Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidentini və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədrini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidentini və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədrini qəbul edib

17.10.2010 [13:48]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü  Vitali Smirnovu və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədri Vladimir Lisini qəbul edib. Görüşdə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlara toxunulub, beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılıb. Azərbaycanda mütəmadi olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bu tədbirlərin yüksək səviyyədə təşkil edildiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycanın Beynəlxalq Olimpiya hərəkatında fəal iştirak etdiyi bildirilib, ölkəmizin bu sahədə əldə etdiyi uğurların əhəmiyyəti vurğulanıb.

Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30