İrəvan yeni qarşıdurma istəmirsə...
18.06.2022 [09:23]
Dərsini yaxşı öyrənməli, qondarma status məsələsini gündəmə gətirməməli, ərazi iddiasından çəkinməlidir
Cənubi Qafqazda postmüharibə mərhələsidir. Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ekspertlərin də qeyd etdikləri kimi, yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Bu məsələ müxtəlif görüşlər çərçivəsində müzakirə olunur, son olaraq Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə keçirilmiş üçüncü üçtərəfli görüşdə mühüm razılaşmalar əldə edilib. Təfərrüatlar bəllidir.
Sadəcə qeyd etmək lazımdır ki, Bakı hər zaman öhdəliklərə sadiq olub və bu gün də sadiqdir. Amma eyni fikri Ermənistan haqqında əminliklə söyləmək mümkün deyil. Çünki ayrı-ayrı görüşlərdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi sabotaj etməyə çalışır. Yeri gəlmişkən, Nikol Paşinyanın parlamentin iclasında səsləndirdiyi ikibaşlı fikirlər də birmənalı qarşılanmır. O, Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağda məskunlaşmış ermənilərdən danışarkən “status məqsəd deyil, oradakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir”, - deyə bildirib. Onun sözlərinə görə, “ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status bizim üçün real həll yolu hesab edilməlidir”.
Burada iki məqam var:
- birincisi, Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Bu, may ayında baş tutmuş üçtərəfli görüşün nəticələrinə dair Şarl Mişel tərəfindən yayılmış bəyanatda da əks olunub. Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda bu məsələyə toxunaraq deyib ki, Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Dövlət başçısı xatırladıb ki, Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. “Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək”, - deyə dövlət başçısı vurğulayıb;
- Ikincisi, Paşinyan “istənilən status” ifadəsindən istifadə etsə də, heç bir halda və formada “status” xülyası gerçək ola bilməz. Ümumiyyətlə, qondarma “status” məsələsi süni siyasi gündəm yaratmaq və diqqəti əsas strateji məsələlərdən yayındırmaq üçün yararsız alətdir. Yeni reallıqlar fonunda “Dağlıq Qarabağ” adlı xüsusi inzibati ərazi vahidi və əlahiddə idarəetmə subyekti yoxdur. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edib. İndi danışıqlar predmeti “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqlarıdır. Ona görə də nə status, nə də status-kvo mövcuddur və bundan sonra da ola bilməz. İndi Ermənistan üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəlikləri tam və qeyd-şərtsiz, zamanında yerinə yetirməlidir. Digər tərəfdən, Azərbaycan 44 günlük müharibədə qələbə qazanmaqla təkcə işğal faktını aradan qaldırmayıb. Eyni zamanda, separatizmi yerindəcə məhv edib. Ölkəmiz öz milli gücü vasitəsilə bir dövlətin beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinə nail olmaq nümunəsi yaratmaqla mühüm presedentin əsasını qoyub. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı “Təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər”, -deyə qətiyyətlə bəyan edib.
Ermənistanın, bir zamanlar güvəndiyi (və hələ də sığınmağa, yarınmağa çalışdığı) qüvvələrin bu gün regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ sözünün əvvəlinə yamaq edilmiş “Dağlıq” anlayışı var. Görünən budur ki, Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” haqlı, obyektiv yanaşması beynəlxalq miqyasda - bütün səviyyələrdə siyasi-hüquqi müstəvidə qəbul edilib. İstər üçtərəfli bəyanatlarda, istərsə də Avropa İttifaqı Şurası prezidentinin mətbuata açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, qondarma status məsələsindən bəhs olunmaması, bir müddət əvvəl Rusiya Prezidentinin münaqişənin bitməsi barədə fikirləri də bu reallığın ifadəsidir.
Ona görə də Ermənistanın bir yolu var. Yeni geosiyasi reallıqlara və beynəlxalq hüquq normalarına uyğun mövqe ortaya qoymaq, süni siyasi gündəm formalaşdırmaq cəhdindən əl çəkmək. Əks halda... nəticəsini İrəvan bilir. Və Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

