XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək
25.11.2010 [10:08]
Dünən Prezident İlham Əliyev Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində “ümid” qaz yatağının açılması münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşüb. Dövlətimizin başçısı görüşdə nitq söyləyib: “Bu gün səhər Dövlət Neft Şirkətinin prezidenti mənə məlumat verdi ki, “ümid” yatağı açıldı. Bu, çox gözəl hadisədir, böyük tarixi hadisədir. Bu hadisə münasibətilə sizi, Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. çünki bu hadisə Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacaqdır”.
Prezident İlham Əliyev deyib ki, müəyyən müddətdir ki, Dövlət Neft Şirkəti “ümid” yatağında kəşfiyyat işləri aparırdı: “Bu da bizim üçün bir yenilikdir. Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq. Siz bunu yaxşı bilirsiniz ki, Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişlər. Xəzərdə 1950-ci illərdən başlayaraq bu günə qədər Azərbaycan neftçiləri, mütəxəssisləri müstəsna rola malikdirlər. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır”.
Azərbaycanın bu gün dünya enerji xəritəsində özünəməxsus rola malik olduğunu söyləyən dövlət başçısı İlham Əliyev diqqətə çatdırıb ki, ölkəmizin mövqeləri möhkəmlənir və Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxarıb: “Bizim neft-qaz strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə resurslarını böyük dərəcədə genişləndirə bilsin. Bu, beynəlxalq mövqelərimizi gücləndirdi və minlərlə yeni iş yerinin açılmasına gətirib çıxardı. Bizi dünya bazarları ilə birləşdirən neft-qaz kəmərləri ya əsaslı şəkildə təmir olundu, ya da ki, yenidən tikildi. İstisna edilmir ki, gələcəkdə yeni kəmərlərin tikintisinə ehtiyac olacaqdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, “ümid” yatağının aşkarlanması xüsusi məna daşıyır: “Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Biz 1990-cı illərin əvvəllərində böyük maliyyə imkanlarına malik deyildik. Xarici investisiyalardan asılı idik. Ancaq xarici investisiyaları Azərbaycana gətirməklə milli maraqlarımızı tam şəkildə təmin edə bilmişik. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ölkələrdən biri və bəlkə də birincisi Azərbaycandır. Bu da ümumi neft siyasətimizin əlamətidir. Bizim xarici tərəfdaşlarla imzalanmış pay bölgüsü üzrə kontraktlar maraqlarımızı tam şəkildə təmin edir və bu gün mənfəət neftinin mütləq əksəriyyəti Azərbaycana məxsusdur. Xarici şirkətlərdə çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu illər ərzində vətəndaşlarımız xarici şirkətlərin hesabına xaricdə və Azərbaycanda təlim kursları keçmişlər, müasir texnologiyalara yiyələnmişlər, tanış olmuşlar. Yəni, bu kontraktlar sadəcə olaraq neftin hasil edilməsi, nəqli və ya mənfəətin bölgüsü ilə məhdudlaşmır. Bu kontraktlar bizə başqa sahələrdə də inkişafa nail olmaq üçün şərait yaratdı. Neft yatağına qoyulan hər bir dollar investisiya digər sahələrə buna bərabər həcmdə investisiyanın gətirilməsinə xidmət göstərir. İnşaat və xidmət sektorları Azərbaycanda böyük dərəcədə inkişaf etmişdir. Həm özəl, həm də ki, dövlət şirkətləri bundan faydalanmışdır”.
Prezident İlham Əliyev bir daha qeyd edib ki, “ümid” yatağının kəşfiyyatı və gələcəkdə işlənilməsi xüsusi məna daşıyır: “Bu, tarixi bir hadisədir. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri öz hesabına görmüşdür. Bizim həm texniki, həm də maliyyə imkanlarımız vardır. Bizim istənilən həcmdə xarici maliyyə resurslarına da çıxışımız təmin olunur. Mən çox şadam ki, “ümid” yatağı ümidlərimizi doğrultdu”.
Dövlətimizin başçısı İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilib: “Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir”.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək deyib: “Cənab Prezident, neftçilərin əməyinə verdiyiniz qiymətə görə çox sağ olun. Siz, cənab Prezident, “ümid” yatağının işlənildiyi vaxtlarda həmişə neftçilərlə bərabər olmusunuz, bizə dəstək vermisiniz. Bu gün xüsusi gündür və fərəhlə Sizə məruzə edə bilərəm ki, dünyanı böhran bürüyən bir dövrdə bu işə Sizin xeyir-duanızla, dəstəyinizlə başladıq. Mütəxəssislərin riskli saydığı, çox mürəkkəb hesab etdiyi bir yataqda - “ümid” blokunda işə başladıq. Qısa müddətdə - iki il ərzində artıq nəticələr alındı. İndi əminliklə deyirik ki, artıq Azərbaycanda böyük qaz-kondensat yatağı kəşf olunubdur. Zati-aliləri, icazə verin neftçilərin adından Sizə təşəkkürümüzü bildirək, Sizi təbrik edək. Bu, Sizin uğurunuzdur, cənab Prezident! Sizin dəstəyiniz olmasaydı, biz belə bir nəticələr əldə edə bilməzdik”.
ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dövlətimizin başçısına Xəzərin Azərbaycan sektorundakı bir sıra təbii qaz yataqlarının texniki-iqtisadi göstəriciləri haqqında məlumat verib. Hələ sovetlər dövründə Azərbaycan neftçilərinin kəşf etdikləri “ümid” yatağı barədə danışan Xoşbəxt Yusifzadə deyib: “ümid” yatağı Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşir. 1953-cü ildə burada birinci dəfə, 1972-ci ildə isə yenidən bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılmışdır. Sonra 1977-ci ildən 1992-ci ilədək biz burada 9 quyu qazdıq. Bunların heç biri bu horizonta gedib çatmadı, biz yatağı mənimsəyə bilmədik. Nəhayət, qərara gəldik ki, Sizin köməyinizlə, xeyir-duanızla özümüz burada quyu qazaq. Bir də ki, Dövlət Neft Şirkəti 1994-cü ildəki şirkət deyildir. İndi Dövlət Neft Şirkətinin maliyyə vəsaiti də, texniki, texnoloji imkanları da vardır. Bununla belə, yeni texnikanı qavramaq məsələsi də ortada idi. Ona görə bu, böyük bir risk idi. Burada iki məqamı qeyd etmək istəyirəm. ümumiyyətlə, kəşfiyyat quyusunu platformadan qazmırlar. Dünyada belə təcrübə yoxdur. Platformadan quyuları yalnız açılmış yatağın sərhədlərini təyin etmək üçün qazırlar. Amma tamam açılmamış yataqda platformadan kəşfiyyat quyusu qazmırlar. Buradakı bütün quyular “Xəzər” tipli üzən qazma qurğuları ilə qazılmışdır. Bunlar 60-70 metr dərinlikdə iş görə bilirlər”.
Xoşbəxt Yusifzadə, həmçinin, deyib ki, “ümid”də yaxşı nəticə almağımız o deməkdir ki, “Babək”in perspektivliliyi iki dəfə artıqdır: “Ona görə ki, bu strukturda “Babək” aşağıda yerləşdiyi üçün onun ehtiyatı 2 dəfə çoxdur. Yəni, “ümid”də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr olacaqdır, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi “ümid” yatağında bizim bir quyumuz vardır. Bu quyu dənizdə suyun dərinliyi 170 metr olan sahədə qazılmışdır. İnşallah həmin quyunu istismara verəndən sonra Sizin köməyinizlə işlərimizi davam etdirərik. Hesab edirəm ki, yaxşı nəticələrə nail olsaq, həm təcrübəmiz artacaq, həm də “Babək”də də işləri özümüz görəcəyik. ümumiyyətlə, əldə olunmuş nəticələrə əsasən əminliklə deyə bilərəm ki, əgər bizim 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatımız varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatımız olacaqdır”.
Prezident İlham Əliyev görüşə yekun vuraraq deyib ki, bundan sonra “Babək” yatağını da özümüz işləməliyik: “Yadımdadır ki, əslində onlar bir yerdə idi - “ümid”-”Babək”. Xarici şirkətlərin də bu yataqlara marağı çox böyük idi. çox yaxşı ki, biz bu yataqları saxlamışıq və indi bütün işləri özümüz görürük. Əlbəttə ki, “Babək” yatağında da bütün işləri özümüz görməliyik”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, bu gün tarixdə Dövlət Neft Şirkətinin böyük kəşfiyyat günü kimi qalacaq: “ümid edirəm ki, yaxın zamanlarda bütün başqa işlər də başa çatacaq və oradan biz ilkin qazı alacağıq. Hər halda bu, bir neçə ildən sonra olacaqdır. Ancaq artıq dəqiq bilirik ki, “ümid” yatağı Azərbaycanın qaz potensialına öz töhfəsini verəcəkdir. Bir də demək istəyirəm ki, Avropa və dünya qaz bazarlarında rolumuz artacaqdır. Azərbaycan həm neft, həm qaz, həm də bütün başqa sahələrdə daha da inkişaf edəcəkdir. ölkəmizin qarşısında perspektivlər çox ürəkaçandır və biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda neft-qaz sənayesində belə gözəl işlər görülür. Azərbaycan neftçiləri həmişə olduğu kimi, ölkənin inkişafına ən dəyərli töhfələrini verirlər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

