Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir
05.10.2010 [10:33]
Azərbaycan və özbəkistan arasındakı münasibətlər siyasi, iqtisadi, humanitar, texniki və mədəni sahələri əhatə etməklə, daim yeni keyfiyyət çalarları qazanır. Prezident İlham Əliyevin tərəfdaş ölkəyə son səfərindən sonra ortaya çıxan mənzərə də bir daha sübut etdi ki, iki ölkə arasındakı sıx təmaslar uzunmüddətli perspektivi əhatə etmək və daha da möhkəmlənmək potensialındadır. Səfər çərçivəsində ölkələr arasında Birgə Bəyannamə qəbul edilməklə yanaşı, “özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş”, özbəkistan Milli Teleradio Şirkəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş”, “özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında Müqavilə”, “özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş”, “özbəkistan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında Protokol”, “özbəkistan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün əməkdaşlıq Proqramı”, “2011-2015-ci illər üzrə özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” və “18 iyun 1997-ci ildə imzalanmış “özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi haqqında Protokol” imzalanmaqla tərəflər arasında geniş sahəni əhatə edən məsələlərə dair yekun razılıq əldə edilib...
Azərbaycan-özbəkistan siyasi münasibətlərində yeni keyfiyyət çalarları...
Azərbaycanın “çoxtərəfli diplomatiya” siyasəti və özbəkistanın Azərbaycanı tərəfdaş aktor qismində qəbul etməsi ölkələr arasındakı siyasi-strateji təmasları daha da sıxlaşdırır. Şimal-şərqdə Qırğızıstan, şimal və şimal-qərbdə Qazaxıstan, cənub- şərqdə Tacikistan, cənub və cənub-qərbdə isə Türkmənistan və Əfqanıstanla həmsərhəd olan, həmçinin, Mərkəzi Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşən özbəkistan geosiyasi mövqeyinə görə olduqca vacib tərəfdaş ölkədir. Eyni zamanda, Cənubi Qafqaz regionunda formalaşdırılan qeyri-enerji sahələrindəki əməkdaşlıq platformalarında iştirak etmək üçün bu ölkə Azərbaycanın dəstəyinə ciddi surətdə ehtiyac duyur. Bir sözlə, Bakı-Daşkənd tandemini bir-birinə strateji mənada ilk növbədə geosiyasi faktorlar bağlayır. İkincisi, sözügedən ölkələr əvvəllər olduğu kimi, son zamanlar da bir-birini beynəlxalq arenada tam olaraq dəstəkləyirlər. İstər BMT səviyyəsində, istərsə də hər hansı siyasi durum ortaya çıxan zaman hər iki ölkə qarşılıqlı milli maraqların təmin olunması mövqeyindən çıxış edərək həmrəylik nümayiş etdirirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda özbəkistanın beynəlxalq və regional əhəmiyyətli məsələlərdə yürütdüyü müstəqil kurs böyük hörmətlə qarşılanır: “Hətta, əgər kiminsə xoşuna gəlməsə belə, məhz prinsipial mövqe və dəqiq ifadə özbəkistanı fərqləndirən cəhətdir və onun sayəsində ölkəniz dünyada layiqli hörmət qazanıb”.
Eyni zamanda, rəsmi Daşkənd də öz növbəsində rəsmi Bakının balanslaşdırılmış, müstəqil xarici siyasət kursunu təqdir edir və məhz bu səbəbdən Azərbaycanla münasibətlərə xüsusi strateji önəm verir.
Bir sözlə, bu gün mövcud olan möhkəm siyasi münasibətlər digər sahələrdəki təmasların daha da sıxlaşmasına təkan verir və tərəfdaş ölkələrin tandemini daha da gücləndirir...
Daşkənddən Bakıya Dağlıq Qarabağ məsələsində qanunauyğun dəstək
özbəkistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsində daim Azərbaycanın mövqeyini dəstəkləyib. Prezident İlham Əliyevin özbəkistana son səfəri zamanı da ölkə başçısı İslam Kərimov prinsipial və qəti surətdə növbəti dəfə məhz bu cür yanaşma və mövqe sərgiləyib: “özbəkistan ardıcıl olaraq çoxillik münaqişənin sülh və siyasi yolla həllinin tərəfdarı kimi çıxış edib və edir, bu zaman Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını nizamlanmanın əsas şərti hesab edir”.
Məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində qeyd edib ki, Azərbaycan üçün özbəkistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqe çox vacibdir. O, sözlərinin davamında bildirib: “Mən bu barədə artıq danışmışam və bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində, eləcə də, bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllində özbəkistanın tutduğu prinsipial, ardıcıl və qəti mövqeyinə görə çox minnətdarıq”.
Prezident İlham Əliyev onu da xatırladıb ki, 2008-ci ildə BMT Baş Assambleyasında Dağlıq Qarabağ məsələsi üzrə keçirilən səsvermə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi və həqiqət anı oldu: “özbəkistana və qardaş özbək xalqına böyük rəğbət və sevgi ilə yanaşan bir insan kimi, mənə özbəkistanın bizim yanımızda olan ölkələr arasında olması ikiqat sevinc bəxş etdi”.
Göründüyü kimi, digər sahələrdə olduğu kimi, ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də rəsmi Daşkəndin beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi birmənalıdır. Bunun da əsasında, əlbəttə ki, Azərbaycanın diversifikasiya edilmiş milli maraqlar şəbəkəsinin reallaşdırılmasının əsas tutan rasional və praqmatik siyasi-strateji kurs dayanır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16

