Azərbaycan yaxın beşillikdə yüksəkgəlirli ölkələr qrupuna daxil olacaq
25.08.2010 [10:28]
Dünya iqtisadi böhranı ilə əlaqədar böhran meyilləri ilə üzləşən neft bazarında ötən ilin sonlarından başlayaraq canlanmanın müşahidə olunması yanacaq ixrac edən dövlətlərin iqtisadiyyatında artım dinamikasının sürətlənməsinə səbəb olub. Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertlərinin fikrincə, dünya iqtisadiyyatı yaşadığı ağır böhrandan sonra bərpa olunmağa başlayıb və bu tendensiya daha çox neft-qaz tədarükçüsü olan ölkələrin milli iqtisadiyyatında özünü göstərməkdədir. Bu ölkələrin valyuta gəlirlərinin həcmi yenidən əhəmiyyətli dərəcədə artmağa başlayıb. BVF hesab edir ki, neftin qiyməti bundan sonrakı dövrdə 80 dollardan aşağı düşməyəcək, əksinə, qiymətlərin 100 dollara çatması gözləniləndir. Bu isə neft nəql edən dövlətlərin böyük həcmdə gəlir əldə etməsi və valyuta ehtiyatlarını artırması üçün əla fürsət deməkdir.
BVF-nin baş iqtisadçısı Olivye Blanşar bəyan edib ki, 2011-2013-cü illərdə neft birjalarında aktivlik yüksələcək və qiymət artımının davamlı olması neft istehalçılarının valyuta rezervlərini möhkəmləndirməsinə etibarlı zəmin yaradacaq. Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta sərvətləri qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dolları ötəcək. Bu faktor respublikamızda milli məhsul istehsalının bir neçə dəfə artmasına implus verəcək və adambaşına düşən gəlirlərin həcmi çoxalacaq. Qarşıdakı illərdə üDM-in artım tempi yenidən ikirəqəmli göstəricilərlə müşayiət oluna bilər. Həmin dövrdə adambaşına düşən gəlirlər 250 faizdən də çox artacaq. Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksələcək. Bu isə Azərbaycanın Avropa İttifaqı ölkələri, Şimali Amerika və Asiyanın inkişaf etmiş dövlətləri, həmçinin, Yaxın Şərqin əsas neft hasilatçıları, xüsusilə də, OPEK ölkələri ilə eyni səviyyədə olmasına imkan verəcək.
Azərbaycan yaxın beşillikdə yüksəkgəlirli ölkələr qrupuna daxil olacaq və respublikamız regionun ən inkişaf etmiş dövlətinə çevriləcək. Digər maliyyə institutları da ölkəmizdə inkişaf meyillərinin yüksələcəyini və ümumi daxili məhsulun (üDM) artım dinamikasının sürətlənəcəyini bəyan edir. Neft gəlirləri ilə bərabər, qeyri-neft bölməsindən əldə olunan gəlirlərin prioritet istiqamətlər üzrə səmərəli istifadə edilməsi davamlı inkişafı daha da stimullaşdıracaq. Məsələn, dövlət xarici sərmayələrlə bərabər, daxili investisiyaların axınını sürətləndirməklə qeyri-neft sektorunun inkişafına dəstəyi gücləndirəcək. Nəqliyyat, tikinti, rabitə və informasiya texnologiyaları, xidmət, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir və bu sahələr innovativ iqtisadiyyata keçidin təmin olunmasında başlıca vasitə olacaq.
Artıq ölkəmizdə neftdən kənar sahələrin artım dinamikasının daha sürətlə inkişaf etməsi müşahidə olunur və 2011-ci ildə qeyri-neft sektorunda bu tendensiyanın dərinləşəcəyi istisna deyil. Qeyri-neft sektorunun milli iqtisadiyyatın lokomotivinə çevrilməsi üçün əsaslı zəmin yaranıb və bu sektorun inkişaf perspektivləri həddindən artıq ürəkaçandır. Bu tendensiya ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində görülən işlərin geniş xarakter almasına səbəb olacaq. Regional inkişaf və dövlət investisiya proqramlarının icrası bölgələrdə ən iri layihələrin həyata keçirilməsi üçün mükəmməl sənəd kimi iqtisadi siyasətin məzmununa yeni çalarlar əlavə edəcək. Bu mərhələdə investisiyaların həcmi 15-16 milyard manat səviyyəsində nəzərdə tutulur və həmin məbləğin 12,5 milyard manatını daxili investisiyalar təşkil edəcək. İnvestisiya portfelinin 80 faizinin yerli sərmayələrin payına düşməsi bir daha hökumətin yerli resurslar hesabına regionların simasını dəyişmək niyyətlərini şərtləndirir.
Milli iqtisadiyyatın rəqabət qabiliyyətini təmin etmək üçün liberallaşdırma tədbirlərinin, struktur islahatlarının davam etdirilməsi ölkəmizin uzunmüddətli perspektiv inkişafına böyük yol açmış olacaq. Respublikamızın milli və iqtisadi təhlükəsizliyinə təminat verən strateji layihələrin həyata keçirilməsi isə Azərbaycanın bölgədə ən güclü dövlət olmasını təmin edəcək.
Proqnozlara görə, 2013-2015-ci illərdə Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi və tədiyyə qabiliyyətinin artması ölkəmizin xarici sərmayədar kimi nüfuzunun da artmasına imkan verəcək. Azərbaycanın xalis xarici investor kimi çıxış etməsi ölkəmizin xaricə yatırdığı investisiyaların həcmində özünü göstərəcək. Belə ki, respublikamız bölgədə əsas investorlardan biri kimi neft-qaz, neft-kimya və sənaye sektorlarına yüksək həcmdə və davamlı sərmayələr yönəldən dövlət kimi diqqəti cəlb edəcək.
Azərbaycan iqtisadiyyatının tamamilə yeni inkişaf mərhələsinə daxil olması, maliyyə resurslarının artması, iqtisadiyyatın yüksək templə artımı nəticəsində “hərarətlənməsi”, makroiqtisadi sabitliyin həssas xarakter alması, təbii ki, mükəmməl iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində mümkün olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf və tərəqqi strategiyası ölkəmizin milli təhlükəsizliyinin və uzunmüddətli inkişafının təmin olunmasına dərin əsaslar yaradacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

