/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Binə qəsəbə Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Binə qəsəbə Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib
29.12.2010 [09:34]
Mehriban xanım Əliyeva rəsmi açılışı bildirən qırmızı lenti kəsib.
Məlumat verilib ki, son illər ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görülür, mədəniyyət və incəsənət xadimlərinə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Bu baxımdan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqisinin qorunmasında mühüm rol oynayır.
Qeyd edilib ki, qarşıdan gələn bayramlar ərəfəsində Heydər Əliyev Fondu Binə qəsəbəsinin sakinlərinə daha bir gözəl hədiyyə bəxş edib. Mehriban xanım Əliyevaya ünvanlanan çoxsaylı müraciətlər nəzərə alınaraq Fondun layihəsi çərçivəsində Binə Mədəniyyət Mərkəzi əsaslı surətdə yenidən qurulub və bu gün istifadəyə verilir.
Foyedə qurulan stenddə Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizin inkişafına diqqət və qayğısını əks etdirən fotolar yer alıb. Mehriban xanım Əliyeva Binə Mədəniyyət Mərkəzinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxıb.
Bildirilib ki, əvvəlki bina ötən əsrin 50-ci illərində tikilib və mədəniyyət klubu kimi fəaliyyət göstərib. Mərkəzdə yenidənqurma işlərinə 2007-ci ildə başlanılıb. İkimərtəbəli binada yerləşən mərkəz 2 min 425 kvadratmetr sahəni əhatə edir.
Bildirilib ki, mərkəzin birinci mərtəbəsində müxtəlif dərnəklər fəaliyyət göstərir. Burada şahmat və rəsm dərnəkləri üçün bütün şərait yaradılıb. Rəsm otağında şagirdlərin əl işləri nümayiş olunur. Burada 14 minə yaxın kitabın saxlanıldığı ədəbiyyat fondu da yaradılıb. Dərnəklərdə məşğələlər keçən uşaqlar beynəlxalq yarışlarda da iştirak ediblər.
Bildirilib ki, qəsəbədə yeni musiqi məktəbinə ehtiyac olduğu nəzərə alınaraq, mərkəzdə musiqi məktəbinin fəaliyyətinə şərait yaradılıb. Binanın ikinci mərtəbəsində yerləşən 24 nömrəli uşaq musiqi məktəbi ilə tanışlıq zamanı Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, burada 20 sinif, müəllimlər otağı və digər inzibati otaqlar var. On ildən çoxdur ki, fəaliyyət göstərən musiqi məktəbində fortepiano, xalq çalğı alətləri, simli və nəfəs alətləri, nəzəriyyə şöbələri var. Burada 300-ə yaxın uşaq musiqi təhsili alır. Uşaqlara skripka, klarnet, saz, fortepiano, tar, kamança, qarmon, balaban, nağara alətlərində ifa etmək öyrədilir, xanəndəlik dərsləri keçirilir. Gələcəkdə mərkəzdə, həmçinin xalçaçılıq, rəqs və digər dərnəklərin də fəaliyyət göstərməsi nəzərdə tutulub.
Mehriban xanım Əliyeva mərkəzin tikiş otağına, bufetinə, oxu zalına, eləcə də, musiqidə fərqlənən uşaqların diplomlarına baxıb.
Heydər Əliyev Fondunun prezidenti binada müasir avadanlıqla təchiz edilmiş 156 yerlik tamaşa zalı ilə tanış olub.
Bildirilib ki, mərkəzin qazanxanası, transformator stansiyası var. Həyətyanı sahədə abadlıq işləri aparılıb, yaşıllıq salınıb.
Mehriban xanım Əliyeva mərkəzin işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

