Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib

19.01.2011 [09:13]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib.
Xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyi vurğulanıb, Azərbaycan ilə Gürcüstanın enerji layihələrində uğurlu əməkdaşlıq həyata keçirdiyi qeyd olunub. Söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1016 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30