/ / 2010-cu ildə həyata keçirilən mükəmməl iqtisadi strategiya Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib
2010-cu ildə həyata keçirilən mükəmməl iqtisadi strategiya Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib
18.01.2011 [09:44]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar 2010-cu ildə ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün iqtisadi sektorlarda yüksək artım indiqatorları əldə olunub. ötən il də Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib.
2010-cu ildə həyata keçirilən mükəmməl iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. Bu inkişafı və artım indiqatorlarını 2010-cu ilin sosial-iqtisadi inkişaf göstəriciləri aydın şəkildə təsdiq edir. ötən ilin makroiqtisadi indiqatorları bir daha respublikamızın iqtisadiyyatının inkişafını şərtləndirmiş olur. Yola saldığımız ildə ölkəmizdə ümumi daxili məhsul (üDM) 5 faiz artıb, makroiqtisadi sabitlik qorunub, inflyasiya cəmi 5,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 12,3 faiz artıb. Yoxsulluğun səviyyəsi daha da aşağı düşərək 9,1 faiz təşkil edib.
Dövlətimizin başçısı əldə olunmuş uğurları yüksək qiymətləndirərək inkişaf dinamikasının növbəti illərdə artım templərinin sürətlənməsinə imkan verəcəyini bildirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan edib ki, ötən il ölkəmiz üçün çox əhəmiyyətli il olub: “Əminəm ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki ölkələrdə milli valyutanın dəyəri aşağı salınmışdır, devalvasiyaya uğramışdır. Bizdə isə manat sabit olaraq qalır və beləliklə, biz həm əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişik, həm də manatın sabit qalması ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir. Makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır”.
2010-cu ilin makroiqtisadi göstəriciləri respublikamızda həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların, həmçinin, məqsədyönlü siyasətin uğurlarının davamı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləri olub. Dövlətimizin başçısının vurğuladığı kimi, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır.
ölkə iqtisadiyyatının modernləşdirilməsi, diversifikasiya siyasətinin dərinləşməsi bütün sahələrlə dinamizmin təmin olunmasına və yeni inkişaf proqramlarının reallaşmasına əlverişli zəmin yaradıb. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta rezervlərinin artmasına da əhəmiyyətli zəmin yaradıb: “2010-cu ildə bizim valyuta ehtiyatlarımız da artmışdır. Baxmayaraq ki, bəzi ölkələrdə valyuta ehtiyatları aşağı düşmüşdür, çünki həmin ölkələr sosial məsələlərin həlli üçün ondan istifadə etmişdir. Bizim isə valyuta ehtiyatlarımız artır. İlin sonuna olan məlumata görə, valyuta ehtiyatlarımız 29,1 milyard dollar təşkil edirdi. Dünən mənə verilən məlumata görə, artıq bu rəqəm 29,4 milyard dollara çatmışdır. Yəni təkcə on gün ərzində bizim vəsaitimiz nə qədər artır. Əlbəttə, növbəti illərdə bu, daha da artacaqdır. Yəni biz artıq həm Azərbaycanda, həm də başqa ölkələrdə istənilən infrastruktur və sərmayə layihəsini icra edə bilərik, edirik. Artıq Azərbaycan şirkətləri xaricə də vəsait qoyur. Hesab edirəm ki, bu, ölkə iqtisadiyyatı və gələcək planlarımızın həyata keçirilməsi üçün vacib amillərdir”.
Azərbaycanın böyük həcmdə strateji valyuta ehtiyatları imkan verir ki, qarşıya qoyulan bütün vəzifələr, o cümlədən, iqtisadi, sosial, hərbi, ekoloji və digər bir çox məsələlər tez bir zamanda öz həllini tapsın. Bu inkişaf tendensiyası o cümlədən, bölgələrdə davamlı quruculuq işlərinin genişlənməsi üçün əlverişli baza yaradır. ölkəmizin 30 milyard dollar həcmində olan valyuta ehtiyatları üDM-ə nisbətdə 60 faizdən çoxdur və dünyanın ən çox valyuta ehtiyatına malik çin iqtisadiyyatında bu göstərici Azərbaycandan aşağıdır. Bütövlükdə ölkəmizin toplam - özəl sektor və dövlət borcu da daxil olmaqla borcumuzu 9,5 milyard dollar həcmində 3 dəfədən çox üstələyir və bu, böhran kontekstində ölkənin makroiqtisadi dayanıqlılığının ən mühüm göstəricilərindən biridir.
Hazırda Azərbaycanın qarşısında duran başlıca vəzifə ölkə iqtisadiyyatında son on ildə əldə olunmuş artım tempini qoruyub saxlamaq və inkişafın pozitivliyini daha da sürətləndirməkdir. Qeyd edək ki, artıq ölkəmiz inamla “orta gəlirli ölkələr” sırasına daxil olub. “Orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalası vardır və bu tendensiya ölkə iqtisadiyyatının yaxın 10 ildə ən yüksək inkişaf göstəricilərinə çatmasına zəmin yaradır.
ELBRUS
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

