/ / Azərbaycanda həyata keçirilən əhatəli və kompleks islahatlar iqtisadi inkişafın sürətlənməsinə impuls verib
Azərbaycanda həyata keçirilən əhatəli və kompleks islahatlar iqtisadi inkişafın sürətlənməsinə impuls verib
23.09.2010 [10:43]
Azərbaycanda həyata keçirilən əhatəli və kompleks islahatlar ölkəmizin iqtisadi inkişafının sürətlənməsinə impuls verməkdədir. Son illərdə institusional islahatların keyfiyyət və kəmiyyət baxımından daha da yaxşılaşması respublikamızın inkişafına zəmin yaratmaqla, bölgədə nüfuzunun möhkəmlənməsinə səbəb olub. Eyni zamanda, islahatların məzmunu və dinamikası keçid iqtisadiyyatının tamamilə arxada qalmasını və yeni dövrün iqtisadi tələblərinə uyğun addımlar atmağı şərtləndirmiş olur.
Qeyd edək ki, respublikamız hazırki inkişaf mərhələsinə sistemli tədbirlər planı və mükəmməl strategiyanı həyata keçirməklə nail olub.
Azərbaycan MDB-də genişmiqyaslı islahatlar həyata keçirən yeganə ölkədir...
Azərbaycan MDB dövlətləri içərisində yeganə ölkədir ki, son 4 ildə iqtisadiyyatın liberallaşdırılması və biznesin tənzimlənməsi ilə bağlı genişmiqyaslı səmərəli islahatlar həyata keçirməyə nail olub. Hökumət siyasi iradə nümayiş etdirərək bütün iqtisadi strukturların birgə səyi nəticəsində köklü institusional islahatların davamlılığını təmin edib. Biznesin qeydiyyatı sisteminin və sahibkarlıq mühitinin təkmilləşdirilməsi, diversifikasiya siyasətinin gücləndirilməsi, məşğulluğun artırılması, əmək və əmtəə bazarının yaxşılaşdırılması, tikinti üçün icazələrin verilməsi və əmlakın qeydiyyatının aparılmasının sadələşdirilməsi, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsi, eləcə də, digər komponentlər üzrə tədbirlərin görülməsi islahatların əsas məzmununu təşkil edib.
ümumiyyətlə, Azərbaycan hökumətinin həyata keçirdiyi kompleks islahatlar 10-a yaxın istiqaməti əhatə edib və onların əksəriyyəti üzrə mühüm nəticələr əldə olunub. Qısa müddətdə müəssisələrin qeydiyyatının aparılması, lisenziyalaşdırma və icazələr sisteminin, vergi sənədlərinin təqdim olunması, əmlakın qeydiyyatı, kreditdən istifadə, işçi qüvvəsinin və investorların müdafiəsi sahələrində təkmilləşdirmələr həyata keçirilib ki, bu da Azərbaycanın bölgədə ən effektiv, təsirli və misli görünməmiş nəticə əldə etməsinə səbəb olub. Respublikamızın vəziyyəti hər bir parametr üzrə xeyli yaxşılaşıb. Məsələn, son 2 ildə biznesin qeydiyyatının aparılması sahəsində ən mühüm nəticəni ölkəmiz əldə edib. Fərdi biznesin qeydiyyatının aparılması müddətinin 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının 13-dən 6-ya endirilməsi də bu sahədə müsbət faktor kimi qeyd oluna bilər.
Hökumətin sahibkarlıq sektoruna maliyyə dəstəyi 3 dəfədən çox artıb...
“Bir pəncərə” sisteminin tətbiqi bu istiqamətdə ən mükəmməl addım sayılır. Sahibkarlığa başlayan şəxslərə hər cür şəraitin yaradılması ümumilikdə həm biznes sektorunda, həm də kredit bazarında pozitiv dəyişikliklərə gətirib çıxarıb. Kreditlərin verilməsi ilə bağlı parametrlər üzrə Azərbaycanda vəziyyət 2007-ci ildən indiyədək 3 dəfə yaxşılaşıb. Bunu kiçik və orta sahibkarların maliyyə resursları ilə təminatında müşahidə etmək olar. Sahibkarlara həm dövlətin maliyyə dəstəyi, həm də özəl kredit qurumları tərəfindən verilən vəsaitlərin həcmi 3 dəfəyə yaxın artıb. Eyni zamanda, uzunmüddətli kreditlərin həcmi 4 dəfə çoxalıb.
Qeyd edək ki, Azərbaycanda bu qədər böyük miqyas alan islahatlar beynəlxalq qurumların hesabatlarında öz mühüm əksini tapıb və qeyd etdiyimiz parametrlər üzrə göstəricilər də həmin qurumların müxtəlif qiymətləndirmələrinə əsaslanır. Dünya Bankının Azərbaycanı bir nömrəli islahatçı dövlət elan etməsi və respublikamızın “Doing Business-2009” hesabatında 64 pillə irəliləməsi bunun əyani sübutudur. Eləcə də, Dünya İqtisadi Forumunun 2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabatında da ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Azərbaycan 18 pillə irəliləyərək 51-ci yerdə qərarlaşıb. Respublikamız makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisiti və dövlət borcunun azaldılması ilə bağlı parametrlər, eləcə də, inflyasiya tempi, bazarların səmərəliliyinin artırılması ilə bağlı göstəricilərə görə, bir sıra inkişaf etmiş dövlətlərdən də irəlidə yer alıb.
Əmək bazarında islahatların aparılmasına görə Azərbaycanın mövqeyi 20 pillə yüksəlib...
Respublikamızın mövqeyinin yüksəlməsini şərtləndirən digər göstəricilər də institusional islahatların dərinləşməsini və əhatəliliyini təsdiq edir. ümumiyyətlə, bütün parametrlərin mahiyyətini təhlil etdikdə respublikamızın hər bir göstərici üzrə irəliləməsinə səbəb kimi düzgün iqtisadi siyasətin həyata keçirilməsini qeyd etmək olar. Sənəddə əsas indikatorlardan biri olan əmək bazarında islahatların aparılmasına görə Azərbaycan ötən ilki 34-cü pillədən 13-cü pilləyə yüksəlib. Bu nailiyyəti ölkəmizdə yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsi ilə bağlı hökumətin strateji addımlarının məntiqi nəticəsi kimi səciyyələndirmək olar. Son illərdə regionların inkişafı ilə bağlı həyata keçirilən proqramlar əmək bazarının inkişafını da stimullaşdırıb ki, bu da məşğulluğun səviyyəsinin yüksəlməsinə səbəb olub. Yeni iş yerlərinin yaradılması ilə bağlı siyasət hazırda əmək bazarının formalaşmasına təkan verən ən başlıca faktorlardan birinə çevrilib. Əmək bazarının göstəricilərinə görə, Azərbaycan son bir ildə xeyli irəliləyişlər əldə edib. Respublikamızın mövqeyi bu sahə üzrə ən azı 20 pillə yaxşılaşıb. Belə ki, əmək bazarı və məşğulluğun təmin olunması parametri üzrə Azərbaycan 34-cü pillədən 13-cü pilləyə yüksəlib. Təbii ki, bu istiqamətdə görülən işlər dünyanın nəhəng maliyyə institutlarının ekspertlərinin diqqətindən kənarda qala bilməz və respublikamızın mövqeyinin yaxşılaşması da bunun əyani təzahürü kimi qeyd oluna bilər.
Respublikamızda güclü maliyyə sabitliyi mövcuddur...
Eləcə də, əmtəə bazarındakı inkişaf tendensiyası da regionlardakı quruculuq işlərinin və biznes sferasının yüksəlməsi ilə bağlıdır. Bölgələrdə yeni müəssisələrin açılması iqtisadi fəallığı sürətləndirməklə yanaşı, ticarətin dövriyyəsinin də yüksəlməsinə imkan yaradıb ki, bu da mal və xidmətlərin çeşidinin artmasına, ümumilikdə, əmtəə bazarının canlanmasına təkan verib. Rəqabət mühitinin təmin edilməsi, əcnəbi investorların hüquqlarının qorunması ilə bağlı son iki ildə qəbul edilmiş mühüm qərarların icrası sayəsində mümkün olub. Makroiqtisadi sabitlik göstəricilərinə görə 27-ci yerdə qərar tutan respublikamızın həmin indeks üzrə yüksək nəticə əldə etməsinin başlıca səbəbləri isə hökumətin maliyyə sabitliyinin və uzunmüddətli inkişaf strategiyasının təmin olunması ilə bağlı yürütdüyü siyasətdir.
Azərbaycan digər bir göstərici - innovasiya potensialına görə də əhəmiyyətli dərəcədə mövqeyini möhkəmləndirib. Respublikamız informasiya texnologiyalarının vəziyyətinə dair son illərdə ən mütərəqqi islahatlar həyata keçirən və inkişaf edən dövlət kimi yer alıb. Azərbaycan bu sahə üzrə MDB dövlətlərini, xüsusilə də informasiya texnologiyalarının inkişafında son illər əhəmiyyətli irəliləyişlər əldə etmiş Rusiya və Qazaxıstanı bir sıra göstəricilər üzrə xeyli qabaqlayır.
Azərbaycan hakimiyyətinin həyata keçirdiyi çevik və praqmatik iqtisadi siyasət və tətbiq olunan iqtisadi model beynəlxalq maliyyə institutları, inkişaf etmiş dövlətlər tərəfindən təqdir olunmaqdadır. Bir çox ölkələr bu modeli örnək hesab edir və inkişafa təminat verən mükəmməl strateji konsepsiyaya söykəndiyini bəyan edirlər.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

