Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İsveçrədə işgüzar səfərdədir

Prezident İlham Əliyev İsveçrədə işgüzar səfərdədir

27.01.2011 [11:35]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün dünən İsveçrəyə işgüzar səfərə gedib. Prezident İlham Əliyev Sürixdən Davos şəhərinə yola düşüb. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşüb. “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund Azərbaycan ilə rəhbərlik etdiyi şirkətin uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirməsini vurğulayaraq, bu əməkdaşlığın dərinləşməsi işinə Azərbaycan Prezidentinin şəxsən verdiyi töhfəni yüksək qiymətləndirib. “Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir”, - deyən Helge Lund ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirib. Dövlətimizin başçısı Azərbaycan ilə “Statoil” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq əmin olduğunu bildirib ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcək. Prezident İlham Əliyev “Statoil”in “Azəri-çıraq-Günəşli” yataqlar blokunun istismarındakı iştirakını və ölkəmizə investisiya qoyuluşu istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib. Görüşdə Azərbaycan ilə “Statoil” şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 894 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30