Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev "Microsoft" Korporasiyasının vitse-prezidenti və "Microsoft İnternational" şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşüb

Prezident İlham Əliyev "Microsoft" Korporasiyasının vitse-prezidenti və "Microsoft İnternational" şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşüb

28.01.2011 [10:13]

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Davosda “Microsoft” Korporasiyasının vitse-prezidenti və “Microsoft İnternational” şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşüb. Jan Filip Kurtua Prezident İlham Əliyev ilə bundan əvvəlki görüşünü xatırladaraq təmsil etdiyi şirkətin ölkəmizdə səmərəli fəaliyyət göstərməsi üçün verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq edib. O, neft gəlirlərinin insan kapitalına çevrilməsi ilə bağlı Azərbaycan Prezidentinin fikirlərinin və ölkəmizdə təhsil sisteminin inkişafına böyük həcmdə investisiyaların qoyulmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev “Microsoft” şirkətinin Azərbaycanda fəaliyyətinin genişlənməsində və ölkəmizin bu şirkətlə əməkdaşlıqda maraqlı olduğunu deyərək bildirib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sistemi inkişaf edir və “Microsoft” şirkətinin ölkəmizdə daha geniş fəaliyyəti üçün yaxşı imkanlar var. Görüşdə Azərbaycanın indiki inkişaf tempinin və Prezident İlham Əliyevin bununla bağlı həyata keçirdiyi fəaliyyətin nəticələrinin “Microsoft” ilə əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açdığı vurğulanıb.

Paylaş:
Baxılıb: 945 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30