunan dövlətin bu qəbuledilməz mövqeyi status-kvonun qorunub saxlanması, Ermənistanın işğalçı siyasətinin davam etməsi və separatizmin hökm sürməsi kimi dağıdıcı məqsədlərə xidmət edib. 44 günlük müharibə dövründə də Makronun açıqlamaları Fransa hakimiyyətinin beynəlxalq hüquq normalarına zidd mövqe sərgilədiyini təsdiqləyib. Bir daha bəlli olub ki, Fransa Ermənistanın məğlubiyyəti ilə əlaqədar siyasi həzmsizlik sindromu yaşayır. Amma Cənubi Qafqaz bölgəsinin lider dövləti - regional güc mərkəzi olan, münaqişəni öz hərbi-siyasi gücü ilə həll edən, status-kvonu da, statusu da cəhənnəmə göndərən Azərbaycan şərtləri diktə edir, postmünaqişə dövründə prosesləri tənzimləyən əsas qüvvə - söz və nüfuz sahibidir. Azərbaycanın geostrateji iradəsi əsasında regionda yeni çoxtərəfli əməkdaşlıq platforması formalaşır və bu işbirliyi çətiri altında birləşmək yalnız iqtisadi mənfəət, siyasi dividend vəd edir. Bu prosesə isə süni müdaxilə etmək, reallıqları dəyişdirmək mümkün deyil. Ona görə də Makron ölkəsinin yeni geostrateji əməkdaşlıq mühitində yer alması üçün müəyyən cəhdlər göstərir, Fransanı yeni imicdə təqdim etməyə çalışır. Son zamanlar siyasi-diplomatik müstəvidə müəyyən fəallıq səyləri də məhz bununla bağlıdır. Dövlət başçımız bəhs olunan müsahibəsində bu məqamlara toxunaraq “Fransa da müharibənin nəticələrini qəbul edib və Prezident Makronun təşəbbüsü ilə keçən ay Brüsseldə üçtərəfli görüş keçirilmişdir. Bu görüş, eyni zamanda, Fransa-Azərbaycan əlaqələri üçün önəmli idi. Çünki biz bir çox məsələləri Prezident Makronla aydınlaşdırdıq. Hesab edirəm ki, normal münasibətlər formatına qayıtmaq üçün imkanlar var”, - deyə bildirib.
Vaşinqtonun qərəzli mövqeyi, yaxud mövqesizliyi
Postmünaqişə dövründə ABŞ-ın mövqeyi isə qərəzli və ədalətsiz yanaşma nümunəsidir. Dövlət başçısı bu səpkidə iki faktı diqqətə çatdırıb: Ermənistanın “demokratiya zirvəsi”nə çağırılması və Ermənistan Təhlükəsizlik Şurasının katibinin Vaşinqtona dəvət edilməsi (Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib-red). Bu, subyektiv davranış nümunəsidir, məntiqsiz mövqe, yaxud mövqesizlikdir. Ən azından ona görə ki, “demokratiyaya qarşı olan təhdidlərlə mübarizə”, “korrupsiya ilə mübarizə” və nəhayət “insan hüquqlarının müdafiəsi” ilə bağlı məsələlərin müzakirə edildiyi bir toplantıda Ermənistan kimi terrorçu və antidemokratik bir dövlətin hökumət başçısının iştirakı absurddur. Çünki bu ölkədə demokratiyadan əsər-əlamət yoxdur, korrupsiya dövlət siyasətinin tərkib hissəsidir, insan hüquqlarının müdafiəsindən isə söz açmağa belə dəyməz. Paşinyan Ermənistanda “demokratik mühit”dən ağızdolusu danışsa da, reallıqların nədən ibarət olduğu həm onun özünə, həm sammitdə iştirak edənlərə, həm də bütövlükdə dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənistan bu zamana qədər heç vaxt demokratik olmayıb, daim insan hüquqlarının kütləvi surətdə pozulması, diktatura və tiraniya mühiti ilə gündəmdə olub. Ona görə də hüquq, demokratiya, sivil dəyərlər və qanun anlayışları bu hakimiyyət və dövlət üçün xarakterik deyil. Biz bu gün konkret olaraq Sorossayağı “demokratiya”nın Ermənistan nümunəsini görürük. Ermənistanda ifadə azadlığı ləğv edilib, ictimai-siyasi etiraza, tənqidlərə görə kütləvi həbslər həyata keçirilir. Belə olan halda, haqlı sual yaranır: “Soros demokratiyası”nın reallıqları fonunda Paşinyanın “demokratiya sammiti”ndə nə işi var?! Bu faktlar Birləşmiş Ştatların “demokratiya sammiti”nin əsl mahiyyətini aşkar edir. ABŞ-ın və ya digər qərəzli dairələrin hansı yanaşma ortaya qoymasından asılı olmayaraq, reallıqlar dəyişmir.
Reallıq isə budur ki, hər kəs, o cümlədən Ermənistan gerçəklikləri qəbul etməli və ona uyğun siyasi davranış sərgiləməlidir. Azərbaycanın yaratdığı reallıqlar fonunda onların başqa şansı - alternativ yolu yoxdur. Azərbaycan Cənubi Qafqazı toqquşma, qarşıdurma deyil, sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevirib və praqmatik, konst ruktiv mövqe sərgiləyən hər bir qüvvə yeni yaranan işbirliyi mühitində yer ala bilər. Əks halda, siyasi və iqtisadi itkiyə məruz qalan özü olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

