Təbii fəlakətdən əziyyət çəkmiş vətəndaşlar artıq gözəl qəsəbələrdə yaşayırlar
02.11.2010 [09:30]
Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün yeni qəsəbə tikilib. Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəsəbənin açılışında iştirak edib.
Bu ilin mayında Kür və Araz çaylarında baş verən daşqın təbii fəlakətlə nəticələnib. Daşqından dərhal sonra - mayın 7-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqlar vermişdi. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olunmuşdu. Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində alınmışdı. Dağılan bəndlərin operativ bərpası, əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatına yol verilməmişdi. Mayın 11-də Prezident İlham Əliyevin təbii fəlakət bölgəsinə getməsi və burada sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması dəyən ziyanın aradan qaldırılmasının dövlətimizin başçısının daim diqqətində olduğunu göstərmişdi. Tədricən əhalinin yaşayış yerlərinə köçürülməsinə, evləri dağılan insanların mənzil problemlərinin həllinə başlanmışdı. Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəldilmişdi. Daşqınlar nəticəsində dağılan evlərin dövlətimizin başçısının tapşırıqlarına əsasən, yeniləri ilə əvəz olunması və zərər çəkənlərin isə bərpası istiqamətində görülən işlər uğurla həyata keçirilib. Bu prosesin qış başlayana qədər başa çatdırılması və evlərini itirən insanların yeni mənzillərlə təmin olunması istiqamətində kompleks tədbirlər genişləndirilmişdi.
Cari ilin mayında su altında qalan 70 min 12 hektar ərazidə yaranan problemlərlə əlaqədar aparılan tikinti-quruculuq işləri evlərini itirən əhalinin tam təminatını əhatə edib. İlkin mərhələdə Prezident İlham Əliyev bu ilin sentyabrında Hacıqabul rayonunun Meyniman kəndində yeni tikilən evlərin istifadəyə verilməsi mərasimində iştirak edib.
Qeyd edək ki, İmişli, Sabirabad, Saatlı, Kürdəmir, Salyan, Zərdab, Neftçala və Hacıqabul rayonlarında ümumilikdə 1617 ev qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırıqları əsasında bu rayonlarda 3375 ev təmir olunub, 1500 yeni ev tikilib, bir çox mənzillərdə bərpa və gücləndirmə işləri aparılıb. Bu rayonlar üzrə 7424 ailəyə ümumilikdə 6 milyon 547 min manatdan çox maddi yardım edilib. Tikinti prosesində infrastruktur obyektlərinin inşası da diqqətdə saxlanılıb. Təbii fəlakətə məruz qalan bölgələrdə 27 məktəb, 6 məktəbəqədər təhsil müəssisəsi, 12 tibb ocağı, 15 məscid və digər obyektlər bərpa olunaraq yenidən əhalinin istifadəsinə verilib. Bütün bunlar Prezident İlham Əliyevin təbii fəlakətdən ziyan çəkən insanlara, onların məruz qaldığı problemlərin həllinə həssas münasibətinin məntiqi nəticəsidir. Məhz qış gələnə qədər evlərini itirən insanların yeni mənzillərlə təmin olunması kimi mühüm tapşırığın öhdəsindən çox qısa zamanda gəlinməsi də dövlətin vətəndaşlara hərtərəfli münasibətinin bariz nümunəsidir.
Salyan rayonunda da bu ilin yazında baş vermiş daşqınların nəticələri aradan qaldırılır, evlərindən məhrum olan sakinlər üçün yeni mənzillər inşa edilir. Dövlətin hərtərəfli dəstəyi nəticəsində inşaat işləri sürətlənir. Daşqınlar zamanı Salyan rayonunun 20 yaşayış məntəqəsində 2 mindən artıq həyət su altında qalmışdı. Təbii fəlakət nəticəsində 500-ə qədər evə, 6 məktəbə, 2 uşaq bağçasına müxtəlif dərəcəli ziyan dəymişdi. Kür çayının daşması nəticəsində Salyan rayonunda qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni evlər inşa olunub.
Salyan rayonunda salınmış yeni qəsəbəyə gələn Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış olub.
Sonra dövlətimizin başçısı yeni qəsəbənin ümumi planına və aparılmış tikinti-quruculuq işlərini əks etdirən stendə, inşaat işlərində istifadə olunmuş materialların nümunələrinə baxıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib ki, qəsəbənin ümumi ərazisi 20 hektardır. Qəsəbə üçün torpaq sahəsi Kür Qaraqaşlı bələdiyyəsinin ehtiyat fondundan ayrılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən burada ümumilikdə 68 yeni ev inşa edilib. Evlərdən 10-u ikiotaqlı, 48-i üçotaqlı, 10-u isə dördotaqlıdır. Yeni mənzillərdə sakinlərin normal yaşamaları üçün hərtərəfli şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, evlərin inşası zamanı tikinti işlərinin tez və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbər olunub. Yaşayış massivinin lazımi infrastrukturla təmin edilməsi də diqqətdə saxlanılıb. Qəsəbədaxili yollara asfalt döşənmiş, ətraf abadlaşdırılıb. Burada 2 transformator quraşdırılıb. Yaxın gələcəkdə evlərin hamısı təbii qazla təmin ediləcək.
Sonra Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb, onları təbrik edərək deyib ki, təbii fəlakətdən əziyyət çəkmiş vətəndaşlar artıq belə gözəl qəsəbədə yaşayacaqlar: “Təbii fəlakətdən əziyyət çəkmiş bütün bu insanlar dövlət tərəfindən qayğı, dəstək görürlər, həm kompensasiya ödənilir, həm də evlər tikilir. Bu, Azərbaycan dövlətinin gücünü, vətəndaşlarına olan münasibətini göstərir”.
Yeni evlərlə təmin edilən sakinlər adından çıxış edən Səfurə Rzayeva təbii fəlakət dövründə dövlətin onları tək qoymadığını vurğulayıb. O, Prezident İlham Əliyevin tapşırıqları əsasında qısa müddətdə daşqının nəticələrinin aradan qaldırıldığını və ziyan çəkən vətəndaşların hərtərəfli şəraiti olan evlərlə təmin olunduğunu qeyd edərək deyib.
Sakinlər diqqət və qayğıya görə dövlətimizin başçısına bir daha minnətdarlıq ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlətimizin başçısına rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dünən Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib. Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Sabirabad rayonuna da ziyan dəymişdi. Təbii fəlakətdən zərər çəkən digər rayonlarla yanaşı, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Sabirabadda da kompleks tədbirlər həyata keçirilib. Rayonda təbii fəlakətdən 33 yaşayış məntəqəsi ziyan çəkib. ümumilikdə, 9 min evə ziyan dəyib. Uçmuş evlərin yerində hökumət komissiyasının qərarına əsasən 630 yeni evin tikintisi nəzərdə tutulub. Qısa müddətdə 317 evin tikintisi tam başa çatdırılıb. Daşqınlardan ziyan çəkən yaşayış məntəqələrində zəruri infrastrukturun yaradılması və həyətyanı sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirilib. Yeni evlər müasir tələblərə uyğun inşa olunub.
Daşqınlar nəticəsində Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırıqlarına əsasən məktəbdə əsaslı təmir və yenidənqurma tədbirləri aparılıb.
Prezident İlham Əliyev məktəb binasının əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxıb. Məlumat verilib ki, avqust ayından başlayaraq görülən işlər nəticəsində məktəbin üç korpusdan ibarət ikimərtəbəli binası müasir standartlara uyğun surətdə yenidən qurulub. Bütün lazımi avadanlıqla təchiz olunmuş təhsil ocağının həyətyanı sahəsinə asfalt döşənib, ətraf abadlaşdırılıb.
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış olub.
Məktəbin akt zalında Prezident İlham Əliyevə “Daşqınlarla mübarizə layihəsi çərçivəsində Azərbaycan-Niderland əməkdaşlıq proqramı” təqdim olunub. Məlumat verilib ki, bu layihə Niderlandın “Del Tares” və “Royal Haskoning” şirkətləri ilə birgə Azərbaycanın müvafiq qurumları tərəfindən hazırlanıb.
Prezident İlham Əliyev layihənin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Təbii fəlakət bölgəsində görülən işləri əks etdirən sxemlərlə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşüb. Prezident İlham Əliyev sakinləri təbrik edərək deyib ki, Sabirabad rayonunda böyük tikinti işləri gedir, qısa müddət ərzində 400-dən yuxarı ev tikilib və təmir olunub: “O ki qaldı, dağılmış evlərə, uçmuş binalara, Azərbaycan güclü dövlətdir və biz öz gücümüzə arxalanaraq bütün bu təmir-tikinti işlərini apardıq. Bu gün, bir neçə ay keçəndən sonra artıq evlərin böyük əksəriyyətinin tikintisi reallaşıbdır. üç min beş yüz ev ya uçmuşdur, ya da qəzalı vəziyyətə düşmüşdür. Artıq ölkə üzrə təxminən 1500 ev tikilibdir. Sabirabad rayonunda inşası gözlənilən evlərin 77 faizi artıq tikilibdir. Təkcə evlər deyil, məktəblər, məscidlər, tibb məntəqələri, sosial obyektlər böyük vəsait tələb edən məsələlərdir. Eyni zamanda, biz bunu qısa müddət ərzində etməli idik ki, qış gələnə qədər bütün bu işlərin böyük əksəriyyəti öz həllini tapsın”.
Məktəbin direktoru Əhəd Şükurov dövlətimizin başçısına bütün görülən nəhəng işlərə görə rayon sakinlərinin ən xoş arzularını çatdırıb.
Tədbirdə iştirak edən Sabirabad rayonu
nun Şıxlar kəndinin sakini Ağaşirin Tarıverdiyev də qısa vaxt ərzində təbii fəlakət zonasında aparılan genişmiqyaslı işlərə görə Prezidentə sakinlərin minnətdarlığını bildirib. O, dövlətimizin başçısını evinə qonaq dəvət edib.
Prezident İlham Əliyev sonra Şıxlar kəndinə gəlib. Dövlətimizin başçısı Ağaşirin Tarıverdiyevin yeni mənzilində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, daşqınlardan ciddi zərər çəkmiş Şıxlar kəndində yeni evlər tikilib. Yeni mənzillərdən 292-si ikiotaqlı, 272-si üçotaqlı, 27-si isə dördotaqlıdır. Evlərdə kommunal infrastruktur da müasir tələblərə uyğun qurulub. Yeni mənzillərin inşası ilə yanaşı, rayon ərazisindəki 344 evdə bərpa-gücləndirmə işlərinə də başlanıb. Həmin evlərdən 64-ü artıq hazır vəziyyətə gətirilib. Daşqınlardan ziyan çəkmiş 2.947 ailəyə maddi yardım göstərilib. Prezident İlham Əliyev çay süfrəsi arxasında yeni evin sahibləri ilə söhbət edib.
Bu ilin yazında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Saatlı rayonunun Yeni Novruzlu kəndi ərazisində evləri uçulan vətəndaşlar üçün təzə mənzillər tikilib. Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni evlərin açılışında iştirak edib. Dövlətimizin başçısı fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, qəsəbənin planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxıb.
Məlumat verilib ki, təbii fəlakət nəticəsində ümumilikdə Saatlı rayonu ərazisində 1028 evə, 5479 sakinə ziyan dəymişdi. Dövlətimizin başçısının tapşırığına əsasən rayonda 269 yeni daş evin tikilməsi qərara alınıb. Bunlardan inşası başa çatan 178 ev Yeni Novruzlu kəndində yerləşir.
Prezident İlham Əliyevə bildirilib ki, evlərə dəymiş ziyanla bağlı 916 ailəyə 998 min manat məbləğində kompensasiyanın ödənilməsi də başa çatmaq üzrədir. Qeyd olunub ki, yeni tikilən evlərin 13 min 751 kvadratmetr sahəsi var. Bu da həmin evlərə köçürüləcək ailələrin əvvəlki çiy kərpicdən olan mənzillərinin sahəsindən 3 min 400 kvadratmetr çoxdur. Dövlətimizin başçısının tapşırıqlarına əsasən qısa müddətdə Yeni Novruzlu kəndində 36 hektar ərazidə 178 ev tikilib. Yeni evlərdən 104-ü ikiotaqlı, 71-i üçotaqlı, 3-ü isə dördotaqlıdır. Burada müasir infrastruktur şəbəkəsi yaradılıb, yeni su xətti ilə yanaşı, 2 su hovuzu tikilib, evlərə su çəkilib. Mənzillər elektrik enerjisi ilə təmin olunub, smart-kart tipli sayğaclar quraşdırılıb. Kənddə abadlıq və yaşıllaşdırma işləri aparılmış, 50 yerlik uşaq bağçası və körpələr evi, tibb məntəqəsi, klub, kitabxana, poçt şöbəsi, elektron ATS, inzibati binalar tikilib.
Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb, onları təbrik edərək deyib ki, bu gün bu gözəl evlərdə yaşamaq üçün bütün şərait var: “Mən əminəm ki, burada insanlar xoşbəxt yaşayacaqlar. Bu məktəbdə oxuyan uşaqlar gələcəkdə Vətən üçün böyük işlər görəcəklər, dəyərli vətəndaşlar olacaqlar, Azərbaycanımızı irəliyə aparacaqlar. Bu gün dövlətimiz böyük işlərə qadirdir. Təbii fəlakət bunu göstərdi. Kaş ki, olmayaydı. İnsanlar bu qədər əziyyət çəkdilər, evlərini, mülklərini itirdilər. Amma oldu, bu, təbiətin fəsadıdır. Ancaq bu, bizim hamımız üçün bir sınaq idi. Dövlət üçün də, dövlət qurumları üçün də, insanlar üçün də. Biz hamımız bu sınaqdan şərəflə çıxdıq. İnsanlar əyilmədilər, özlərini çox ləyaqətlə apardılar, yəni, o çətin vəziyyətə dözdülər, öz vətəndaşlıq borcunu yerinə yetirdilər”.
Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, bu gün tarixdə qalacaq: “Bu, güclənən Azərbaycanın qələbə, zəfər günüdür. Biz buna nail olduq. Mən əminəm ki, gələcəkdə bundan da böyük işlər görəcəyik. Azərbaycanda bütün insanlar rahat, firavan yaşamalıdırlar. İş yerləri olmalıdır, maddi imkanlar genişlənməlidir. Bütün infrastruktur dünya səviyyəsində olmalıdır. Biz buna çalışırıq və buna nail oluruq. Bir daha sizi təbrik edirəm”.
Yeni kəndin sakinləri adından dövlətimizin başçısına minnətdarlıq edən Sahət Əmiraslanov deyib ki, qəsəbəmizin sakinləri ilə bərabər, rayonumuzun bütün əhalisi sevinc içərisindədir.
Sahət Əmiraslanov daşqınlardan ziyan çəkən digər rayonlarda olduğu kimi, Saatlıda da dövlətimizin başçısının tapşırığı ilə operativ tədbirlərin həyata keçirildiyini, əhaliyə hərtərəfli mənəvi və maddi yardım göstərildiyini vurğulayıb.Sakinlər dövlətimizin başçısına dönə-dönə təşəkkür ediblər, ona Allahdan möhkəm cansağlığı arzulayıblar.
Sonra Prezident İlham Əliyev “Saatlı rayonu Yeni Novruzlu kəndi ərazisində təbii fəlakət zamanı Kür və Araz çaylarının və Sarısu gölünün daşması nəticəsində Novruzlu, Dəllər, Nərimankənd və Musalı kəndlərində su altında qalmış fərdi evlərin yerində tikilən 178 evin baş planı”na baxıb.
Dövlətimizin başçısı Yeni Novruzludakı 132 şagird yerlik məktəb binası ilə də tanış olub. Məlumat verilib ki, bu təhsil ocağı bütün lazımi avadanlıqla, tədris vəsaitləri, kompyuterlər və dərsliklərlə təchiz edilib. Məktəbin ərazisində abadlıq işləri aparılıb.
Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması İmişli rayonunun bir sıra kəndlərində evləri uçurub. Zərər çəkmiş vətəndaşlar üçün qısa müddətdə təzə evlər tikilib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni evlərin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə evlərdə yaradılmış şəraitlə tanış olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib ki, Allahmədətli kəndində 104 ev inşa edilib. Onlardan 28-i ikiotaqlı, 58-i üçotaqlı, 18-i isə dördotaqlıdır. Evlərdə hər bir ailənin normal yaşayışı üçün yaxşı şərait yaradılıb. Daşqın nəticəsində İmişlinin Allahmədətli, Telişli və Hacımustafalı kəndlərində yararsız hala düşmüş evlərin sahibləri yeni tikilmiş evlərdə yaşayacaqlar. Fövqəladə Hallar Nazirliyinin xətti ilə yaradılan yeni kənddə 104 ailə, ümumilikdə 629 nəfər məskunlaşacaq. Kəndin ümumi ərazisi 40 hektardır. Hər bir ailəyə 12 sot həyətyanı torpaq sahəsi ayrılıb. Kənddə yeni məktəb binası, mədəniyyət evi inşa olunub, modul tipli sutəmizləyici qurğu quraşdırılıb, abadlıq işləri aparılıb.
Evlərin elektrik enerjisi və su ilə təminatı da diqqətdə saxlanılıb, su hovuzları inşa olunub, hər bir evə ayrıca su xətti çəkilib, kənddaxili yollar abadlaşdırılıb. Gələcəkdə evlərin təbii qazla təminatı da həll olunacaq. Prezident İlham Əliyev sakinlərlə görüşüb, onları təbrik edərək deyib ki, memarlıq və şəhərsalma qaydalarına uyğun qəsəbə salınıb, yollar, həyətyanı sahələr abadlaşdırılıb: “Burada ancaq gözəl yaşamaq, işləmək, dincəlmək lazımdır. Təbrik edirəm bir daha, cansağlığı arzulayıram”.
Kənd sakini Qələndar Qarayev inşa edilən yeni evlərə görə Prezident İlham Əliyevə sakinlər adından minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

