Seçki mübarizəsinin əsasını düzgün siyasi strategiya və seçici rəyi müəyyənləşdirir
23.09.2010 [10:42]
Bu bir həqiqətdir ki, istənilən partiyanın gücü, qüdrəti, o cümlədən, elektoratının sayı məhz seçkilərin nəticəsinə əsasən müəyyənləşdirilir. Digər tərəfdən, keçirilən hər bir seçki ölkədə vətəndaş cəmiyyətinin inkişafına, siyasi partiyaların seçki strategiyasını müəyyənləşdirilməsinə önəmli töhfə verir. Bu baxımdan Azərbaycanda da keçirilən hər bir seçki ölkəmizdə demokratiyanın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Seçkidən-seçkiyə daha da təkmilləşən qanunvericilik, bu siyasi kampaniyalarda iştirak edən partiyaların irəli sürdüyü seçki strategiyası, digər tərəfdən vətəndaşlarda-seçicilərdə seçki mədəniyyətinin daha da inkişafı qeyd olunan siyasi hadisənin ölkənin həyatındakı rolunu göstərir. Onu da qeyd edək ki, Azərbaycan növbəti siyasi proses ərəfəsindədir və artıq noyabrın 7-də keçiriləcək parlament seçkilərinə start verilib. Seçkiyə qatılacağını müəyyənləşdirən siyasi partiyaların, qurumların əksəriyyəti eyni zamanda, öz namizədlərinin adlarını açıqlayıb. Bu partiyaların bəziləri isə seçkidə birgə iştirak edir, yəni, artıq Azərbaycanda 6 seçki bloku yaradılıb.
ümumiyyətlə, ölkəmizdə 1995-ci ildən etibarən keçirilən parlament seçkilərinə bir sıra partiyalar qatılsalar da, hər zaman mübarizə iki cəbhə arasında-iqtidar partiyası, yəni, Yeni Azərbaycan Partiyası (YAP) və müxalifət arasında gedib. Qeyd edək ki, 1995-ci ildə keçirilən seçkilərdə 9, 2000-ci ildə 10, 2005-ci ildə isə 12 siyasi partiya parlamentə düşmək uğrunda mübarizə aparıb. Bundan əlavə 2000-ci ildə 1, 2005-ci ildə isə 8 seçki bloku seçki prosesində iştirak edib. Məlum olduğu kimi, 2005-ci ildə keçirilən parlament seçkilərində də əsas mübarizə hakim YAP ilə müxalifət arasında getdi və nəticədə yenə də müxalifət blokları ən yaxşı halda 6 millət vəkili yeri əldə etdi. Bunun qarşılığında isə YAP parlament çoxluğuna malik oldu.
ümumiyyətlə, bu vaxta qədər keçirilən seçkilərdə müxalifətin məğlubiyyətinin arxasında bir sıra səbəblər dayanırdı. Bu səbəblərdən ən əsası seçkilərin nəticələrini müəyyən edən seçicilərin dəstəyi idisə, digəri bu partiyaların və ya seçki bloklarının tutduqları səhv seçki strategiyası idi. Məsələn, 2005-ci ildə bloklarda birləşən siyasi partiyaları təhlil etdikdə görmək mümkündür ki, hətta ideoloji baxımdan bir-birinə əks qüvvələr seçki blokları yaratmışdı. Bu isə müxalifətin məğlubiyyətinin əsasını təşkil edən amillər sırasında dayanır. Maraqlıdır ki, ötən müddət ərzində müxalifət nəinki səhvlərini düzəldib, əksinə, bu dəfə də həmin səhvlərlə dolu seçki taktikasını daha qabarıq şəkildə ortaya qoyub. Bu fikri təsdiqləmək üçün sadəcə yaradılan seçki bloklarının tərkibinə nəzər salmaq kifayətdir.
AXCP-Müsavat seçki bloku: məğlubiyyətə məhkumdur
İlk olaraq AXCP-Müsavat seçki bloku haqqında danışaq. öncə bir faktı qeyd etmək lazımdır ki, hələ parlament seçkilərinə müəyyən bir müddət qalmış bu iki partiya bir-birinə əks tərəfdə yer almış bloklarla isti münasibətlərdə idilər. Yəni, AXCP “Azadlıq” blokunun həmtəsisçisi idisə, Müsavat Partiyası DUİ ilə sazişlər bağlayır, seçkiyə birgə qatılmaqla bağlı yollar arayırdı. Hətta bu partiyaların rəhbərliyi səviyyəsində qarşı tərəfi xəyanətdə, xarici qüvvələrə işləməkdə günahlandırma faktları həmin partiyaların nəzarətində olan mətbu orqanların ən sevimli mövzusuna çevrilmişdi. Birdən-birə hər iki partiyanın öz tərəfdaşlarına arxa çevirərək eyni seçki blokunda birləşməsi isə bu blokun yaranmasının arxasında başqa güclərin olması ehtimalını daha da gücləndirdi.
Bu blokun seçkidə uğur qazana bilməyəcəyini proqnozlaşdırmaq isə elə də çətin deyil. Bunun ən böyük səbəbi hər iki partiyanın bu birliyə qeyri-səmimi münasibətindən irəli gəlir. Bu baxımdan ki, hər iki partiya 2005-ci ildə baş verənləri unutmuş deyil. Xatırladaq ki, 2005-ci ildə “Azadlıq” seçki blokunda təmsil olunan hər iki partiya seçkidən sonra bir-birlərini xəyanətdə günahlandırmışdı. Hətta bu günahlandırma siyasi kampaniya səviyyəsinə qalxmışdı. Bu gün də həmin partiyaların yalnız müəyyən maraqları naminə birik görüntüsü yaratmasının arxasında hansı məqsədin dayandığını təxmin etmək elə də çətin deyil. Təbii ki, bu zorən bloklaşmada maraqlı beynəlxalq güclərin ötürdüyü maddi vəsait də böyük rol oynayır. Bunun nəticəsidir ki, hər iki partiyanın funksionerləri bir sıra dairələrdə namizəd olmaq üçün bir-birlərinə güzəştə getmək fikrində deyillər. Ən maraqlısı isə bu partiyaların namizəd irəli sürmədikləri dairələrdə fərqli namizədləri dəstəkləmələridir(!). Bu isə nəinki seçki blokunun, heç həmin partiyaların daxilində monolitliyin olmadığını ortaya çıxarır. Bu faktdır ki, istər Müsavat Partiyasının daxilində, istərsə də AXCP-də partiyadaxili qruplaşmalar mövcuddur və bu qruplaşmalar seçki siyahısının hazırlanmasında öz mənafelərini müdafiə etmək üçün bütün vasitələrdən istifadə edir. Hətta bu partiyaların bir sıra təmsilçilərinin siyahıdan kənarda qalması da daxili çəkişmə nəticəsində hansısa qrupun mövqeyinin zəifləməsinə əsaslanır. Beləliklə, qeyri-səmimi blokun iddiaları nə imkanlarına, nə də ki, seçici rəyinə uyğun gəlmir. Yəni, partiyalar daxilində baş verənlər cəmiyyət tərəfindən mənfi qarşılanır və bu isə seçkidə adıçəkilən blokun məğlubiyyətini şərtləndirir...
“İnsan naminə” bloku: yetərli sayda üzvü olmayan partiyaların birliyi...
Bu blok “Azadlıq” siyasi blokunun dağılması, daha doğrusu, AXCP-nin öz müttəfiqlərini yarı yolda buraxmasından sonra yerdə qalan iki partiya-Vətəndaş və İnkişaf Partiyası ilə Azərbaycan Liberal Partiyası tərəfindən yaradılıb. Bu seçkidə hər hansı bir uğurun əldə olunacağına heç həmin partiyaların rəhbərləri də inanmırlar. Bu partiyaların seçki bloku yaratması isə sadəcə məcburiyyətdən irəli gəlir. çünki bir zamanlar “Azadlıq” siyasi blokunda AXCP-nin yedəyinə çevrilmiş VİP və ALP digər müxalifət partiyaları ilə münasibətlərdə bütün “körpüləri yandırıblar”. Bu üzdən də hansısa partiyanın onları öz yaxınına buraxmayacağını dərk edən partiyalar məcbur olub ikisi birləşib. Hazırlanan seçki siyahısında yer alan namizədləri isə nəinki cəmiyyət, heç həmin partiyaların rəhbərliyi tanımır. Bu baxımdan seçki marafonunun sonunda bu partiyaları gözləyən məğlubiyyətə onlar indidən hazırdırlar. Sadəcə, seçkidən sonra ənənəvi olaraq yalan, şər, böhtan kampaniyaları qarşılığında Qərb dairələrindən hansınınsa diqqətini cəlb etmək üçün seçkidə iştirak vacib bir şərtdir.
“Qarabağ”: heç vaxt birgə olmayanların birləşməsinin əsas səbəbləri...
Bu blok “ümid”, Azərbaycan Demokrat və “Aydınlar” partiyalarının birləşməsi nəticəsində yaranıb. Qeyd etmək lazımdır ki, bu partiyalar heç bir zaman hansısa birliklərdə birgə təmsil olunmayıblar. Sadəcə, ilk iki partiya Müsavat Partiyasının keçmiş və yarı yolda buraxılmış müttəfiqləridirlər. “Aydınlar” isə 2008-ci il prezident seçkilərində AXCP sədri Əli Kərimlinin apardığı siyasətə etiraz olaraq partiyadan ayrılan müavin Qulamhüseyn Əlibəyli tərəfindən təsis olunub.
Bu blok da öz zəifliyi ilə digər bloklardan geri qalmır. Eyni zamanda, adıçəkilən partiyaların da seçki blokunda birləşməsi sosial sifarişdən deyil, məcburiyyətdən irəli gəlib. Səbəb partiyaların birgə 60-dan yuxarı namizəd tapıb irəli sürərək təbliğat-təşviqat kampaniyası çərçivəsində pulsuz efir vaxtı əldə etmək istəyindən qaynaqlanır. Hətta indi də bu partiyaların birində seçki blokunun yaradılması ilə bağlı narazılıqlar hökm sürür. Bakının bir sıra mərkəzi dairələrində digər partiyaların nümayəndələrinə güzəşt edilməsi artıq blokdaxili parçalanmanın əsasını qoyub. İkinci bir tərəfdən, bu partiyaların da namizəd olaraq irəli sürdüyü şəxslər cəmiyyət tərəfindən tanınmır, yəni, seçicilərin bu namizədləri dəstəkləyəcəyi inandırıcı deyil. Bunu açıqlamalarında həmin blokun rəsmiləri də etiraf edir. Bu etiraflar isə, blok təmsilçilərinin məğlub olacaqlarını indidən həzm etmələrinin nişanələridir.
“Demokratiya” bloku: Qərblə Şərqin “sintezi”...
Bu blok Azərbaycan Demokratik İslahatlar Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən yaradılıb. Yuxarıda qeyd etdiyimiz səhv seçki taktikası burada özünü daha qabarıq şəkildə büruzə verib. O mənada ki, birləşən partiyalar ideoloji baxımdan bir-birilərindən həddindən artıq fərqlənir. ADİP birmənalı olaraq qərbyönümlülüyü, Avropa məkanına inteqrasiyanı təbliğ edirsə, VHP daha çox mühafizəkar və mental dəyərləri ön plana çəkən bir siyasi qurumdur. O baxımdan, bu partiyaların da birliyi, sadəcə, birlik xatirinə birlikdən uzağa getmir. Yəni, bu blokun da hansısa bir uğura iddia etməsi yersiz görünür.
“İslahat Bloku”: keçmiş partiyadaşlar yenidən bir arada...
Bu blok Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş Partiyası və “Ədalət” Partiyası tərəfindən təsis olunub. Blokda birləşən iki partiya-BQP və BAXCP AXC-dən ayrılan siyasi təşkilatlardır. O baxımdan onların arasında ideya fərqliliyi o qədər də gözə çarpmır. “Ədalət” Partiyası isə müəyyən mənada bu blokda “qonaq” statusundadır. Qeyd etmək lazımdır ki, hər üç partiyanın sədri hazırda millət vəkilidir. Amma bunun həmin partiyaların gücü ilə elə də əlaqəsi yoxdur. O baxımdan, “İslahat Bloku”nun da blok şəklində hər hansı bir uğuru inandırıcı görünmür.
DUİ: siyasi meydanda varlığını qorumaq istəyənlərin birliyi...
Bir siyasi birlik də var ki, öz namizədlər siyahısını irəli sürüb. Demokratiya Uğrunda İttifaqda KAXCP, Xalq, BAP, “Azadlıq” və bir sıra “cırtdan” partiyalar birləşib. Maraqlısı isə, bu birliyin Müsavat Partiyası ilə də ikitərəfli müqaviləsinin olmasıdır. Yəni, görünən odur ki, Müsavat Partiyası həm AXCP ilə, həm də DUİ ilə müttəfiqlik edir(?).
Əslində, bu blokda birləşən siyasi partiyaların adlarına baxanda hər şey bəlli olur. Məsələn, yuxarıda qeyd olunan partiyaların əksəriyyətinin üzvlərinin sayı elə sədrlə məhdudlaşır. O baxımdan bu bloku da yalnız siyasi həyatda varlığını qorumaq üçün seçki mübarizəsinə qoşulan partiyaların birliyi kimi xarakterizə etmək olar...
Nəticə... Səhv seçki taktikası və gücsüzlük müxalifətin məğlubiyyətinin əsasını şərtləndirir
Qeyd olunduğu kimi, müxalifət düşərgəsi zəif olduğu halda seçkiyə parçalanmış halda gedir. İqtidar partiyası YAP isə bu dəfə də seçkidə bütöv, monolit bir komanda şəklində iştirak edir. Bu mənada müxalifətin yenə də məğlub olacağı şübhəsizdir. çünki seçki strategiyasını, seçki qaydalarını bilməmək onların məğlubiyyətinin əsasını təşkil edir. Bu baxımdan müxalifət düşərgəsi gələcəkdə məğlubiyyətinin səbəblərini öz içində, seçdiyi seçki taktikasında axtarmalıdır. Müxalifəti təmsil edən partiyaların əksəriyyətinin məğlub olacağını bilə-bilə seçkiyə qatılmasının arxasında isə başqa məqsədlər dayanır. Ən əsası seçkidən sonra yalandan haray salmaq və Azərbaycan hakimiyyətini günahlandırmaq üçün min bir vasitəyə əl atmağa müxalifət artıq indidən hazırlaşır. çünki bu düşərgə məğlubiyyətini artıq indidən etiraf edir: Həm yaratdığı seçki blokları ilə, həm də seçdiyi səhv siyasi strategiya ilə...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40

