Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri başa çatıb
29.09.2010 [09:42]
Prezident İslam Kərimov görüş iştirakçılarına müraciət edərək deyib ki, özbəkistanda Azərbaycan ilə özbəkistan arasında səmimi dostluq hisslərinə əsaslanan dərin məzmunlu ikitərəfli dövlətlərarası münasibətləri yüksək qiymətləndirirlər: “Prezidentlər arasında görüşlərə, yüksək səviyyədə görüşlərə, nazirliklər, müvafiq qurumlar səviyyəsində və işgüzar səviyyədə görüşlərə həmişə tələbat vardır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin özbəkistana bu rəsmi səfərini ikitərəfli və çoxtərəfli münasibətlərin dinamikasını, məzmununu, etimada əsaslanan fikir mübadiləsini obyektiv qiymətləndirmək, ölkələrimizin əməkdaşlığının ən mühüm prioritetlərini müəyyən etmək üçün yaxşı bir imkan hesab edirik”.
Prezident İslam Kərimov deyib ki, azərbaycanlıların tamamilə aydın başa düşdüyü özbək dilində desək, “Bizim ulduzlarımız müştərək, dilimiz bir, dinimiz bir, ürəklərimiz birdir”. Azərbaycan ilə ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını bildirən özbəkistan Prezidenti əlaqələrimizin möhkəmlənməsinin Cənubi Qafqaz və Orta Asiya regionlarında uzunmüddətli sabitliyin təmin olunması işinə töhfə verə biləcəyini vurğulayıb. İslam Kərimov Azərbaycan ilə özbəkistanın münasibətlərinin böyük perspektivlərə malik olduğunu qeyd edərək, iri regional layihələrin həyata keçirilməsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqpərvərliyə görə təşəkkür edərək, ölkələrimizin ortaq dəyərlərə, zəngin tarixi və mədəni irsə malik olduğunu vurğulayaraq, bütün bunların ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm əsas yaratdığını bildirib. “Bu möhkəm əsaslar üzərində siyasi və iqtisadi əlaqələrin uğurla inkişafına iri potensial iqtisadi layihələrin işlənməsi də əlavə edilərsə nadir regional format yaranır”, - deyən dövlətimizin başçısı bildirib ki, bu gün ölkələrimiz dinamik şəkildə inkişaf etməklə yanaşı, regional sabitliyin təmin olunmasında da mühüm rol oynayırlar: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində daimi prinsipial mövqeyinə görə özbəkistana çox minnətdarıq. Bu dəstək və münaqişənin mahiyyətinin, səbəblərinin dərindən başa düşülməsi bizim üçün çox vacibdir. Sizin bu mövzuda bugünkü bəyanatınız böyük əhəmiyyət kəsb edir, çünki münaqişə, onun nizamlanması çox uzanmışdır. Biz 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı özbəkistanın ifadə etdiyi mövqeyə görə çox minnətdarıq. Biz münaqişənin mümkün qədər tez həll olunmasına səy göstəririk. çünki işğal altında olan məhz bizim torpaqlarımızdır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmış, hərbi cinayətlər, o cümlədən Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törədilmişdir. O zaman erməni işğalçı quldur dəstələri 613 dinc vətəndaşı məhv etmişdir, onların 100-dən çoxu azyaşlı uşaqdır. Məlum olduğu kimi, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. “Qarabağ” sözünün özü bizim köklərə malikdir. Erməni dilində bu sözün heç bir mənası yoxdur. Dağlıq Qarabağın əsas şəhəri Xankəndidir. Bu şəhər yarananda onun adı Xankəndi olmuşdur. Zənnimcə, bu adı tərcümə etməyə ehtiyac yoxdur. Sovet dövründə bu şəhərə 1918-ci ildə Bakıda Azərbaycanın dinc əhalisinin qanlı qırğınının təşkilatçılarından biri olmuş bolşevik Stepan Şaumyanın “şərəfinə” Stepanakert adı verilmişdi. Yəni, hətta toponimlər kimi detal da Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasına, xalqımızın əsrlər boyu orada yaşamasına dəlalət edir. Təxminən XIX əsrin birinci yarısından etibarən ermənilərin başqa regionlardan kütləvi şəkildə Dağlıq Qarabağa köçürülməsi başlanmışdır. Sovet İttifaqı dağılarkən azərbaycanlılar etnik təmizləməyə, deportasiyaya və kütləvi qətllərə məruz qalmışlar. Həmçinin Dağlıq Qarabağın ətrafındakı yeddi rayonda yaşayan yüz minlərlə Azərbaycan vətəndaşları kimi, Dağlıq Qarabağın azərbaycanlı əhalisi də oradan qovulmuşdur. Bu gün həmin ərazilərdə şəhərlər və kəndlər viran edilmiş, milli sərvətlərimiz, muzeylərdə saxlanan əşyalar talan olunmuş, qəbiristanlıqlar təhqir edilmiş, məscidlər dağıdılmışdır. Bu haqsızlıq artıq onilliklərdir ki, davam edir. Beynəlxalq təşkilatlar bu məsələ barədə öz mövqelərini bildirmişlər. BMT-nin Təhlükəsizlik Şurası bu barədə dörd qətnamə qəbul etmişdir. BMT-nin Baş Məclisi, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası müvafiq sənədlər qəbul etmişlər. Lakin təəssüf ki, bunun nəticəsində münaqişənin tənzimlənməsi reallığa çevrilməmişdir. Biz ümid edirik ki, beynəlxalq birlik, ilk növbədə nizamlama prosesi ilə bilavasitə məşğul olan ölkələr münaqişənin tezliklə tənzimlənməsi üçün maksimum səy göstərəcək, bu məsələdə beynəlxalq hüququn prinsiplərindən çıxış edəcəklər. Əminəm ki, bu, regionun bütün ölkələrinin maraqlarına uyğundur. Azərbaycan isə, öz tərəfindən bu vəziyyətlə heç vaxt barışmayacaqdır. Xalqımız bununla heç vaxt barışmayacaqdır. Hətta valideynləri Dağlıq Qarabağdan və onun ətrafındakı ərazilərdən qovulmuş, özləri Bakıda və Azərbaycanın digər şəhərlərində doğulmuş uşaqlar da həmin torpaqlarda heç vaxt olmasalar da, bir arzu ilə - əzəli Vətənə qayıtmaq arzusu ilə yaşayırlar. Mən əminəm ki, o gün gələcəkdir. Şübhə etmirəm ki, Azərbaycan ərazi bütövlüyünü, ədaləti bərpa edəcək, bütün vətəndaşlarımız tarixi yaşayış yerlərinə qayıdacaqlar. Bu mənada bizi düzgün başa düşdüyünüzə və dəstəklədiyinizə, ən başlıcası isə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan prinsipial mövqeyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm”.
Sonra Prezident İlham Əliyev Azərbaycan ilə özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlığa toxunub. Humanitar əlaqələrin inkişafından danışan dövlətimizin başçısı bu sahədə də əməkdaşlığı yüksək qiymətləndirib.
özbəkistan Prezidenti İslam Kərimov bəyanatla çıxış edərək deyib ki, özbəkistanda bizə yaxın olan və tanınmış lider İlham Əliyevin ölçülüb-biçilmiş, düşünülmüş və əsasən praqmatik siyasəti sayəsində müstəqilliyin, iqtisadi potensialın və beynəlxalq nüfuzun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə addımlayan Azərbaycanın böyük uğurlarından və nailiyyətlərindən yaxşı xəbərdardırlar və bunlara görə ürəkdən sevinirlər.
Sonra İslam Kərimov Azərbaycanda gedən inkişaf proseslərinə toxunaraq deyib: “Lakin gözəl Bakıda, tarixi Bakıda, bənzərsiz Bakıda olduğum qısa müddətdə bir şeyə əmin oldum ki, Azərbaycan inamla irəliləyir və hətta dünya maliyyə-iqtisadi böhranının hökm sürdüyü çətin şəraitdə belə sürətlə irəliləyən və irimiqyaslı planlarını inamla həyata keçirən dövlətləri barmaqla saymaq olar”.
İslam Kərimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı özbəkistanın mövqeyini də bildirərək deyib: “Danışıqlar zamanı biz bir daha təsdiq etdik ki, Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz birmənalı və dəyişməz qalır. özbəkistan bu çoxillik münaqişənin sülh yolu ilə siyasi həllinə tərəfdardır və tərəfdar olaraq qalır. Eyni zamanda, özbəkistan hesab edir ki, bu münaqişənin həllinin başlıca şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Zənnimcə, bu mövqe beynəlxalq normalara, tarixi paralellərə cavab verir. özbəkistanın bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir: Azərbaycanın ərazi bütövlüyü müqəddəs anlayışdır və problemin bütün həll variantlarında onu əsas götürmək lazımdır”.
Prezident İslam Kərimov ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. özbəkistan Prezidenti ölkələrimizin mədəniyyət və humanitar sahələrdə də uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Prezident İslam Kərimov Azərbaycan-özbəkistan əlaqələrinin inkişafında Ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, qardaş özbəkistanda Heydər Əliyevin xatirəsinin əziz tutulduğunu görmək mənə çox xoşdur. Azərbaycan dövlətinin başçısı özbəkistanın qazandığı uğurlara da toxunub.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özbəkistanın qəti və ədalətli mövqeyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın və özbəkistanın dövlət başçılarının imzaladıqları birgə Bəyannamənin mühüm əhəmiyyətinə toxunaraq deyib ki, biz bütün istiqamətlər üzrə münasibətlərimizi qətiyyətlə inkişaf etdirmək əzmindəyik və bu gün konkret nəqliyyat layihələrini, iqtisadi əməkdaşlıq məsələlərini hərtərəfli müzakirə etmişik: “ümid edirik ki, nəzərdə tutduqlarımızın hamısını həyata keçirəcəyik”.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak ediblər.
Prezident İlham Əliyev mərkəzin qarşısında Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub.
Bina ilə tanışlıq zamanı məlumat verilib ki, azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir.
Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev muzeyi ilə tanış olub. Burada ümummilli liderimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri toplanıb.
Azərbaycanın dövlətçilik tarixi muzeyi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə vaxtilə 400 min kvadratkilometr ərazisi olan respublikamızın xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verilib.
Azərbaycanın və özbəkistanın müştərək tarixi muzeyində toplanmış eksponatlar isə ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrdən, habelə bu gün inkişaf edən münasibətlərimizdən söhbət açır.
Prezident İlham Əliyev mərkəzin konfrans salonuna baxıb.
Məlumat verilib ki, mədəniyyət mərkəzində Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcək. Bundan əlavə, burada Azərbaycan məktəbi və kitabxana da yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan diasporunun üzvləri ilə görüşüb.
Mərkəzin açılışı münasibətilə soydaşlarımızı təbrik edən Prezident İlham Əliyev deyib ki, bu mərkəz əslində özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür: “Bu mərkəzdə, eyni zamanda, özbəkistan-Azərbaycan dostluğu muzeyi də fəaliyyət göstərir. Bu mərkəz Ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. çünki Ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir. Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar. Heydər Əliyev özbək xalqına həmişə böyük rəğbətlə, məhəbbətlə yanaşırdı. Mən çox şadam ki, Heydər Əliyevin xatirəsi ilə bağlı bu gözəl duyğular özbəkistanda və özbək xalqının ürəyində yaşayır. Bu gün hörmətli İslam Əbdüqəniyeviçlə görüşdə bu tarix də qeyd edildi. özbəkistan Prezidenti öz çıxışlarında Ulu öndər Heydər Əliyev haqqında ürək sözlərini, səmimi sözlərini demişdir. ölkələrimiz dost, qardaş ölkələrdir. Xalqlarımız da dost, qardaş xalqlardır. Bu gün görüşlərdə qeyd olunan kimi, bizə tərcüməçi lazım deyildir. Biz bir-birimizin dilini başa düşür, anlayırıq və bütün beynəlxalq təşkilatlarda məsələlərə vahid mövqedən yanaşırıq”.
özbəkistan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun elmi işçisi Südabə Məmmədova xarici ölkələrdə yaşayan azərbaycanlıları hər zaman diqqətdə saxladığı üçün dövlətimizin başçısına təşəkkürünü bildirib.
Tədbir iştirakçıları xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür ediblər.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev mədəniyyət mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxıb.
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

