Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur
04.09.2010 [09:49]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə təkbətək görüşü olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Rusiya Prezidentinə müraciət edərək deyib: “Hörmətli Dmitri Anatolyeviç, bir daha Sizi Azərbaycanda salamlamaq istəyirəm. Xoş gəlmisiniz. Biz Sizi görməyə həmişə şadıq. Bu, görüşmək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yaxşı imkandır. Münasibətlərimizin vəziyyəti bizi çox sevindirir. Bizim bir-birimizə tez-tez qonaq getməyimiz münasibətlərimizin yaxşı göstəricisidir. Münasibətlərimizin gündəliyi çox genişdir. Biz müxtəlif istiqamətlərdə çox səmərəli işləyirik. Münasibətlərimiz səmimiliyi ilə fərqlənir. Bu, mehriban qonşular, dostlar, strateji tərəfdaşlar arasındakı münasibətlərdir. Əminəm ki, ölkəmizə səfəriniz əlaqələrimizin gələcək inkişafı və uğurla irəliləməyimiz işində çox əhəmiyyətli olacaqdır. Xüsusən ona görə ki, müzakirə edilməli məsələlər və qəbul edilməli vacib qərarlar vardır. Bir daha Sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz!”.
Rusiya Prezidenti Dmitri Medvedev təşəkkürünü bildirərək deyib: “İlham Heydər oğlu, çox sağ olun! Xoş sözlərə, nümayəndə heyətimizin artıq dünən hiss etdiyi qonaqpərvərliyə görə çox sağ olun! Həqiqətən, münasibətlərimiz mehriban qonşuluq, dostluq və strateji münasibətlərdir. ümidvaram ki, bu səfər zamanı cari məsələləri, ikitərəfli münasibətlərimizi, regional gündəliyi, beynəlxalq məsələləri müzakirə edə biləcək və əlbəttə, Sizinlə yetərincə uzun müddət müzakirə etdiyimiz və komandalarımızın üzərində işlədiyi çox mühüm sənədləri imzalayacağıq. Odur ki, bu gün bu baxımdan çox əhəmiyyətli gündür. Gələcəklə bağlı mən tamamilə razıyam ki, bizim həm burada, Azərbaycanda, həm də Rusiya Federasiyasında, digər yerlərdə, müxtəlif sammitlərdə müntəzəm görüşməyimiz, ünsiyyətdə olmağımız uzun illər üçün sıx, möhkəm və dostluq münasibətlərinin təminatıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük”.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli Dmitri Anatolyeviç! Hörmətli qonaqlar! Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istəyirəm. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır. Biz dünən də, bu gün də münasibətlərimizin çox geniş əhatə dairəsi barədə Sizinlə hərtərəfli fikir mübadiləsi apardıq, ikitərəfli xarakter daşıyan bütün məsələləri, regional problemləri ətraflı nəzərdən keçirdik. Görürəm, Siz bir daha yəqin etdiniz ki, münasibətlərimiz təkcə ölkələrimiz üçün deyil, həm də regionda cərəyan edən proseslər üçün vacibdir. Mən çox şadam ki, Sizinlə bərabər bu cür nüfuzlu nümayəndə heyəti - Rusiya Federasiyasının müxtəlif səviyyəli rəhbərləri gəlmişdir. Bu, həm də Sizin münasibətlərimizə verdiyiniz qiymətin göstəricisidir. Bu münasibətlər bizim üçün çox əhəmiyyətli, çox qiymətlidir. Bu, strateji tərəfdaşlıq münasibətləri, dostlar arasında münasibətlərdir. Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaq, imzalayacağımız sənədlər isə münasibətlərimizin daha da inkişaf etməsi üçün çox möhkəm baza yaradacaqdır. Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Xoş gəlmisiniz!”.
Rusiya Prezidenti Dmitri Medvedev səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “Bir daha sağ olun, hörmətli İlham Heydər oğlu, hörmətli azərbaycanlı həmkarlar. Həqiqətən, biz sizinlə məhdud tərkibdə çox geniş fikir mübadiləsi apardıq. Bu, çox faydalı oldu. Qeyd etmək istərdim ki, bu yeni məkan danışıqlar aparılması üçün çox rahat, çox münasibdir. Belə ki, Azərbaycan tərəfi danışıqların səmərəli keçməsi üçün hər cür şərait yaratmış və bunu çox gözəl etmişdir. Mənə belə gəlir ki, ənənəyə görə bizim hökumətlərarası komissiyaların məşğul olduğu bəzi iqtisadi məsələləri indi geniş tərkibdə müzakirə etmək olar, həmin komissiyaların rəhbərləri buradadırlar. Regional təhlükəsizliyin təmin edilməsi məsələləri ilə yanaşı, əməkdaşlığımızın iqtisadi komponentinə daha artıq diqqət yetirmək olar. Keçən il, böhranla əlaqədar, bizim ticarət dövriyyəsi üçün o qədər də sadə il olmamışdır - ticarət dövriyyəsi azalmışdır. Bu il müsbət meyillər var, lakin əlbəttə, həmin meyilləri möhkəmlətmək üçün biz lazım olan hər işi görməliyik. Yeni layihələrə başlamaq, yeni təmas nöqtələri tapmaq barədə fikirləşməliyik. Yeri gəlmişkən, Sizinlə təkbətək görüş zamanı biz bəzi ideyaları müzakirə etdik. Zənnimcə, indi həmin ideyaları həmkarlarımızla da bölüşmək olar. Bir daha çox sağ olun”.
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə”ni imzalayıblar.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısı üzrə müqaviləyə 4 saylı əlavə Saziş”i Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Qazprom” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Miller, “Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında Saziş”i ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Yuri Trutnev, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin keçid xəttinin izahatı haqqında Sənəd”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı olub.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixində çox əlamətdar gündür: “Bu gün siyasi və iqtisadi xarakterli mühüm sənədlər - dövlət sərhədi haqqında, sərhədyanı Samur çayının su ehtiyatlarının bölünməsi və onlardan səmərəli istifadə edilməsi haqqında müqavilələr, habelə qaz sahəsində əməkdaşlıq sferasında kontrakta əlavə imzalanmışdır. Əminəm ki, onlar bizim münasibətlərin inkişafının çox mühüm istiqamətlərini uzun illər, qarşıdakı onilliklər üçün müəyyən edəcəkdir. Bütün bunlar bizim münasibətlərin dinamik və səmərəli inkişafının əyani göstəricisidir”.
Dövlət başçısı İlham Əliyev söyləyib ki, ölkələrimiz arasında çox sıx siyasi qarşılıqlı əlaqə vardır, çox tez-tez görüşürük, əlaqə saxlayırıq: “Bizim münasibətlər ayrıca bir sahədə əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər çoxşaxəlidir - siyasi əlaqələri, iqtisadi kooperasiyanı, müştərək layihələri əhatə edir. Energetika sahəsində, neft-qaz əməliyyatlarında, elektrik enerjisi satışı, nəqliyyat sahəsində əməkdaşlıq böyük bir blok təşkil edir. Biz regional və dünya miqyaslı layihələr üzərində birgə işləyirik. Şimal-Cənub nəqliyyat dəhlizi artıq bu gün öz potensialını göstərir və hazırda Rusiya və Azərbaycan həmin dəhlizin çox mühüm tərkib hissələridir. Biz Xəzərdə əməkdaşlıq edirik. Biz Qafqaz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq edirik. ölkələrimiz arasında hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq fəal inkişaf edir. Bu istiqamətlərin hər biri barəsində konkret faktlar və konkret layihələr əsasında çox danışmaq olar”.
Rusiya Prezidenti Dmitri Medvedev bəyanatla çıxış edərək deyib ki, bu gün müstəqil dövlətlər olan Rusiya ilə Azərbaycanın münasibətləri tarixində həqiqətən çox əlamətdar gündür: “Bu gün biz ölkələrimiz arasında mövcud olan mürəkkəb məsələlərdən sonuncusunu qapadıq. Azərbaycan üçün bu, sərhədin müəyyən edilməsi barədə ilk saziş, ilk müqavilədir. Ona görə də bu, gələcək münasibətlərimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti indicə bu münasibətləri iki strateji tərəfdaşın səmimi dostluq münasibətləri kimi səciyyələndirdi. Təbii ki, mən bu fikrə tamamilə şərikəm. Münasibətlərimizin mahiyyətini kooperasiyamızın praktiki olaraq bütün sahələrində izləmək mümkündür. İndi mən həm iqtisadi əlaqələr barədə, həm təhlükəsizlik mövzularına dair əməkdaşlıq, regional, humanitar əlaqələr barədə danışa bilərdim. Lakin mən bu münasibətlərin xüsusi xarakterini hər şeydən yaxşı səciyyələndirən cəmi bir misal gətirəcəyəm. Bildiyiniz kimi, bu il Rusiya Federasiyasına fəlakət üz vermişdir. çoxlu yaşayış məntəqəsi yanmış, insanlar zərər çəkmiş, həlak olmuş, çoxlu evi alov bürümüşdü. Bu məqamda azərbaycanlı həmkarlarımız da bizə dost əlini uzatmış, bizim bir sıra yaşayış məntəqələrində yanğınların söndürülməsində iştirak etmişlər. Bu, həqiqətən çox vacibdir. Xüsusən ona görə ki, bu cür fəlakətlər adətən, gözlənilmədən baş verir və çox vaxt sürəkli xarakter daşıyır. Hətta indi, payızda da yanğınlar tüğyan edir. Dünən bizim iki vilayət yanğından zərər çəkmişdir, yaşayış məntəqələrinə, insanlara ziyan dəymişdir. Əlbəttə, biz bunların hamısını hökmən bərpa edəcəyik. Lakin bir məqam xüsusilə vacibdir ki, bu cür çətin şəraitdə, - hətta inkişaf etmiş iqtisadi potensiala malik olan Rusiya kimi böyük ölkə də çətin vəziyyətə düşə bilər, - yaxın dostlar kömək əlini uzadır. İlham Heydər oğlu, görülmüş işlərə görə bir daha çox sağ olun”.
Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıblar.
Rusiya Prezidenti Dmitri Medvedev Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “çox sağ olun. Bu, həqiqətən, əsl dost hərəkətidir. Rusiya üçün ikiqat xoşdur ki, Azərbaycan bir tərəfdən cinayətkarları yaxalamışdır, digər tərəfdən isə bu əsərlər evə qayıdır. Biz hamımız bunu yüksək dəyərləndiririk. Bu, həqiqətən, əsl dostluq jestidir”.
ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın Bakı ilə tanışlığı Filarmoniya bağından başlayıb. Daha sonra qonaqlar İçərişəhəri gəzintiyə çıxıblar. Qonaqlar çay süfrəsi arxasında İçərişəhərdən bəhs edən filmə baxıblar.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Rusiya Prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedeva Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar. Azərbaycan paytaxtı ilə tanışlıq Rusiya dövlətinin başçısında və xanımında zəngin təəssürat doğurub.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycan Respublikasına rəsmi səfəri dünən başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

