Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bölgələrin qaz, işıq, su təminatı yaxşılaşdırılmaqdadır

Bölgələrin qaz, işıq, su təminatı yaxşılaşdırılmaqdadır

03.11.2010 [09:37]

Prezident İlham Əliyev: Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları qaz, işıq, su ilə davamlı şəkildə təmin olunsunlar
Prezident İlham Əliyevin regionların bərabər və tarazlı şəkildə inkişaf etdirilməsi ilə bağlı müəyyən etdiyi strategiya öz müsbət nəticələrini göstərməkdədir. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Rayonların yüksək inkişafı ümumilikdə, respublikamızın iqtisadi inkişafına təkan verib.
Son illər Bakı şəhəri və onun qəsəbələrində, rayon mərkəzləri və ucqar yaşayış məntəqələrində həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri və genişmiqyaslı islahatlar daha da sürətlənib. Dövlətimizin başçısının bölgələrə davamlı xarakter alan səfərləri zamanı yaradılmış yeni müəssisələrin, sosial obyektlərin, yol-nəqliyyat infrastrukturlarının istifadəyə verilməsi bir daha göstərir ki, respublikamızın bütün rayonlarında böyük quruculuq, abadlıq işləri geniş vüsət alıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionlar yüksəliş dövrünü yaşayır. ölkə başçısının regionların inkişafına göstərdiyi diqqət ölkənin hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verib. Regionlarda infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturunun, sosial infrastrukturun inkişafı istiqamətində uğurlu nəticələr qazanılıb. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olub. Bölgələr arasında iqtisadi tarazlığın bərpa olunması, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılması nəzərdə tutulan strateji hədəflərə nail olunduğunu təsdiqləyir.
Qazlaşdırma ilə bağlı tədbirlər öz nəticələrini verməkdədir...
Bu gün bölgələrin sosial həyatında ən mühüm dəyişikliklərdən biri yaşayış məntəqələrinin yanacaqla təminatının həll olunmasıdır. Bir neçə ildir ki, bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən proqram çərçivəsində bütün rayonların yaşayış massivləri yanacaqla təmin edilməkdədir. Dövlət Neft Şirkətinin icra etdiyi tədbirlər planına uyğun olaraq Bakının kənd və qəsəbələrinin, eləcə də, rayonların yaşayış sahələrinin qazlaşdırılması intensiv xarakter alıb. Kənd və qəsəbələrin qaz kəmərləri yeniləri ilə əvəz olunur, yanacağın təzyiqinin artırılması üçün kompressor məntəqələri yaradılır. Eyni zamanda, regionlarda yeni salınan yaşayış massivlərinin də qazlaşdırılması diqqət mərkəzindədir. Məsələn, dövlətimizin başçısı Mingəçevir şəhərində olarkən, bu bölgənin enerji, istilik və digər infrastruktur təminatları ilə bağlı həyata keçirilən davamlı işlərdən razılığını ifadə edib və  regionların sosial infrastrukturunun yenidən qurulması sahəsində vəziyyəti yüksək qiymətləndirib: “Bizdə aparılan qazlaşdırma siyasəti öz konkret nəticələrini verir. Bizim qaz ehtiyatlarımız çoxdur, təbii ehtiyatlarımız da vardır. Biz indi qazı başqa ölkələrə də ixrac edirik. Belə olan halda, ilk növbədə, Azərbaycan vətəndaşları bu imkanlardan istifadə etməlidirlər. Qarşıya vəzifə qoyulub ki, Azərbaycanda əhalinin, müəssisələrin, yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılsın. Bu, çox böyük göstəricidir. çünki Azərbaycanda elə ucqar kəndlər var ki, oraya bəlkə də qaz xətti çəkmək o qədər də sərfəli deyildir. Biz oranın enerji problemlərini başqa yolla həll edirik. Ancaq biz əsas yaşayış məntəqələrinə - böyük şəhərlərə, qəsəbələrə, kəndlərə qazın verilməsini təmin edirik”.
Qeyd edək ki, Mingeçevirin böyük bir hissəsi qazla təmin olunsa da, bir neçə yaşayış sahəsinin yanacaq təchizatı öz həllini tapmamışdı. Bu ərazilərə keçmiş sovet hakimiyyəti dövründə belə qaz verilməyib. Hökumətin həyata keçirdiyi sistemli tədbirlər nəticəsində artıq Mingeçevir şəhərinin bütün yaşayış məskənlərinin işıq və qaz təminatı tamamilə həll olunub. İndi bu şəhərdə qazlaşdırılmayan yaşayış massivi qalmayıb. Bu cür mənzərə respublikamızın demək olar ki, bütün rayonlarının sosial həyatında müşahidə olunur.
Respublikamız daxili tələbatı ödəməklə yanaşı, xarici dövlətlərə də elektrik enerjisi ixrac edir...
Regionlarda əhalinin elektrik enerjisi ilə təchizatı sahəsində də son 5 ildə köklü dəyişikliklərə nail olunub. Bu gün ölkəmizin hər bir yaşayış məntəqəsi fasiləsiz olaraq keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. Bütün kənd və qəsəbələrdə yaşayan abonentlərin mənzillərinə sayğaclar quraşdırılıb. ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı yaradılmış dərin əsaslar Azərbaycanın Cənubi Qafqaz regionunda ən böyük enerji sisteminə malik olan dövlətə çevrilməsinə səbəb olub.
Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə enerji təsərrüfatında ən qabaqcıl infrastruktur təminatı yaradılmaqdadır. Bu gün dünyanın enerji sistemi ilə bağlı ən qabaqcıl texnologiyalar ölkəmizin energetika təsərrüfatında tətbiq olunur. Bütün bunlar isə daxili tələbatı ödəməklə yanaşı, respublikamızın xarici dövlətlərə də elektrik enerjisi ixrac etməsi üçün əlverişli zəmin yarıdıb. Hazırda respublikamız Gürcüstan, İran və Rusiyaya elektrik enerjisi ixrac edir.
Su-kanalizasiya xidmətləri ilə təminat yaxşılaşdırılacaq...
Bölgələrin sosial infrastruktur sahəsində digər xidmət növləri, məsələn, su və kanalizasiya xidmətləri ilə təmin olunmasında da əhəmiyyətli dəyişikliklər müşahidə edilməkdədir. Bununla əlaqədar regionlarda bir çox layihələr həyata keçirilib. Təkcə, 2004-2008-ci illər ərzində regionlarda ümumi uzunluğu 725 km olan yeni su xətləri, 210 km olan kanalizasiya xətləri çəkilib, 24 su anbarı qurulub, 214 artezian quyusu qazılıb. Hazırda Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, kiçik şəhərlərin su təchizatı sistemlərinin bərpası istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyev bu istiqamətdə həyata keçirilən layihələrin davam etdirilməsi və sürətləndirilməsi ilə bağlı müvafiq orqanlara tapşırıq və tövsiyələrini verib: “Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları qaz, işıq, su ilə davamlı şəkildə təmin olunsunlar. İşıq problemi Azərbaycanda çoxdan aradan qaldırılıb. Qazlaşdırmanın böyük hissəsi həll olunub. İçməli su, kanalizasiya problemləri isə qalır. Bu problemlər bu il və gələn illərdə bizim üçün əsas problemlərdir. çalışacağıq ki, Azərbaycanın bütün şəhərləri, bütün rayonları içməli su ilə təmin olunsun, bütün kanalizasiya xətləri tikilsin. çünki vaxtilə əksər rayonlarımızda kanalizasiya olmamışdır. Bu, böyük vəsait tələb edən məsələlərdir. Ancaq Azərbaycan dövləti bunu edir və edəcək ki, vətəndaşlarımız ildən-ilə daha da yaxşı yaşasınlar”.

Paylaş:
Baxılıb: 983 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30