30 il sonra, bir il öncə...
12.05.2022 [10:13]
Şuşanın “Xarıbülbül”ü qayıtdı...
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı başlayır. Dövlətçilik tariximizin Zəfər dövrü və “Şuşa ili” daha bir möhtəşəm, qürurverici hadisəyə şahidlik edir.
30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, Şuşa öz milli kimliyini - azərbaycanlı ruhunu itirməyib. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib. Şuşa öz əzəmətini - möhtəşəmliyini, tarixi simasını bərpa etməkdədir. İşğaldan azad edildikdən sonra qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bu baxımdan xüsusi vurğulanmalıdır. 2022-ci ilin “Şuşa ili” elan edilməsi isə bu prosesin davamı, yaxud prosesə tarixi töhfədir. Dövlətimizin başçısı bununla həm də milli - tarixi-mədəni və ictimai-siyasi yaddaşı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli mirasımıza sahib çıxmaq nümunəsi göstərir.
Zamanı geri qaytarmaq olmasa da, tarix təkrar olunur. Əziz Şuşa - düz bir il öncə bu gün də - 12 may 2021-ci il tarixdə başlayan “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etmişdi. Cıdır düzündə dövlətimizin başçısının təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirilmişdi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festivalda iştirak etmişdilər. Tədbirin açılışında çıxış edən İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının keçirilməsini ölkəmizin tarixində əlamətdar hadisə kimi səciyyələndirmişdi: “Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”.
Heç şübhəsiz, “Xarıbülbül” musiqi festivalı təkcə mədəniyyət, mənəviyyat hadisəsi deyil, tarixi, mənəvi-siyasi əhəmiyyətə malikdir. Şuşa şəhərində Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanan festival 1990-cı ildə beynəlxalq status alıb. Üç festivalda ittifaq respublikaları ilə yanaşı, bir çox ölkədən nümayəndələr iştirak ediblər. Dördüncü festival isə 1992-ci ildə mayın 15-də başlamalı idi. Lakin... Həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildi. Həmin il “Xarıbülbül” musiqi festivalını Şuşada təşkil etmək mümkün olmadı. Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarət kompleksində keçirildi. Doğrudur, Şuşa ənənəvi festivallı günlərinə qayıtmaq üçün uzun illər hərbi-siyasi əsarət altında gözləməli oldu. Ümid edirdik, inanırdıq ki, gün gələcək... Və o gün gəldi. Əziz Şuşa Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsi nəticəsində işğaldan azad edildi, ərazi bütövlüyümüz, milli qürurumuz, milli ləyaqətimiz və mənəviyyatımız kimi “Xarıbülbül” festivalı da bərpa edildi - yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı!
“Xarıbülbül” festivalı həm də Azərbaycanın tolerantlıq və multikultural ənənələrini nümayiş etdirdi. Tədbirdə ölkəmizdə yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının bir-birindən maraqlı çıxışları bütövlükdə festivalın rəngarəngliyini daha da artırdı. Bu, böyük rəmzi məna daşıyırdı. O baxımdan ki, Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri misilsiz fədakarlıqlar göstərmişdilər. Həmin xalqların işğaldan azad olunmuş Şuşada keçirilən festivalda qələbə sevincini bölüşmələrinin mənəvi önəmi, rəmzi mənası var idi. Festivalın Azərbaycanda yaşayan bütün xalqları əhatə etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır”, - deyə vurğulamışdı. Əsl musiqi, mədəniyyət bayramına çevrilən festivalın sonunda Cıdır düzündə hamının birlikdə “Qarabağ Azərbaycandır!” söyləməsi isə Zəfər marşı kimi xalqımızın həmrəyliyini, dövlətimizin qüdrətini, sonsuz qürur və iftixarımızı ifadə etdi!
Ümid
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

