/ / Ermənistan işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətinə görə cəzalandırılmalıdır
Ermənistan işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətinə görə cəzalandırılmalıdır
05.10.2010 [10:34]
İşğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan hakimiyyətinin rəhbərliyi və himayədarlığı ilə Azərbaycan xalqına, mədəniyyətinə məxsus olan bütün izlərin silinməsi istiqamətində fəal iş aparıldığı çoxdan bəllidir. Belə ki, hələ Ermənistan ordusunun hücumu nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən yüzlərlə maddi-mədəniyyət abidələrimiz dağıdılıb. Təəssüf ki, abidələrimizə, qədim yaşayış məskənlərimizə qarşı yönələn vandalizm aktları hazırda da davam edir. Ermənistanın işğal etdiyi ərazilərdə yerləşən Azərbaycan xalqına məxsus məbədlər, məscidlər, türbələr, qəbiristanlıqların bir qismi hərbi məqsədlərlə istifadə olunaraq qəsdən dağıdılır, qalanlar isə baxımsızlıqdan məhv olmaq üzrədir. Bununla kifayətlənməyən işğalçılar Azərbaycana məxsus ərazilərdə qanunsuz olaraq arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları öz adlarına çıxmağa çalışırlar. Eyni zamanda, işğal dövrünə qədər öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımıza məxsus evlər, yaşayış binaları dağıdılaraq yararsız vəziyyətə salınıb. Bütün bunlar insanlıq əleyhinə cinayətlər olmaqla bərabər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənistanın işğal olunmuş torpaqlarda yerləşən Azərbaycan xalqına məxsus abidələri məqsədli şəkildə məhv etməsi faktını BMT Baş Assambleyasındakı çıxışı zamanı Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Dövlət başçısının da bildirdiyi kimi, torpaqların azərbaycanlılara məxsus olduğunu inkar edə bilmək üçün bölgənin tarixi və mədəni siması dəyişdirilir: “Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir”.
Ermənistanın işğal etdiyi torpaqlarda azərbaycanlı izini silmək cəhdlərindən biri də bölgədə süni surətdə erməni ailələrinin məskunlaşdırılmasıdır. Bugünədək əldə olunan çoxsaylı faktlar bu qanunsuz əməlin illərdir ki, davam etdirildiyini sübuta yetirir. Belə ki, ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə bağlı 2002-ci ilə ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü açıqlanıb. Süni məskunlaşmanın mövcudluğunu təsdiqləyən başqa bir fakt isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin 2004-cü ildə yaydığı məlumatdır. Təşkilatın apardığı hesablamalara görə, Dağlıq Qarabağ ərazisinə hər ay orta hesabla 15 ailə köçürülür. Qeyd edək ki, Azərbaycan torpaqlarında ermənilərin qanunsuz olaraq məskunlaşdırılması faktı ATƏT tərəfindən də təsdiqlənib. 2005-ci ildə Azərbaycanın işğal altındakı ərazilərinə göndərilən ATƏT-in faktaraşıdırıcı missiyası həmin ərazilərdə insanların məskunlaşdırılması faktını aşkara çıxarıb. Bundan sonra, Ermənistan “Azərbaycanın işğal edilmiş ərazisində hər hansı digər məskunlaşmaqdan çəkinməyə” çağırılıb. Münaqişənin həlli istiqamətində danışıqlar prosesinin davam etməsindən və işğal edilmiş ərazilərin nəzarətdən kənarda qalmasından istifadə edərək işğalçı Ermənistan Azərbaycan torpaqlarına erməni ailələrin köçürülməsini təşviq etməkdə davam edir. Baş Assambleyadakı çıxışında bu məsələyə də toxunan Prezident İlham Əliyev bu qanunsuz əməlin beynəlxalq hüqüq normalarını və azərbaycanlı məcburi köçkünlərin mülkiyyət hüquqlarını pozduğunu bildirib: “İşğal edilmiş ərazilərə insanların köçürülməsi, eləcə də, tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da birbaşa zərər vurur”.
Məlum olduğu kimi, yaxın günlərdə ATƏT-in faktaraşdırıcı missiyasının 5 ildən sonra növbəti dəfə Azərbaycanın işğal altındakı rayonlarında müşahidə aparacağı gözlənilir. 5 il öncə şəhərlərin, maddi-mədəniyyət abidələrin dağıdılmasını və sonradan məskunlaşmanı öz gözləri ilə görən Qərb ekspertləri işğalçı ölkə qarşısında qanunazidd fəaliyyətin dayandırılması tələbini irəli sürmüşdülər. Lakin Ermənistanın bu çağırışdan heç bir nəticə çıxarmaması və beynəlxalq hüququn tələblərini pozmaqda davam etməsi ATƏT-in işğal zonasına göndəriləcək nümayəndələrinin bu dəfə münaqişənin daha ağır nəticələri ilə qarşılaşacağını söyləməyə əsas verir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

