Azərbaycan və Ukrayna uzunmüddətli strateji əməkdaşlıq proqramı həyata keçirəcək
31.10.2010 [23:49]
Azərbaycanla Ukrayna arasında siyasi-iqtisadi, sosial-humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri son illərdə birgə səylərin gücləndirilməsi nəticəsində daha da inkişaf edib. Hələ postsovet dövründə bir sıra sahələr üzrə sıx və səmimi dostluq əlaqələrinin əsaslı təməllərini qoyan hər iki respublika müstəqillikdən sonra münasibətlərin dinamikliyi üçün bütün addımları atmağa nail olub. İkitərəfli əlaqələrin dərinləşməsi və əməkdaşlığın hüdudlarının genişlənməsi münasibətlərin formatının həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməsinə təkan verib. Ukrayna və Azərbaycan arasında qədim ənənələrin, həmçinin, bir sıra ortaq cəhətlərin mövcudluğu isə təmasların intensivliyinə və dinamikasına əlavə çalarlar vermiş olur.
Ukrayna-Azərbaycan siyasi-iqtisadi əlaqələri bu gün yüksələn xətlə inkişaf etməkdədir. Hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin dinamikasının ilbəil yüksəlməsi rəsmi Bakı ilə Kiyevin strateji tərəfdaşlığının əyani sübutu kimi dəyərləndirilə bilər. Azərbaycan və Ukrayna həm siyasi, həm də iqtisadi əlaqələrin yüksək inkişafına zəmin yaradan mühüm layihələrə qoşulublar. Bu istiqamətlərdə əlaqələr davamlı şəkildə inkişaf edir və yeni iqtisadi bölmələri əhatə edərək intensiv xarakter alıb. GUAM və digər beynəlxalq təşkilatlar səviyyəsində sıx təmaslara, həmçinin, birgə siyasi iradə nümayiş etdirməklə dərin əməkdaşlıq dialoqunun qurulmasına nail olan tərəflər bütün məsələlərdə milli maraqların üst-üstə düşməsinə görə də yekdil mövqeyə malikdir.
Regionda yaxın tərəfdaşlarına çətin məqamlarda daim yardım əlini uzadan, humanist siyasəti ilə böyük etibar qazanan Azərbaycan Ukraynanın da problemlərinə həmişə həssaslıqla yanaşıb, bu ölkəyə lazım olan bütün köməklikləri göstərib. Bir neçə il əvvəl yanacaq problemi ilə üzləşən Ukraynanın çətin vəziyyətdən çıxması birbaşa respublikamızın yardımı sayəsində mümkün olub. Bunu dost və yaxın tərəfdaş Ukrayna xalqı həmişə xatırlayır. Prezident Viktor Yanukoviçin qeyd etdiyi kimi, Ukrayna xalqı heç vaxt həmin ağır günləri yaddan çıxarmayacaq, Azərbaycan hökumətinin göstərdiyi dəstəyi həmişə xatırlayacaq. V.Yanukoviç strateji tərəfdaşlıq zirvəsinə çatan münasibətlərin daha da inkişafı üçün qarşılıqlı səylərin gücləndiriləcəyini əmin edib və ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə atılan hər bir addımın bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəyini diqqətə çatdırıb. “Mən yanacaq-energetika kompleksinə dair məsələlərin həllinə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz başa düşürük ki, bu gün Azərbaycan Xəzər regionunda və bütövlükdə Asiya bölgəsində çox ciddi mövqe tutur. Biz Azərbaycanı çox yaxşı köhnə yaxın tərəfdaş və dost hesab edirik. Bizim münasibətlərimiz həmişə sabit və səmimi olmuşdur. Ən başlıcası isə Azərbaycan və Ukrayna xalqlarının qədim ənənələri vardır. Bu xoş münasibətlərin kökləri yüzilliklərə gedib çıxır”.
Ukrayna həmişə respublikamızın milli maraqlarını müdafiə edən siyasi mövqe nümayiş etdirib. Dağlıq Qarabağ probleminin həllində ölkəmizin qətiyyətli mövqeyini dəstəkləyən rəsmi Kiyev Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsinin vacib olduğunu bəyan edib. Ukrayna BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında qətnaməni dəstəkləyib. Bütün bunlar tərəflərin bir-birinə dəstək, dostluq və həmrəylik nümunəsi, Ukraynanın Cənubi Qafqazda məsələlərin beynəlxalq hüquq çərçivəsində həll edilməsinə ədalətli yanaşmasının əlamətidir.
Tərəflər siyasi və iqtisadi əlaqələrin dinamikliyini daha da gücləndirmək, bölgədə geniş əməkdaşlıq formatını zənginləşdirmək üçün uzunmüddətli strateji əməkdaşlıq proqramının həyata keçirilməsi barədə birgə razılıq əldə edib. Yaxın vaxtlarda imzalanması nəzərdə tutulan strateji müqaviləyə əsasən, Azərbaycandan Ukraynaya nəql edilən enerji resurslarının həcminin artırılması, enerji ehtiyatlarının şaxələndirilməsi planlaşdırılır. Bölgədə sülh və təhlükəsizliyə töhfə verəcək layihəyə digər ölkələrin, xüsusilə də, Rusiya və Xəzəryanı dövlətlərin də qoşulması əsas məqsədlərdən hesab olunur.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hər iki ölkə inteqrasiyanın və əməkdaşlığın inkişafı üçün atılan addımları daha da intensivləşdirmək niyyətindədir: “Münasibətlərimiz genişləndikcə müzakirə olunan məsələlərin əhatə dairəsi daha da zənginləşəcək və əlaqələrin inkişafı üçün yeni sahələr əlavə olunacaqdır. Bunun üçün dövlət başçılarının siyasi iradəsi vardır. Biz bir-birimizə etimad göstəririk və bu, istənilən ölkələrin münasibətləri üçün çox vacibdir. Bu gün bu tərəfdaşlıq strateji səviyyəyə yüksəlmiş, gələcək inkişafımızı və əməkdaşlığımızı şərtləndirir”.
Dövlətimizin başçısı əlavə edib ki, bu gün Xəzər dənizi və Qara dəniz hövzələrinin regional əməkdaşlığını Ukrayna və Azərbaycanın xüsusi rolu olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan-Ukrayna əlaqələri region dövlətləri üçün nümunə ola biləcək səviyyədədir.
Ukrayna və Azərbaycan bölgədə yeganə ölkələrdəndir ki, strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət edən Prezidentlər Şurasını yaradıblar. Şuranın ilk iclası ötən ilin oktyabr ayında keçirilib və mühüm məsələlərin müzakirəsi ilə yadda qalıb. Şuranın növbəti iclasında müzakirə olunan əsas məsələlər isə iqtisadiyyat, energetika və hərbi-texniki sahədə əməkdaşlığa dair mövzuları əhatə edib. Prezidentlər Şurası strateji əlaqələrin ən yüksək səviyyəyə çatmasına əhəmiyyətli dərəcədə əsaslar yaratmış olur.
Hər iki ölkə qarşıdakı illərdə sənaye kompleksini, ticarəti, humanitar əməkdaşlığı, hərbi sənaye kompleksi və aerokosmik sahədə əməkdaşlığı əhatə edən layihələri həyata keçirmək niyyətindədir.Yeri gəlmişkən, Ukrayna respublikamızın MDB ölkələri ilə apardığı ticarət əməliyyatları və mal dövriyyəsinin həcminə görə, ikinci yerdə dayanır. ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 700 milyon dollara yaxın olub. Tərəflər enerji, infrastruktur, nəqliyyat, kommunikasiya və digər sahələrdə əməkdaşlığın miqyasını daha da artırmaq niyyətindədirlər.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

