/ / Ermənistan işğal edilmiş ərazilərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir
Ermənistan işğal edilmiş ərazilərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir
09.10.2010 [12:38]
Ermənistan Azərbaycan torpaqlarını işğal etməsi faktını ört-basdır etmək üçün müxtəlif vasitələrdən istifadə edir. Təcavüzkar dövlət tarixi saxtalaşdırmaqdan, Azərbaycanın ərazilərinə erməni ailələri köçürməkdən, eyni zamanda, Azərbaycan mədəniyyətinə qarşı vandalizm həyata keçirməkdən belə çəkinmir.
Ermənistan işğal etdiyi torpaqlarda azərbaycanlı izini silmək üçün xüsusilə, Dağlıq Qarabağdakı müsəlman qəbiristanlıqlarını hər fürsət düşəndə dağıdır, Laçında kilsəyə böyük xaç qoydurur, erməniləşdirməyə xidmət edən digər təyinatlı fəaliyyətlər həyata keçirirlər. Məhz bu günədək əldə olunan çoxsaylı faktlar da bu qanunsuz əməllərin düşünülmüş şəkildə həyata keçirildiyini sübuta yetirir.
Belə ki, ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə bağlı 2002-ci il ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü açıqlanıb. Süni məskunlaşmanın mövcudluğunu təsdiqləyən başqa bir fakt isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin 2004-cü ildə yaydığı məlumatdır. Təşkilatın apardığı hesablamalara görə, Dağlıq Qarabağ ərazisinə hər ay orta hesabla 15 ailə köçürülür. Azərbaycan torpaqlarında ermənilərin qanunsuz olaraq məskunlaşdırılması faktı ATƏT tərəfindən də təsdiqlənib. 2005-ci ildə Azərbaycanın işğal altındakı ərazilərinə göndərilən ATƏT-in faktaraşdırıcı missiyası həmin ərazilərdə insanların məskunlaşdırılması faktını aşkara çıxarıb.
Amma münaqişənin həlli istiqamətində danışıqlar prosesinin davam etməsindən və işğal edilmiş ərazilərin nəzarətdən kənarda qalmasından istifadə edərək işğalçı Ermənistan Azərbaycan torpaqlarına erməni ailələrinin köçürülməsini təşviq etməkdə davam edir. BMT Baş Assambleyasının sessiyasındakı çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bu qanunsuz əməlin beynəlxalq hüquq normalarını və azərbaycanlı məcburi köçkünlərin mülkiyyət hüquqlarını pozduğunu bildirib: “İşğal edilmiş ərazilərə insanların köçürülməsi, eləcə də, tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da birbaşa zərər vurur”.
Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanın işğal olunmuş torpaqlarda Azərbaycan xalqına məxsus abidələri məqsədli şəkildə məhv etməsi faktını da dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Dövlət başçısının bildirdiyi kimi, torpaqların azərbaycanlılara məxsus olduğunu inkar etmək üçün bölgənin tarixi və mədəni siması dəyişdirilir: “Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir”.
Yeri gəlmişkən, qeyd edək ki, müasir dövrdə işğal altında olan nəzarətsiz yerlər beynəlxalq terminologiyaya əsasən, “boz zonalar” adlandırılır. Məhz həmin zonalarda işğalçı dövlətin nəzarəti ilə qanunla qadağan olunmuş hərəkətlər həyata keçirilir. Ermənistan məhz Dağlıq Qarabağı “boz zona”ya çevirib. Bu səbəbdən də, Azərbaycan əzəli torpaqlarında baş verən proseslərə nəzarət edə bilmir.
Soçi şəhərində keçirilmiş təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Birinci Beynəlxalq görüşündə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev deyib ki, terrorçu qrupların “boz zonalar” adlandırılan ərazilərdə fəaliyyət göstərən müxtəlif profilli kriminal təşkilatlarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və çox təhlükəli meyildir: “Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunun ərazisində məhz belə nəzarət olunmayan zona yaradılmışdır. Daxil olan əməliyyat məlumatları və prosessual şəkildə sübut olunmuş faktlar israrla söyləməyə əsas verir ki, bu ərazidən narkotik vasitələrin istehsalı, silah və insan tranziti və alveri, qeyri-leqal miqrasiya, terrorçuların göndərilməsi və gizlədilməsi, qanunsuz pul vəsaitlərinin leqallaşdırılması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün fəal istifadə olunur. Milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda qalan bu zona və digər belə ərazilər qeyd olunan təhdidlərə adekvat və vaxtında münasibət göstərilməsi üçün əlçatmaz qalır. Buna görə də, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar məsələlərə milli və regional təhlükəsizliyin təmin olunması, terror təhlükəsinin və digər təhdidlərin aradan qaldırılması sahəsində işin bir hissəsi kimi baxırıq”.
Bütövlükdə, bu ərazidə cərəyan edən hadisələr region üçün təhlükəli vəziyyət vəd edir. Azərbaycan hər bir vəcdlə çalışır ki, torpaqlarını işğaldan azad etsin və Dağlıq Qarabağdakı qeyri-qanuni hərəkətlərə son qoysun. Bu səbəbdən də, Azərbaycan bütün hüquqi yollardan istifadə edir. Məhz Ermənistanın Dağlıq Qarabağdakı vandalizm əməllərinə son qoymaq üçün rəsmi Bakı dəfələrlə Azərbaycanın erməni işğalı altında olan ərazilərinə qiymətləndirici missiyanın göndərilməsi ilə bağlı ATƏT-ə və digər beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib ki, bu müraciətlərin əsasını işğal olunmuş Azərbaycan torpaqlarının biosferinin məhv edilməsi, orada yanğınların törədilməsi, zəbt edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşma, silah və silahlı qüvvələr yerləşdirilməsi, narkotik maddələr becərilməsi, istehsalı, qaçaqmalçılıq və başqa məsələlər təşkil edir: “Bu məsələlərlə bağlı Azərbaycanın müvafiq qurumları bir neçə dəfə qiymətləndirici missiyalara müraciət edib və onların həmin ərazilərə gəlmələrini təmin edib. Hazırkı missiya da onlardan biridir. Əminik ki, bu missiya obyektiv işləyəcək və ermənilərin bölgədə beynəlxalq hüquq normalarına uyğun gəlməyən əməllərinin qarşısının alınması üçün əhəmiyyətli tədbirlər görəcək”.
Bir sözlə, bu gün Ermənistanın məqsədli və düşünülmüş şəkildə Azərbaycanın əzəli torpaqlarında erməniləşdirmə siyasəti aparması haqqında kifayət qədər faktlar var. Bu səbəbdən də, Azərbaycan tərəfi ümid edir ki, ATƏT-in qiymətləndirici missiyası obyektiv işləyəcək və ermənilərin bölgədə beynəlxalq hüquq normalarına uyğun gəlməyən əməllərinin qarşısının alınması üçün əhəmiyyətli tədbirlər görəcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

