Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşüb

Prezident İlham Əliyev "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşüb

27.01.2011 [11:34]

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşüb. “Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, bu şirkət hazırda Azərbaycan ilə müəyyən sahələrdə fəal əməkdaşlıq qurub. O, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində “Huawei Technologies” Korporasiyasının Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Dövlətimizin başçısı şirkətin Azərbaycan ilə fəal işləməsindən və sonuncu “Bakutel” sərgisində də iştirak etməsindən məmnun olduğunu deyib. Prezident İlham Əliyev “Huawei Technologies” Korporasiyasının Azərbaycanda fəaliyyətini genişləndirəcəyinə ümidvar olduğunu bildirib.

Paylaş:
Baxılıb: 1019 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30