Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olub

Prezident İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olub

14.09.2010 [10:10]

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, dövlət başçılarının görüşlərinin və qarşılıqlı səfərlərin ölkələrimizin əlaqələrinin daha da genişlənməsi baxımından önəmli olduğu qeyd edilib. Prezidentlər bu gün Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstan Baş nazirinin görüşünün əhəmiyyətinə toxunaraq, AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işindəki əhəmiyyətini vurğulayıblar, tədbirin regional əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə söhbət açıb. Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 922 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30