Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır
02.09.2010 [10:05]
Məlum olduğu kimi, Azərbaycanın 20 faiz torpaqları artıq 17 ildir ki, təcavüzkar Ermənistanın işğalı altındadır. Bu işğalın aradan qaldırılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində BMT, Avropa Şurası, ATƏT, İKT kimi dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında yerinə yetirilməsi vacib olan sənədlər qəbul edilsə də, bunlar hələ də Ermənistanın qeyri-konstruktiv mövqeyi və problemə subyektiv maraqlar prizmasından yanaşmaların ortaya qoyulması ucbatından icra olunmamış qalır.
ümumiyyətlə, münaqişə olan regionda ədalət prinsipi pozulduqda, onun yerini silahlanma və müharibə təhlükəsi tutur. Bu gün də Cənubi Qafqaz regionunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ adlı münaqişə ocağı var və bu, özlüyündə bölgənin təhlükəsizliyinə, inkişafına böyük təhdiddir.
Azərbaycan da haqlı olaraq, torpaqlarını işğaldan azad etmək üçün hərbi qüdrətini artırır, iqtisadiyatını inkişaf etdirir. Ermənistan isə bölgədə sabitliyi pozmaq və regionun inkişafının, təhlükəsizliyinin təmin olunmasına mane olmaq üçün müəyyən qüvvənin forpostuna çevrilir. Belə olan halda, münaqişənin həllinə mane olan başqa qüvvələrin maraqları ortaya çıxır və danışıqlar masasına onlar da prinsiplərini qoyurlar.
Rusiyanın dünyanın güclü dövlətlərindən biri olduğu və ATƏT-in Minsk qrupunun həmsədri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərməsi hər kəsə bəllidir. Amma Moskvanın işğalçı dövlətin mövqeyinin daha da gücləndirilməsi üçün addımlar da atmasını bütün dünya bilir.
Xatırladaq ki, avqust ayının 20-də Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri çərçivəsində iki ölkə arasında hərbi sahədə müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, Rusiya ordusu Ermənistanda 2045-ci ilədək qalacaq və hətta, Ermənistanın təhlükəsizliyilə məşğul olacaq.
Əlbəttə ki, Ermənistanla Rusiya arasında imzalanmış müqaviləni Azərbaycan qısqanclıqla qarşılamır. Sadəcə olaraq, Rusiya bu addımı ilə, öncə qeyd etdiyimiz kimi, işğalçı dövləti şirnikləşdirir və daha da azğınlaşdırır. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu cür mövqe ortaya qoyması isə Azərbaycanı əlbəttə ki, narahat edir. Eyni zamanda, belə addımların atılması ən azından beynəlxalq hüquq və normalara olan böyük hörmətsizliyin göstəricisidir. Yəni, artıq münaqişənin həllinin vacib mərhələsinə gəlib çatdıqda, işğalçı tərəfi azğınlaşdıran bəyanatların verilməsi və ona həyati əhəmiyyətli dəstəyin göstərilməsi həmin hörmətsizliyin bir əlamətidir. Amma nədənsə, maraqlarına toxunan məsələ olduqda, həmin qüvvələr beynəlxalq qanunlardan danışmağa başlayırlar...
Əgər bu gün beynəlxalq hüquq normaları dünyanın idarə olunmasında əsas istinad mənbəyi kimi qəbul edilirsə, o zaman Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək niyyəti də tamhüquqludur. BMT-nin Nizamnaməsində bildirilir ki, sonuncu variant kimi, dövlətlər ərazi bütövlüklərini bərpa etmək üçün hərbi vasitədən istifadə edə bilər. Yeri gəlmişkən qeyd edək ki, BMT TŞ-nin qəbul etdiyi qətnamələrə görə, Azərbaycanın ərazi bütövlüyü tanınır və dəstəklənir. Ona görə də, Azərbaycan istənilən an, istənilən vasitə ilə öz ərazi bütövlüyünü bərpa edə bilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən, bir daha həmin məsələyə toxunub: “Bu məsələni sülh və danışıqlar yolu ilə həll etmək üçün dünya ictimaiyyəti hesab edirəm ki, daha da ciddi tədbirlər görməlidir, işğalçı dövlətə daha da ciddi təzyiqlər göstərilməlidir və bu prosesin uğurla başa çatması üçün diplomatik səylər göstərilməlidir. Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Beynəlxalq birlik tərəfindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və bu, o deməkdir ki, məsələnin istənilən yolla həll olunması Azərbaycanın daxili işidir, heç bir kənar qüvvə bu məsələyə müdaxilə edə bilməz”.
Bir sözlə, bu gün müəyyən qüvvələrin xidməti sayəsində Cənubi Qafqazda müharibə təhlükəsi hələ də qalmaqdadır. Buna görə də, beynəlxalq ictimaiyyət Ermənistana təzyiqlər etməli və onun qarşısına Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək tələbi qoyulmalıdır. Əks təqdirdə Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməli olacaq. Azərbaycana bu addımı atmağa isə onun həm resursları, həm də beynəlxalq hüquq normaları əlverişli şərait yaradır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52

