Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyidir
11.01.2011 [09:11]
XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasətinin ən böyük hadisələrindən biri nəhəng geosiyasi vahid olan SSRİ-nin süquta uğraması oldu. Bundan sonra beynəlxalq hüququn tamhüquqlu subyektləri və beynəlxalq münasibətlər sisteminin formal müstəqilliyə malik olan aktorları qismində çıxış edən milli dövlətlər meydana çıxdı. Dünyanın siyasi xəritəsində baş verən sözügedən kardinal dəyişikliklər beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların və yeni dünya düzəninə müvafiq proseslərin meydana gəlməsini şərtləndirdi. Məhz belə bir şəraitdə yeni müstəqillik əldə etmiş milli dövlətlərin, o cümlədən, Azərbaycanın qarşısında dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq olan xarici siyasət strategiyasının hazırlanması və icra edilməsi vəzifəsi dururdu. Bunun üçünsə xarici siyasəti milli mənafeyin təmin olunması vəzifəsinə müvafiq həyata keçirmək potensialına malik olan lider siyasətçi tələb olunurdu. Amma müstəqilliyin ilk illərində ölkəyə xarici imperialist qüvvələrə xidmət edən subyektlərin “rəhbərlik” etməsi Azərbaycanı ən müxtəlif kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindən təcrid olunmasına gətirib çıxardı. Nəticə etibarilə isə Azərbaycan mütləq mənada forposta çevrilmək təhlükəsi qarşısında idi... Ancaq xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində müəyyənləşdirdiyi və reallaşdırdığı xarici siyasət strategiyası nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi. Bundan sonra dünya siyasətinin müstəqil subyektləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər sisteminin formalaşdırılması, regional miqyaslı, qlobal mahiyyətli tərəfdaşlığa əsaslanan əməkdaşlıq platformalarının əsasının qoyulması və digər bu kimi fundamental addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirən təməl mexanizmlər və faktorlar oldu...
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən rasional, realist və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi Azərbaycan beynəlxalq aləmdə etibarlı strateji tərəfdaş kimi qəbul edilməkdədir. Dekabrın 29-da “Gülüstan” sarayında “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimində çıxış edən Prezident İlham Əliyev sözügedən məsələni məhz bu cür dəyərləndirib: “Biz xarici tərəfdaşlarla həmişə çox səmimi siyasət aparmışıq. Həmişə çalışmışıq ki, bu münasibətləri dostluq, əməkdaşlıq zəminində quraq və bayaq qeyd etdiyim kimi, dünyadakı dostlarımızın sayı artır”.
Bəli, həqiqətən, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca istinad mərkəzlərindən və strateji tərəfdaşlarından birinə çevirib. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib...
Beləliklə, ilk növbədə, reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da transmilli aktor və faktor olmaq etibarilə Azərbaycanın dünya dövlətlərinin enerji planı və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Digər tərəfdən, Azərbaycan enerji siyasətindən əldə etdiyi gəlirlərdən ümummilli inkişafı təmin edən vasitə kimi istifadə etməkdədir. Belə ki, “enerji amili məqsəd deyil, vasitədir” prinsipini əsas tutularaq enerji sahəsindən əldə edilən gəlirlər sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması və qeyri-neft sektorlarının inkişaf etdirilməsi kimi prioritet istiqamətlərə yönləndirilib...
Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir...
Beləliklə, sadalananlardan belə bir qanunauyğun və məntiqi nəticəyə gəlmək olur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

