Dağlıq Qarabağ məsələsinin həlli bizim üçün ən birinci, ən ümdə vəzifədir
13.11.2010 [09:51]
Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna gəlib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası cəbhə bölgəsi olan Füzuli rayonunda da əsaslı inkişafa təkan verib və bu inzibati ərazidəki yaşayış məntəqələrinin siması sürətlə müasirləşməkdədir. Əsasən kənd təsərrüfatı rayonu olan Füzulidə heyvandarlıq və quşçuluq geniş inkişaf edib. 2004-cü ildən bu günədək 1372 daimi, 6 minə yaxın mövsümi iş yeri açılıb. Rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafına xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası ilbəil möhkəmləndirilir.
Dövlətimizin başçısı, əvvəlcə, Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar. Dövlətimizin başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, son aylarda parkda yenidənqurma işləri aparılıb, təzə yaşıllıq zolaqları salınıb.
Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və mərkəzdə yaradılmış şəraitlə tanış olub. Foyedə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli musiqimizə qayğı və diqqətini əks etdirən fotostend var.
Dövlətimizin başçısına məlumat verilib ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılıb. üç hektar ərazisi olan mədəniyyət ocağı Prezident İlham Əliyevin göstərişi ilə inşa olunub. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxıblar. İkinci və üçüncü mərtəbələrdə mühazirə və məşğələ otaqları var. Dövlətimizin başçısı məşğələnin gedişini izləyib.
Mərkəzdəki 320 yerlik örtülü konsert zalı ilə tanışlıq zamanı bildirilib ki, zal müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilib.
Prezident İlham Əliyev və xanımı zalda Füzuli rayonunun “Qarabağ” instrumental ansamblının və gənclərin ifasında “Qarabağ şikəstəsi”ni dinləyiblər. Mərkəzin 520 yerlik açıq yay zalı da var. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunub. Ətrafda geniş abadlıq işləri görülüb, gecə saatlarında müxtəlif rəng çalarlarına malik işıq lampaları ilə təchiz edilmiş fəvvarə quraşdırılıb, yaşıllıq zolaqları salınıb. Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Horadiz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib, kompleksdə yaradılmış şəraitlə tanış olub.
Foyedə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara diqqət və qayğısını əks etdirən fotostend yaradılıb. Məlumat verilib ki, tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol və voleybol meydançası, 500 yerlik zal, tennis kortu, 1860 tamaşaçı yeri olan futbol meydançası, avtomobil dayanacağı var. Olimpiya İdman Kompleksinə, həmçinin, soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunub. Ərazidə abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Horadiz Olimpiya İdman Kompleksinin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin deyib ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir: “İdman Azərbaycanda artıq çox sürətlə inkişaf edibdir. Bizim idmançılar Azərbaycanın üçrəngli bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırırlar. Dünya, Olimpiya çempionatlarında idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edirlər. Son illər ərzində idman sahəsində görülən işlər bizi çox sevindirir. Beynəlxalq idman ictimaiyyəti də uğurlarımızı qiymətləndirir. Azərbaycan artıq idman dövləti kimi özünü tanıtdıra bilmişdir. Həm idmançılarımızın uğurlu çıxışları, eyni zamanda, gənc nəslin yetişdirilməsi işləri Azərbaycanda çox sürətlə gedir. Təsadüfi deyil ki, gənclərimiz, yeniyetmələrimiz bu yaxınlarda keçirilmiş gənclər arasındakı birinci Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmişlər və dünya miqyasında 10-cu yeri tuta bilmişlər. Bu, onu göstərir ki, bizdə idmanda ardıcıllıq var, gənc nəsil yetişir. Bunu etmək, əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait lazımdır. Bax, belə gözəl olimpiya komplekslərinin tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Mən çox şadam ki, bu gözəl, möhtəşəm olimpiya kompleksi Füzulidə tikilmişdir və bütün standartlara cavab verir. İdmanla məşğul olmaq üçün bütün şərait vardır”.
Dövlətimizin başçısı İlham Əliyev söyləyib ki, Dağlıq Qarabağ məsələsinin həlli bizim üçün ən birinci, ən ümdə vəzifədir: “Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələni həll edək, istənilən yolla həll edək. Əlbəttə, çox yaxşı olar ki, bunu sülh yolu ilə, müharibəsiz, dinc yolla həll edək”.
Sonra karate üzrə dünya və Avropa çempionu Vüsal Ələsgərov Füzuli rayonunun sakinləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Daha sonra idmançıların nümunəvi çıxışları və incəsənət ustalarının konsert proqramı olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Füzuli rayonunun Böyük Bəhmənli kəndində tibb mərkəzinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı əvvəlcə tibb işçiləri ilə görüşüb. Prezident İlham Əliyev mərkəzin kollektivinə müraciətlə deyib ki, bu gözəl, yaraşıqlı, geniş tibb mərkəzinin çox böyük əhəmiyyəti var: “Siz tibb işçiləri bunu yaxşı bilirsiniz. İnsanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün belə mərkəzlər mütləq lazımdır. Bilirsiniz ki, indi müxtəlif bölgələrdə diaqnostika, müalicə mərkəzləri tikilir. Mən çox istəyirdim ki, Füzulidə də belə gözəl, müasir mərkəz tikilsin. Bu, çox vacibdir. Burada yaşayanlar üçün vacibdir. Bütün Azərbaycanımız üçün lazımdır”.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılmış şəraitlə tanış olub. Foyedə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend var. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib ki, tibb mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanıb. Mərkəz 1,5 hektar ərazidə yerləşir. Birinci mərtəbədə doğum, qəbul, hemodializ və şüa-diaqnostika şöbələri yerləşir. İkinci mərtəbədə konsultativ diaqnostik poliklinika şöbəsi, inzibati və stasionar cərrahi şöbələr, əməliyyatların gedişini canlı izləmək üçün lazımi avadanlıqla təchiz edilmiş akt zalı, laboratoriya, üçüncü mərtəbədə üç əməliyyat bloku, anesteziologiya və reanimasiya şöbəsi, intensiv terapiya palataları və reanimasiya zalı var. Tibb mərkəzində kompyuter tomoqrafiyası, rentgen, USM, oftalmologiya və stomatologiya otaqları fəaliyyət göstərir. Tibb ocağı cəbhə bölgəsində yerləşdiyindən ağır xəstələrin vaxtında buraya çatdırılması üçün 2 vertolyot meydançası, habelə yeməkxana, qazanxana, camaşırxana, elektrik yarımstansiyası, mərkəzə ezam olunan həkimlər üçün iki yaşayış binası da inşa olunub.
Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığında, magistral yolun kənarında inşa olunmuş mərkəzin xidmətlərindən ətraf kəndlərin sakinləri də istifadə edəcəklər. Bununla da Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri başa çatıb.
Dövlətimizin başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar. Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binası ilə tanış olublar.
Xəstəxananın ikimərtəbəli əsas binasının birinci mərtəbəsinin foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotostend var. Dövlətimizin başçısı səhiyyə ocağının köhnə və yeni binalarının şəkilləri əks olunmuş fotoguşəyə baxıb.
Məlumat verilib ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılıb və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunub. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda, qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaradacaq. Birinci mərtəbədə yerləşən poliklinika şöbəsi stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiya və fizioterapiya otaqlarından ibarətdir. Doğum şöbəsi də birinci mərtəbədə yerləşir. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya, anesteziologiya və intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Bina müasir havalandırma sistemi ilə təchiz olunub.
Bildirilib ki, xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı, generator, paylayıcı elektrik qurğuları quraşdırılıb və rentgen şöbəsi yaradılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb. Xəstəxanaya gələn yola asfalt örtüyü salınıb, işıqlandırma sistemi quraşdırılıb. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş “Mercedes” markalı 2 təcili tibbi yardım avtomobili verilib. Xəstəxananın baş həkimi Gülnar Abbasova dövlətimizin başçısına kollektiv adından dərin minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Ağdam rayon mərkəzi xəstəxanasının kollektivinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak edib. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə barədə məlumat verib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı əsasında məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu qəsəbə lazımi infrastrukturla təmin olunub. Ərazisi 70 hektar olan qəsəbədə inşa olunmuş evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Hər bir evin 6 sot torpaq sahəsi var. Qəsəbədə 1000 kilovatlıq transformator quraşdırılıb, elektrik hava xətləri çəkilib. Qəsəbəyə 20 kilometr içməli su xətti, 34 kilometrə yaxın qaz xətti çəkilib, 4 qaztənzimləyici məntəqə quraşdırılıb. Burada müasir standartlara cavab verən yol infrastrukturu yaradılıb. Sahəsi 1,7 hektar olan park qəsəbə sakinlərinin əsl istirahət mərkəzinə çevriləcək. Qarabağ müharibəsi veteranı Oruc Cabbarov ailəsi ilə birlikdə yeni evinin qarşısında dövlətimizin başçısını və xanımını qarşılayıb.
Prezident İlham Əliyevə Qarabağ cinsindən olan at hədiyyə edilib. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Ağdam atçılıq sovxozu 1948-ci ildə yaradılıb. İndi burada 500-dək at var. çar Rusiyası dövründə orduda 9 min Qarabağ atı olub. Dövlətimizin başçısı və xanımı burada tanınmış ağdamlı muğam ustaları ilə görüşüb söhbət ediblər.
Gənc yerli muğam ustaları da məharətlərini nümayiş etdiriblər. Azərbaycan muğamının təkrarolunmazlığını və xalqımızın qan yaddaşında dərin iz buraxdığı həqiqətini uşaqların heyranlıq doğuran ifaları bir daha təsdiq edib.
Sonra dövlətimizin başçısı qəsəbə sakinləri ilə görüşüb. Prezident İlham Əliyev qəsəbədə yeni mənzil almış məcburi köçkünləri təbrik edib.
Ağdam sakini Qədulla Səfərov məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 440 şagird yeri olan 18 nömrəli Ağdam rayon orta məktəbinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.
Prezident İlham Əliyevə qəsəbənin baş planı nümayiş etdirilib.
Məlumat verilib ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa olunub. Birinci mərtəbədə Ağdam rayonu ərazisində tapılmış tarixi arxeoloji eksponatlardan ibarət sərgi var. Məktəbin birinci mərtəbəsində sinif otaqları ilə yanaşı, yeməkxana, fizika və riyaziyyat kabinetləri yerləşir. Kitabxanada isə klassik və müasir Azərbaycan, habelə dünya ədəbiyyatı nümunələri toplanıb.
Məktəbin ikinci mərtəbəsində Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılıb. Burada akt zalı, fizika və biologiya kabinetləri təşkil olunub. Məktəbdə Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən guşə də var. Tarix, Azərbaycan dili və gənclərin çağırışqabağı hazırlığı, kompyuter otaqları, fənn kabinələri və laboratoriya ən müasir tədris avadanlığı ilə təchiz edilib. İdman zalında isə basketbol, güləş və voleybol məşğələləri keçiriləcək. Prezident İlham Əliyev burada gənc idmançıların nümunəvi çıxışlarını izləyib.
Dövlətimizin başçısına məlumat verilib ki, qəsəbənin ərazisində inşa olunmuş 50 yerlik uşaq bağçasında geniş və işıqlı otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər hazırlıq şöbəsi var. Qəsəbənin mərkəzində ayrıca inzibati bina da var və müxtəlif yığıncaqların keçirilməsi üçün 152 yerlik iclas zalı olan klub-icma mərkəzi inşa edilib. Məktəblə tanışlıqdan sonra xatirə şəkilləri çəkdirilib.
Bununla da, Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

