Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşüb

Prezident İlham Əliyev bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşüb

28.01.2011 [10:15]

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşüb.
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında 1994-cü ildən fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. bp şirkətinin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Azəri-çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində iştirakının, “Şəfəq-Asiman” yataqları ilə bağlı imzalanmış sazişlərin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə bp arasındakı əməkdaşlığın strateji xarakter daşıdığı bildirilib və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 985 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30