2010-cu il yol-nəqliyyat sektorunda genişmiqyaslı işlərin görülməsi ilə də yadda qalıb
08.01.2011 [09:17]
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr paytaxtın və bütün regionların həyatında əsaslı dəyişikliklərə səbəb olmaqdadır. Yol mədəniyyətdir və infrastrukturun inkişafında başlıca komponentdir. Nəqliyyat bölməsində yeni istifadəyə verilən komplekslər bu sahənin inkişafını şərtləndirməklə yanaşı, həm də insanların rahatlığı, yüksək xidmətlərlə təmin olunması və eyni zamanda, respublikamızın şəhər və rayonlarının simasının dəyişməsində əhəmiyyətli rol oynayır. Son illərdə geniş miqyas alan nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı tədbirlər bu bölmədə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşərək ölkəmizin ümumi, iqtisadi-sosial dinamikasına mühüm təsirini göstərib.
2010-cu il yol-nəqliyyat sektorunda genişmiqyaslı işlərin görülməsi ilə də yadda qalıb. ötən il Prezident İlham Əliyevin iştirakı ilə bölgənin ən nəhəng nəqliyyat infrastrukturu olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının təməli qoyulub. Liman tikintisi ilə bağlı işlər 2011-ci ildə daha geniş vüsət alacaq.
Təkcə, ötən il dekabrın son günlərində yeni inşa olunan 5 yol-nəqliyyat kompleksi obyektlərinin açılışı olub. Yeni istifadəyə verilən yol qovşaqları və tunellər nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, yol qovşaqlarının salınması paytaxtımızın füsunkar gözəlliyinə rəng qatır, şəhərin ümumi mənzərəsini daha da yaraşıqlı edir. Məsələn, körpülərin və tunellərin ətrafında salınmış yaşıllıqlar, əkilmiş dekorativ ağac və gül kolları şəhərimizin gözəlliyini artırmaqla yanaşı, ekoloji mühitin daha da saflaşmasına xüsusi töhfə verir.
Hazırda nəqliyyat sektoru qeyri-neft bölməsində əsas sahələrdən hesab olunur. Həmin sahədə ümumi inkişaf tempi əhəmiyyətli dərəcədə artıb. 2004-2009-cu illərdə nəqliyyat sektorunda 3,4 dəfə artım müşahidə edilib. 2006-2010-cu illərdə dövlət büdcəsindən nəqliyyat sektorunun inkişafına 5 milyard dollar vəsait ayrılıb. Bundan başqa, beynəlxalq maliyyə institutları tərəfindən sözügedən sahəyə 2 milyard dollardan artıq kredit vəsaiti cəlb olunub. ümumilikdə, son 5 ildə bu sahəyə 7 milyard dollardan artıq investisiya yatırılıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri respublikamızda ən müasir standartlara cavab verən nəqliyyat obyektlərinin və geniş şəbəkəli nəqliyyat sisteminin yaradılmasına nail olmaqdır. ötən illər ərzində nəqliyyat bölməsində əldə edilmiş uğurlu nəticələr bu sektorun dinamik inkişafının təmin olunmasından xəbər verir. 2004-2009-cu illər ərzində regionlarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində 400 kilometrdən artıq magistral yol çəkilib. Bundan başqa, təxminən 700 km respublika əhəmiyyətli və 2950 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb. Bu müddət ərzində onlarla yeni körpü tikilib, 30-dan çoxu təmir edilib. Dövlət başçısının birbaşa tapşırığı əsasında yenidən qurularaq istifadəyə verilən 4 beynəlxalq tipli aeroport-Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərindəki hava limanları müasir standartlara cavab verməklə yanaşı, Azərbaycanın beynəlxalq mülki aviasiya sistemindəki mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olub. Artıq təkcə paytaxtdan deyil, bölgələrdən də Avropa və Asiyaya beynəlxalq miqyaslı uçuşların həyata keçirilməsi mümkünləşib. Bu tipli hava limanlarının istifadəyə verilməsi həm də xarici iş adamlarının regionlara gediş-gəlişinin asanlaşmasına, bölgələrdə turizm sektoruna marağın artmasına mühüm təsir göstərməkdədir. Bundan başqa, Azərbaycanda beynəlxalq standartlara cavab verən limanların tikintisi həyata keçirilməkdədir. Ələtdə və Lənkəranda yeni dəniz limanının tikintisi nəqliyyat sektorunun ən iri investisiya tutumlu sahə olmasını şərtləndirmiş olur.
Nəqliyyat sektorunda strateji layihələr sırasında beynəlxalq əhəmiyyətli magistral yolların çəkilişi də mühüm yer tutur. Beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsi isə ölkəmizin nüfuzunun və strateji mövqeyinin möhkəmlənməsinə baza yaradıb. Böyük İpək Yolunun istifadəyə verilməsi, “Bakı-Tbilisi-Qars” tranzit dəhlizlərinin yaradılması istiqamətində işlərin həlledici mərhələyə qədəm qoyması, Azərbaycanın regionda “Şərq-Qərb” nəqliyyat dəhlizinin mərkəzi nöqtəsinə çevrildiyini göstərir. Hazırda inşası davam etdirilən Bakı-Rusiya və İran dövlət sərhədləri üzrə avtomobil yollarının yenidən qurulması və digər layihələr respublikamızın trans-nəqliyyat mərkəzi kimi strateji mövqeyini daha da möhkəmləndirəcək. Onu da qeyd edək ki, Azərbaycanın nəqliyyat infrastrukturu Avropanın ən inkişaf etmiş dövlətlərinin yol təsərrüfatı ilə bağlı standartlarına, ən son texnologiyalarına uyğun qurulur. Bu gün dünyada tətbiq edilən ən modern avadanlıqlar və vasitələr respublikamızın yol təsərrüfatında istifadə olunur.
Paytaxtla yanaşı, Bakının kəndlərinin də yol infrastrukturunun yenidən qurulması ilə bağlı sistemli tədbirlər həyata keçirilməkdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi, Bilgəh, Nardaran, Maştağa, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Buzovna, Zuğulba, Şüvəlan, Pirallahı, Dübəndi, Zirə və digər kəndlərin yol təsərrüfatının yenidən qurulması sərnişinlərin keyfiyyətli nəqliyyat xidmətləri ilə əhatə olunması və əhalinin rahatlığı üçün mühüm rol oynayacaq. Bu istiqamətdə davam etdirilən işlər həmin ərazilərdə yaşayan sakinlərin rahat gediş-gəlişinin təmin edilməsi baxımından olduqca böyük əhəmiyyət daşıyır.
Nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı proqramlar ən ucqar rayonları və cəbhə bölgələrindəki yaşayış məntəqələrini də əhatə etməkdədir. Füzuli rayonunun Zobucuq yaşayış massivində yeni çəkilmiş 15 kilometrlik yol, eləcə də, körpünün açılışı, Ağdam rayonunun yol-nəqliyyat sisteminin yenidən qurulması hökumətin bu sahəyə yüksək qayğısının təzahürü kimi dəyərləndirilə bilər.
Yol-nəqliyyat sektorunda davam etdirilən layihələr 2011-ci ilin investisiya proqramlarının başlıca istiqamətlərini təşkil edəcək. Bu il Azərbaycanın nəqliyyat sistemində həyata keçiriləcək layihələr sırasında yeni körpü və tunellərin, yol qovşaqlarının tikintisi, magistral, birinci dərəcəli və məhəllədaxili yolların çəkilməsi, əsaslı şəkildə yenidən qurulması, ən müasir nəqliyyat vasitələrinin istismara buraxılması və digər layihələr əsas yer tutacaq. Bundan başqa, Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin yaradılması, paytaxtda parklanma və onun idarə olunması sisteminin qurulması da əsas prioritetlərdəndir. Artıq fevral ayında paytaxtda parklanma yerlərinin müəyyənləşdirilməsinə başlanacaq, sonra burada müvafiq sistemlər quraşdırılacaq. Dayanacaqların yaradılması ilə yanaşı, burada avtomobillərin saxlanması və onlardan istifadə ilə bağlı qaydalar qəbul olunacaq. Nəqliyyat Nazirliyinin sifarişi ilə Finlandiyanın “WSP” şirkətinin hazırladığı bu qaydalar dünyada bu sahədə ən qabaqcıl texnologiyalardan hesab olunur. Bu il nəqliyyatda vahid ödəmə sisteminin yaradılması ilə bağlı işlər davam etdiriləcək.
Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı tədbirlər qarşıdakı illərdə də intensiv şəkildə davam etdiriləcək. 2014-cü ilin sonunadək ölkənin avtomobil yollarının 2800 km-lik hissəsini beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması, magistral və məhəllədaxili yolların bərpası, körpü və yolötürücülərinin tikintisi, yeni yol qovşaqlarının yaradılması istiqamətində iri layihələr həyata keçiriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

