Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir
30.11.2010 [10:03]
Dünən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Deputatlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşılayıblar.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deyib: “Zati aliləri, möhtərəm cənab Prezident! Siz Milli Məclisə xoş gəlmisiniz! Hörmətli deputatlar! Hörmətli qonaqlar, xanımlar və cənablar! Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisi fəaliyyətə başlayır. Demokratik dövlət quruculuğu yolunda əldə edilmiş bu böyük nailiyyət Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının təntənəsinin nümunəsidir. Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını qocaman deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı hörmətli Fəttah Heydərova nəsib olmuşdur. Hörmətli Fəttah müəllim, xahiş edirəm, iclası başlayasınız”.
İclasa sədrlik edən Fəttah Heydərov dördüncü çağırış Milli Məclisin iclasını açıq elan edib. Azərbaycan Respublikasının dövlət himni səslənib.
Fəttah Heydərov deyib: “Möhtərəm cənab Prezident, Sizi bütün deputatlar adından səmimi qəlbdən salamlayır, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın rifahı naminə yeni-yeni uğurlar arzulayıram. Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi təbrik edirəm, parlament fəaliyyətində sizin hamınıza böyük uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir”.
Sonra Fəttah Heydərov dördüncü çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. İclasın sədri sözünə davam edərək deyib ki, Milli Məclisin ilk iclasında parlamentə seçilmiş 125 deputatdan 122 nəfəri iştirak edir. Dördüncü çağırış Milli Məclisin birinci iclasında çıxış üçün Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevə söz verilib. Prezident İlham Əliyev dördüncü çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib. Dövlət başçısı İlham Əliyev deyib ki, parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır: “Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə demokratik proseslər müsbət istiqamətdə inkişaf edir: “Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir”.
Son 7 il ərzində Azərbaycanda maaşların və pensiyalar orta hesabla 5-6 dəfə artdığını, yoxsulluğun 4 dəfə azaldığını və 900 minə qədər yeni iş yerinin açıldığını söyləyən Prezident İlham Əliyev bildirib ki, büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artıb: “Bütün sosial proqramlar uğurla icra edilir. Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bu statistik göstəricilər özlüyündə görülmüş işlərin əyani sübutudur”.
“Azərbaycan müasir, dünyəvi, güclü dövlət kimi özünü artıq bölgədə təsdiqləyib”, - deyən dövlət başçısı İlham Əliyev deyib ki, bölgədə gedən proseslər və tərəfimizdən irəli sürülmüş təşəbbüslər artıq konkret nəticələr verir: “Biz regional əməkdaşlıq məsələlərinə çox böyük diqqətlə yanaşırıq və növbəti illərdə də bu, bizim üçün prioritet məsələ kimi qalacaqdır. çünki biz bu bölgədə yaşayırıq və bölgədə gedən proseslərə təsir imkanlarımızın genişləndirilməsi, əlbəttə ki, milli maraqlarımıza tam uyğundur”.
Xarici siyasətimizin artıq dünya birliyində uğurlu siyasət kimi tanındığını deyən Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanla ikitərəfli münasibətlərdə və dostluq münasibətlərində olan ölkələrin sayı artır: “Bir sözlə, dostlarımızın sayı artır. Diplomatiyamız çox çevikdir, çox fəaldır və qarşılıqlı maraqlar üzərində, ölkələrin bir-birinə hörmət, bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında qurulubdur”.
“Sosial sahədə qarşımızda duran vəzifələr əhalinin rifah halını yaxşılaşdırmaq, aztəminatlı təbəqənin sosial müdafiəsini gücləndirmək, yoxsulluğu bütövlükdə Azərbaycanda aradan qaldırmaqdır” - deyən, dövlət başçısı İlham Əliyev söyləyib ki, Azərbaycanda yoxsullar olmamalıdır: “Bu sosial bəla olmamalıdır. Buna nail olmaq üçün konkret proqramlarımız, düşünülmüş siyasət vardır. Son 7 il ərzində yoxsulluq səviyyəsinin 4 dəfə aşağı düşməsi görülən işlərin nəticələrinin təzahürüdür”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycanın iqtisadiyyatı son 7 il ərzində təxminən üç dəfə artıb: “Bu, doğrudan da dünya miqyasında nadir bir hadisədir. Ancaq onu da etiraf etməliyik ki, Azərbaycanda hələ də ehtiyac içində, çətin vəziyyətdə yaşayanlar, aztəminatlı ailələr vardır. Onların problemləri bizim problemimizdir. Biz onları həll edəcəyik. Bu problemi ancaq güclü iqtisadiyyat yaratmaqla həll etmək mümkündür”.
“ölkə qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir” - deyən, dövlət başçısı İlham Əliyev söyləyib ki, biz bu istiqamətdə böyük səylər göstəririk ki, bu məsələ öz həllini tezliklə ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə tapsın: “Bildiyiniz kimi, uzun illərdir ki, danışıqlar aparılır. On səkkiz ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç bir nəticə yoxdur. Nəticə o zaman olacaq ki, Azərbaycan torpaqları işğalçılardan azad ediləcəkdir. Nəticə odur. Danışıqların fəallığı, yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə sayıla bilməz. Biz nəticə görmək istəyirik. Biz istəyirik ki, məsələ beynəlxalq hüquq normaları əsasında həll olunsun, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilsin. Digər beynəlxalq təşkilatların - ATƏT, Avropa Parlamenti, Avropa Şurasının qərar və qətnamələri icra olunsun. Bu qərarlar və qətnamələr ona görə qəbul edilib ki, onlar icra olunmalıdır. Əgər onların icra mexanizmi yoxdursa, Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymursa və beynəlxalq birlik öz növbəsində buna qarşı heç bir tədbir görmürsə, onda məsələ çətinləşə bilər. Biz başa düşürük, bu gün Ermənistan çalışır ki, məsələni süni şəkildə uzatsın, özünü danışıqlarda konstruktiv tərəf kimi göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki, həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilir, yenidən qeyri-real, qəbulu mümkün olmayan təkliflər irəli sürür. Beləliklə, danışıqlar prosesini müddətsiz və sonsuz etmək istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz danışıqları torpaqlarımızı azad etmək üçün aparırıq. Biz danışıqları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi üçün aparırıq. ümid edirik ki, bu məsələ ilə məşğul olan qurumlar, tərəflər, vasitəçilər nəhayət, öz kəskin sözünü deyəcəklər. Bunun vaxtı çoxdan çatıbdır. Əgər belə olmasa, onda bu danışıqların mənası tamamilə itəcəkdir. Danışıqlar nəticə üçün aparılır, sadəcə görüntü üçün deyildir. Ona görə, bir daha demək istəyirəm ki, mövqeyimizdə prioritet beynəlxalq hüquq normalarıdır, beynəlxalq təşkilatların qətnamələridir, Azərbaycanın haqq işidir və ədalətli yanaşmadır. Biz onu da bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi maraqlar da bu məsələ ilə məşğul olan tərəfləri sövq etməlidir ki, məsələ tezliklə həllini tapsın. çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə böyük təhlükədir. Bu, real təhlükədir. Bu münaqişə dondurulmuş münaqişə deyildir. Biz başa düşürük, böyük dövlətlər istəyirlər ki, bu bölgədə sabitlik, sülh olsun, müharibə olmasın. Biz də bunu istəyirik. Kim istəyər ki, sabitlik pozulsun, yaxud da müharibə olsun. Ancaq bu o demək deyil ki, bu məsələ dırnaqarası dondurulmuş vəziyyətdə qalsın. Bu, mümkün deyildir. Bu gün bölgədə gedən proseslər, güclər nisbəti və əlbəttə, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı imkan verməyəcək ki, bu status-kvo uzun müddət qalsın. Biz bununla heç vaxt razı ola bilmərik. Status-kvo dəyişdirilməlidir. Azərbaycan torpaqları azad olunmalıdır. Bizim vətəndaşlar doğma torpaqlarına qayıtmalıdırlar. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Helsinki Yekun Aktı da məhz bu yanaşmanı əks etdirir. Dünyada mövcud muxtariyyətlərlə bağlı olan müsbət təcrübə Azərbaycanda da tətbiq olunmalıdır. Mən bir daha demək istəyirəm ki, Azərbaycan bu prinsipial mövqedən bir addım geri çəkilməyəcəkdir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıbdır və olmayacaqdır. Heç vaxt Azərbaycan dövləti onun əzəli torpağı olan Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Bu, mümkün deyildir. Qarşı tərəf bunu bilir. ümid edirəm ki, biz danışıqların inkişafında müsbət meyilləri görəcəyik”.
Hesablayıcı Komissiyanın tərkibi müəyyən edildikdən sonra Milli Məclisin sədrinin seçkisi keçirilib, Oqtay Əsədov dördüncü çağırış Milli Məclisin sədri seçilib. İclasda Milli Məclis sədrin müavinləri və komitə sədrləri seçiliblər. Deputat Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə müavinləri seçiliblər. Deputat Əli Hüseynov Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov təhlükəsizlik və müdafiə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, Şəmsəddin Hacıyev elm və təhsil komitəsinin, Nizami Cəfərov mədəniyyət komitəsinin, Rəbiyyət Aslanova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq ediliblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

