Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilərək, onların yerinə müasir qəsəbələr salınıb

Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilərək, onların yerinə müasir qəsəbələr salınıb

24.12.2010 [09:13]

Qaçqın və məcburi köçkün vətəndaşlarımızın yüksək həyat şəraiti ilə təmin edilmələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrinin növbəti ifadəsidir
Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistan silahlı qüvvələri artıq 20 ilə yaxındır ki, ölkəmizin 20 faizdən artıq ərazisini işğal altında saxlayır. Bundan başqa, erməni təcavüzü nəticəsində bir milyona yaxın soydaşımız öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün durumuna düşüblər. Problemin həlli, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı qəbul olunan beynəlxalq sənədlərin, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin rəsmi Yerevan tərəfindən yerinə yetirilməsindən asılıdır.
Qeyd edək ki, doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olub. Belə ki, hələ bir neçə il öncə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində olduqca mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. 1999-cu ildə Ulu öndərin Fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradıldı.
Ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev də hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini diqqət mərkəzində saxlayır. Hələ 2003-cü ildə Biləsuvar rayonunda yerləşən çadır şəhərciyində qaçqın və məcburi köçkünlərlə görüşündə Prezident İlham Əliyev çox yaxın illərdə ölkəmizdə bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etmişdi. Bundan əlavə, Prezident İlham Əliyev doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atılacağını bildirmişdi. ötən müddət ərzində bu vədlər tam olaraq yerinə yetirildi, ölkəmizdə çadır şəhərcikləri ləğv edildi, qaçqın və məcburi köçkünlərin yaşaması üçün yeni müasir qəsəbələr salındı.
ümumiyyətlə, qeyd etmək lazımdır ki, 2003-cü ildən bu yana qaçqın və məcburi köçkünlərin rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu mənada xüsusi əhəmiyyətə malikdir. Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən, 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunmuş kiçik sexlərdə) yaradılması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşündə də bu məsələyə xüsusi olaraq toxunmuşdu: “ölkədə mövcud olan çadır düşərgələri tezliklə ləğv olunacaq və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcəkdir”.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamına və Dövlət Proqramına uyğun olaraq Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırıldı, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin edildi. Bundan başqa, 2006-cı il martın 1-də təməli qoyulan Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin tikintisi 2007-ci ildə başa çatdırıldı. Ağdam və Ağcabədi rayonlarında yeni salınmış qəsəbələrdə ümumi sahəsi 190632 kv.metr olan 3860 yaşayış evi ilə yanaşı, 15 məktəb binası, 5 uşaq bağçası, 1 xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 hamam, 10 inzibati bina, 1 yanğın postu tikilib, 113,8 km yol, 139,2 km su xətti, 43,2 km qapalı irriqasiya sistemi, 211,9 km elektrik xətti çəkilib, 124 artezian quyusu qazılıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış evləri tikilib istifadəyə verilib, Saatlı rayonunda “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən Yunanıstanın “Contractors İnternational Company” (CCİC) şirkətinin vəsaiti hesabına salınmış 100 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi təmin edilib.
Görülən tədbirlər nəticəsində Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən 2003-cü ildə Biləsuvar rayonu ərazisindəki 5-i, 2006-cı ildə isə Bərdə və Ağcabədi rayonlarındakı 4-ü ləğv edildi. Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki “Qərənfil” sanatoriyasında müvəqqəti məskunlaşmış 39 məcburi köçkün ailəsi üçün 2006-cı ilin oktyabrında Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Xəzər rayonu ərazisindəki “Zuğulba” sanatoriyasında müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün Sabunçu rayonu, Ramana qəsəbəsində salınmış yeni qəsəbədə fərdi evlər tikilərək istifadəyə verildi. Həmçinin, Dövlət Proqramına uyğun olaraq Xocalı rayonundan olan 500 ailə üçün Goranboy rayonu ərazisində, Xocavənd rayonundan olan 500 ailə üçün isə Beyləqan rayonu ərazisində yeni qəsəbələr salınaraq qaçqın və məcburi köçkünlərə verildi.
Prezident İlham Əliyevin 2010-cu ilin fevralında imzaladığı “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam da məhz dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqətin bariz nümunəsidir. Sərəncamda qeyd edilir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınıb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir. Dövlət başçısı proqrama uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3  milyon manat məbləğində vəsait ayrılması barədə qərar qəbul edib. Sənəddə Dövlət Neft Fonduna qurumun 2010-cu il büdcəsi layihəsində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi üçün müvafiq məbləğdə vəsait nəzərdə tutmaq tapşırılıb. ümumiyyətlə, ölkə başçısı hər zaman bildirib ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin prioritet məsələsidir. Bu məqsədlər üçün dövlət başçısı tərəfindən 16 Fərman və Sərəncam imzalanıb. Bütün bu sənədlər isə əməli-praktik işlərin görülməsi üçün əsasdır. Bu Fərman və Sərəncamlar qısa müddət ərzində Azərbaycanda çadır şəhərciklərinin ləğvi üçün əsas təkanverici rolu oynayıb.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1226 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30