Azərbaycanda ən böyük layihələrdən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib
29.12.2010 [09:35]
Dünən Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Oğuz-Qəbələ-Bakı su kəmərinin Abşeron qurğular kompleksinə gələn dövlətimizin başçısını mərasim iştirakçıları hərarətlə qarşılayıblar.
“Azərsu” Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev məlumat verib ki, Oğuz və Qəbələ rayonlarından yüksək keyfiyyətli içməli suyun Bakıya gətirilməsi təşəbbüsünün müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev isə Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan bu ideyanın reallaşması istiqamətində mühüm addımlar atıb. 2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulub və tikinti işlərinə başlanıb. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılıb, yarımstansiya quraşdırılıb. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilib, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunub.
İdarəetmə məntəqəsində Prezident İlham Əliyevə təqdim olunan marşrut maketi əsasında boruların diametri, kəmərin uzunluğu, su sərfi, çay, şose və dəmir yolu keçidləri, axına nəzarət, təzyiqqırıcı və təzyiqnizamlayıcı kameralar barədə ətraflı məlumat verilib.
Kəmərin suqəbuledici qurğular sisteminin sxematik planı ilə tanış olan dövlətimizin başçısı Oğuz-Qəbələ-Bakı və mövcud su kəmərləri vasitəsilə Bakı şəhərinə gələn suların paylanması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişindən əvvəl və sonra paytaxtın su təminatı, kəmərin Oğuz rayonu ərazisindəki suqəbuledici qurğular kompleksinin sxematik planlarını nəzərdən keçirib. Bildirilib ki, bu günədək paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl üzrə su ilə təmin olunub. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra əhalinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaq. Cədvələ uyğun su verilməsi müddəti 2 dəfəyə qədər artacaq.
Daha sonra bildirilib ki, paytaxtda yeni su xətləri çəkiləcək, mövcud kiçik diametrli borular böyükləri ilə əvəz olunacaq və bununla da yaxın bir neçə ildə şəhərə cədvəl üzrə su verilməsi tamamilə aradan qaldırılacaq. Bakıətrafı yaşayış məntəqələrində isə bu problem yeni su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə həllini tapacaq.
Burada Prezident İlham Əliyevə su kəmərinin təhlükəsizliyini təmin edən SCADA sistemi barədə də məlumat verilib. Bildirilib ki, bu sistem kəmərdə baş verə biləcək bütün qəzalar və sızmalar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına malikdir.
Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri ilə içməli suyun paytaxta verilməsini bildirən qurğunu işə salıb.
Dövlətimizin başçısı kompleksdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub. Muzeydə Ulu öndərin rəhbərliyi ilə ölkənin su təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif dövrlərdə həyata keçirilən tədbirləri əks etdirən fotolar və videomateriallar toplanıb. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür suyunun paytaxta verilməsi üçün görülən işləri əks etdirən sənədli videogörüntülərə baxıb.
Muzeyin digər guşəsində Prezident İlham Əliyevin bu missiyanı uğurla davam etdirməsini əks etdirən fotoşəkillər var. Burada Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsini əks etdirən fotolar da nümayiş olunur.
Prezident İlham Əliyev kompleksin inzibati binasında yaradılmış şəraitlə tanış olub. Dövlətimizin başçısı burada suyun fiziki və kimyəvi analizinin aparıldığı laboratoriyaya baxıb. Bildirilib ki, suyun tərkibinə daim nəzarət etmək üçün burada ən müasir avadanlıq və cihazlar quraşdırılıb.
Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta gətirilən sudan içib.
Sonra dövlətimizin başçısı kəmərdən suyun qəbuledici kameraya daxil olması prosesini izləyib. Bildirilib ki, kəmərdən qəbul edilən su burada öz axarı ilə şəhərdəki mövcud anbarlara ötürülür, oradan isə paytaxtın müxtəlif istiqamətlərinə paylanılır.
Oğuz-Qəbələ-Bakı su kəmərinin sonuncu nöqtəsi olan və dəniz səviyyəsindən 190 metr yüksəklikdə yaradılan Abşeron qurğular kompleksi paytaxtın 17-ci kilometrliyində yerləşir. Burada kəmərin idarə olunması üçün bütün infrastruktur müasir səviyyədə qurulub. Layihə üzrə idarəetmə və nəzarətin beynəlxalq təcrübəyə uyğun reallaşdırılması üçün tender yolu ilə Almaniyanın “CES Consaulting Engineers Salzgitter” şirkəti seçilib.
Su kəmərinin layihələndirilməsi və tikintisi “Turan Xəzinədaroğlu İnşaat və Ticarət”-”Tekser İnşaat Sənaye və Ticarət”-”Gəncə körpü tikinti-2” hüquqi şəxslər birliyi tərəfindən həyata keçirilib.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsini böyük və tarixi hadisə adlandıran dövlət başçısı İlham Əliyev vurğulayıb ki, bu, böyük nailiyyətdir, böyük qələbədir: “Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək, ölkəmizdə iqtisadi islahatların uğurla aparılması üçün bütün tədbirləri görürük, insanların sağlamlığı, rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik”.
“Bu kəmərin Bakı sakinləri üçün çox böyük əhəmiyyəti olacaqdır” - deyən, Prezident İlham Əliyev söyləyib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcək.
Prezident İlham Əliyev deyib ki, Neft Fondunun xətti ilə icra edilmiş layihələr bizim üçün prioritet layihələrdir və Oğuz-Qəbələ-Bakı su kəmərinin bu layihələr sırasına salınması bizim niyyətimizi göstərir: “Əgər vaxtilə Azərbaycanda uğurlu neft siyasəti aparılmasaydı, bu layihə elə layihə kimi qalacaqdı. Bu layihənin Dövlət Neft Fondunun vəsaiti ilə həyata keçirilməsi digər tərəfdən rəmzi xarakter daşıyır. Neft hasilatından, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından əldə edilmiş gəlirlər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə yönəldilmişdir”.
“Bu, doğrudan da çox rəmzi xarakter daşıyan bir məsələdir, bir daha Azərbaycanın uğurlu siyasətini göstərir” - deyən dövlət başçısı İlham Əliyev bildirib ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır: “Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız vardır. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətdə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik”.
çıxış edən “Azərsu” Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev deyib ki, ölkəmizdə həyata keçirilən digər nəhəng layihələr kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də xalqımızın həyatı üçün tarixi əhəmiyyət kəsb edən hadisələrdən biridir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə çıxışında söyləyib ki, bu gün ölkəmizin, ələlxüsus paytaxtımızın həyatında əlamətdar, yaddaqalan, nadir tarixi hadisə baş verir. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin başa çatması ilə Bakı şəhər əhalisinin təmiz içməli suya olan tələbatı həll edilir. O, bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin Bakıya çəkilməsi yaddaşlardan silinməyəcək fövqəltarixi bir hadisədir.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

