Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub

22.01.2011 [13:11]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində gəmi təmiri zavodunun ərazisində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı 2011-ci ildə qarşıda duran vəzifələr sırasında  Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi barədə tapşırıqlar verib. Azərbaycan Prezidentinin tapşırıqlarının həyata keçirilməsi ilə əlaqədar Bakı buxtasında yerləşən bir sıra müəssisə və obyektlərin, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunun və digər sənaye obyektlərinin köçürülməsi zərurəti yaranıb.
Verilən tapşırıqların operativ həlli istiqamətində görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı gəmi təmiri zavodunun sökülən hissəsində işlərin gedişi  ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.


Paylaş:
Baxılıb: 952 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30