"Qaradağ rayonuna mənim həmişə xüsusi münasibətim, xüsusi diqqətim olub"
22.01.2011 [13:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və “Cırtdan” uşaq əyləncə parkının açılışlarında iştirak edib.
Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyevə Lökbatan qəsəbəsinin mərkəzində yerləşən Heydər Parkında aparılmış əsaslı yenidənqurma və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, ölkənin ən böyük sənaye mərkəzlərindən olan Qaradağ rayonunun inkişafı dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Qaradağ rayonunun inkişafı ilə bağlı böyük tədbirlər həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır.
Diqqətə çatdırılıb ki, Heydər Parkının ərazisi əsaslı yenidənqurma işləri nəticəsində xeyli genişləndirilib, burada qəsəbə sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq inşa edilmiş parkda yeni yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, yaraşıqlı fəvvarələr tikilib.
Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə parkın ərazisində Heydər Əliyev Mərkəzi inşa edilib.
Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, onları təbrik edərək deyib ki, Qaradağ rayonuna mənim həmişə xüsusi münasibətim, xüsusi diqqətim olub: “Mənim demək olar ki, siyasi fəaliyyətim bu rayonda başlayıb. Birinci dəfə 1995-ci ildə qaradağlılar mənə etimad göstərmiş, Milli Məclisə deputat seçmişlər. Mən də çalışırdım ki, bu böyük etimadı doğruldum. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağ rayonunun inkişafı üçün öz köməyimi göstərim”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, rayonun iqtisadi və sənaye inkişafı sürətli gedir: “Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir. Burada yaradılan müəssisələr və tikilməkdə olan zavodlar rayonun iqtisadi gücünü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır”.
ölkəmizdə indi çox güclü sənayeləşmə siyasətinin aparıldığını söyləyən Prezident İlham Əliyev deyib ki, gələcəkdə Qaradağ rayonunda böyük neft-kimya kompleksinin yaradılması da planlaşdırılır: “Həm iqtisadi, həm də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. 2011-ci ili biz böyük ümidlərlə başlayırıq. 2011-ci ildə mənim ilk belə görüşüm Qaradağ rayonundadır. Keçən ildə də, əvvəlki illərdə də dəfələrlə rayonda olmuşam, gələcəkdə də gələcəyəm, çünki burada hələ açılışlar çox olacaqdır”.
Lökbatan qəsəbəsinin sakinləri adından Təranə İsmayılova dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Qəsəbə sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Sonra dövlətimizin başçısı burada orijinal üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Vurğulanıb ki, burada Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılıb, müasir avadanlıqla təchiz olunmuş internet zalı fəaliyyət göstərir.
Prezident İlham Əliyev mərkəzin foyesində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolara baxıb.
Bildirilib ki, Heydər Əliyev Mərkəzində nümayiş olunan bu fotolar ümummilli liderin Qaradağ rayonuna səfərlərini, böyük sənaye obyektlərinin açılışında iştirakını əks etdirməklə yanaşı, rayonun inkişafının hər zaman Ulu öndərin diqqət mərkəzində olduğunu bir daha sübut edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ölkəmizin iqtisadi qüdrətinin artmasında Qaradağ rayonu mühüm yer tutur. Qeyd edilib ki, Lökbatanda Heydər Əliyev Mərkəzinin yaradılması müasir Azərbaycan tarixinin, Heydər Əliyev irsinin, Ulu öndərin zəngin siyasi fəaliyyətinin öyrənilməsi və təbliği baxımından böyük önəm daşıyır. Gənc nəslin milli-mənəvi ruhda tərbiyə edilməsində də Ulu öndərin fikirlərinin əvəzsiz rolu var. Yeni mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması baxımından da mühüm əhəmiyyətə malikdir.
Diqqətə çatdırılıb ki, mərkəzdə ümummilli liderin həyatından bəhs edən nəşrlərin toplandığı kitabxana, kiçik kafeteriya fəaliyyət göstərir. Burada 50 yerlik konfrans və 220 yerlik iclas zalları var.
Dövlətimizin başçısı iclas zalında yaradılan şəraitlə tanış olub, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 3D formatında hazırlanan filmə baxıb. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbə ərazisində yeni salınmış “Cırtdan” uşaq əyləncə parkı ilə tanış olub.
Bildirilib ki, Lökbatan qəsəbəsində uşaqlar üçün salınan park xüsusi zövqlə inşa edilib. Ərazidə inşa edilmiş qapalı “Cırtdan” uşaq kafesi müasir mebel dəstləri və avadanlıqla təchiz olunub. Bildirilib ki, 10 min kvadratmetr ərazisi olan park xüsusi dizayn əsasında qurulub, burada müxtəlif attraksionlar və əyləncəli qurğular quraşdırılıb. Vurğulanıb ki, parkda uşaqların mənalı istirahətinin təşkili üçün geniş imkanlar yaradılıb. Bu, uşaqlara göstərilən diqqət və qayğının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiq edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələr bu sahədə xüsusi önəm daşıyır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu nəcib missiyası uşaqların xoşbəxt gələcəyinin təmin olunmasına yönəlib. O, öz xeyirxah əməlləri ilə Azərbaycan uşaqlarının ən böyük dostu və himayədarına çevrilib.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Lökbatan qəsəbəsinin girişində yeni salınan dəmir yolu ötürücüsü ilə də tanış olub.
Bildirilib ki, köhnə yolötürücü müasir tələblərə cavab vermirdi. Dövlətimizin başçısının tapşırığı ilə yeni yolötürücünün inşasına başlanılıb və yüksək tələblərə cavab verən dəmir yolu ötürücüsünün tikintisi qısa vaxt ərzində başa çatdırılıb. Burada müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev ətraf ərazilərdə abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

