Hökumət təbii fəlakətdən zərər çəkmiş insanlara ən yüksək səviyyədə qayğı göstərir
14.11.2010 [09:41]
Məlum olduğu kimi, yaz aylarında dünyada baş verən kəskin iqlim dəyişiklikləri və intensiv yağışların yağması bir çox ölkələrlə bərabər, Azərbaycanda da təbii fəlakətlərin baş verməsinə səbəb oldu. Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində yaşayış yerləri və kənd təsərrüfatı üçün yararlı torpaq sahələri suyun altında qaldı, inzibati binalara, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydi, əhali böyük zərərlərlə üzləşdi. Amma Azərbaycan hökuməti təbii fəlakətin qarşısının alınması və onun vurduğu zərərlərin aradan qaldırılması istiqamətində operativ və çevik tədbirlər planı həyata keçirməklə bu sahədə mühüm nəticələrə nail oldu.
Hökumət strukturları təbii fəlakətin qarşısını almaq, dəyən zərərlərin nəticələrini aradan qaldırmaq üçün səfərbər olunaraq fasiləsiz iş rejimində çalışdılar, bu isə, ilk növbədə, əhalinin təhlükəsizliyinin tam təmin olunmasına imkan verdi. Görülən effektiv tədbirlər digər yaşayış məntəqələrinin və infrastrukturların sel və daşqınlara məruz qalmasının qarşısını almış oldu. Vəziyyəti nəzarət altında saxlayan dövlət orqanları əhalinin təhlükəsizliyinin təmin olunması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, yaşayış şəraitinin yaxşılaşdırılması və sosial-məişət qayğılarının həll edilməsi, eləcə də, tibbi və iaşə xidmətləri ilə əhatə olunmaları üçün davamlı tədbirlər gördü. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq sel və daşqına məruz qalmış rayonlarda dəymiş ziyanı aradan qaldırmaq və insanlara kömək etmək üçün təxirəsalınmaz addımlar atıldı.
ötən müddət ərzində dövlət başçısının birbaşa nəzarəti altında təbii fəlakətə məruz qalmış rayonlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sahilbərkitmə işlərinin aparılması, yeni yaşayış məntəqələrinin salınması, insanlara dəymiş zərərin ödənilməsi və onlara kompensasiyaların ödənilməsi, yol-nəqliyyat, rabitə, elektrik enerjisi, kommunal xidmət sahələri və digər infrastruktur obyektlərinin bərpası, yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Bir sözlə, Kür və Araz çaylarının daşması nəticəsində zərərlə üzləşmiş Sabirabad, Saatlı, İmişli, Salyan, Neftçala, Kürdəmir, Hacıqabul və Zərdab rayonlarının sakinləri üçün lazım olan bütün zəruri işlər görülüb, onlara ən yüksək səviyyədə şərait yaradılıb, müvafiq köməkliklər göstərilib. Hökumət bu istiqamətdə böyük məbləğdə vəsait xərcləyib. İyul ayında 2010-cu ilin dövlət büdcəsinə edilən əlavə və dəyişikliklərə əsasən, təbii fəlakətin ziyan vurduğu rayonlarda müvafiq tədbirlərin həyata keçirilməsi üçün əlavə olaraq 300 milyon manat vəsait ayrılıb. Gücləndirilmiş iş rejimində çalışan hökumət komissiyasının üzvləri ötən 5 ay ərzində mühüm işlər görüb.
Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən, qeyd olunan istiqamətdə işlərin qış mövsümünə qədər başa çatdırılması nəzərdə tutulmuşdu. Artıq bu sahədə nəzərdə tutulan bütün işlər vaxtından əvvəl öz həllini tapıb, ən əsası isə evləri su altında qalmış insanlar üçün ən müasir tələblərə cavab verən mənzillər tikilib onların istifadəsinə verilib. Prezident İlham Əliyev görülən işlərlə və həyata keçirilən tədbirlərin vəziyyəti ilə tanış olmaq üçün noyabrın ilk günündə Salyan, Sabirabad, Saatlı və İmişli rayonlarına səfər edib. Dövlət başçısı görülən işlərdən razılığını ifadə edib: “Bir neçə ay ərzində görün nə qədər böyük işlər görülübdür. İnsanlara kompensasiya ödənildi, biz onları müvəqqəti yaşamaq üçün şəraitlə təmin etdik. Bütün bu işlər - xilasetmə və tikinti işləri qısa müddət ərzində görüldü. Təbii fəlakətdən cəmi 4-5 ay keçibdir. Bu qəsəbələrin layihələndirilməsi, inşaat materiallarının gətirilməsi, işçi qüvvənin səfərbər olunması, tikinti işlərinin belə keyfiyyətlə aparılması, böyük zəhmət və peşəkarlıq tələb edən məsələlərdir. Mən söz vermişdim ki, qış gələnə qədər işlərin böyük əksəriyyəti görülməlidir və bu gün bunun şahidiyik. Hava hələ yaxşıdır, istidir, amma evlər artıq hazırdır. Bu gün Salyan, Sabirabad, Saatlı, İmişli rayonlarında belə mərasimlər keçirilir. Bu, məni çox sevindirir. Mən bu gün çox xoşbəxtəm, çox şadam ki, biz buna nail ola bildik”.
Qeyd edək ki, yeni salınan evlərin hər biri ən yüksək keyfiyyətlə inşa olunub, bütün infrastruktur növləri ilə təmin edilib. İki, üç və dördotaqlı olan evlərin hər birində ən müasir infrastruktur şəbəkəsi yaradılıb, yeni su xəttləri ilə yanaşı, hovuzlar tikilib, mənzillər elektrik enerjisi ilə təmin olunub, smart-kart tipli sayğaclar quraşdırılıb. Yeni inşa olunmuş evlər əvvəlkilərlə müqayisəolunmaz dərəcədə gözəl, yaraşıqlı, rahat, keyfiyyətli və genişdir. Həmin evlərdən ibarət yeni kəndlərdə abadlıq və yaşıllaşdırma işləri aparılıb, uşaq bağçası və körpələr evi, tibb məntəqəsi, klub, kitabxana, poçt şöbəsi, elektron ATS, inzibati binalar tikilərək istifadəyə verilib. Bundan başqa, insanlara kompensasiyalar ödənilib.
Prezident İlham Əliyev işlərin hələ bitmədiyini, hökumətin bu istiqamətdə tədbirləri davam etdirəcəyini bildirib: “Hələ tikinti işləri davam edir, hələ bir neçə sahədə təmir-bərpa işləri aparılır və ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr icra ediləcəkdir. Bu, böyük bir layihədir. ölkə daxilində, bütün bölgələrdə evlərin tikintisi böyük zəhmət tələb edən məsələdir. üç mindən artıq ev təbii fəlakət nəticəsində uçub-dağılıb, yaxud da ki, yararsız, qəza vəziyyətinə düşüb. Təbii fəlakətdən əziyyət çəkmiş bütün bu insanlar dövlət tərəfindən qayğı, dəstək görürlər, həm kompensasiya ödənilir, həm də evlər tikilir. Bu, Azərbaycan dövlətinin gücünü, vətəndaşlarına olan münasibətini göstərir. Mən əminəm ki, gələcəkdə bundan da böyük işlər görəcəyik. Azərbaycanda bütün insanlar rahat, firavan yaşamalıdırlar. İş yerləri olmalıdır, maddi imkanlar genişlənməlidir. Bütün infrastruktur dünya səviyyəsində olmalıdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03

