AZƏRBAYCAN GƏNCİ SABAHA İNAMLA BAXIR
02.02.2011 [10:05]
Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu öndər 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalamışdır. Bu Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. çünki Fərman gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, mənəvi inkişafı, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı və s. ilə bağlı məsələləri əhatə etməklə böyük əhəmiyyət kəsb edirdi. Fərmana müvafiq olaraq ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb. Beləliklə, Ulu öndər bütövlükdə idarəetmə sistemində gənclərə tam yeni münasibətin formalaşmasına nail olmuşdur. Belə ki, 2 mart 1999-cu ildə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Ulu öndər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib. Bu da öz növbəsində ölkəmizdə reallaşdırılan gənclər siyasətinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır.
Göründüyü kimi, Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur. Həqiqətən də bu günümüzü təhlil edəndə bir daha əmin oluruq ki, Heydər Əliyev çox böyük müdrikliklə Azərbaycanda gənclər siyasətinin əsasını qoymuşdur və biz artıq bu siyasətin bəhrəsini aşkar hiss edirik. Bu gün ölkə həyatının ən müxtəlif sahələrində gənclərimiz böyük müvəffəqiyyətlə bilik və bacarıqlarını nümayiş etdirməkdədirlər. Bu gün Azərbaycan gəncləri Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
Bu da təsadüfi deyil. Sirr deyil ki, ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə bağlı siyasət sahəsində ümummilli lider Heydər Əliyevin kursu möhtərəm Prezident İlham Əliyev tərəfindən ən müasir tələblərə uzlaşdırılaraq layiqincə davam etdirilir. Hələ dövlət başçısı seçilməmişdən xeyli əvvəl də cənab Prezident İlham Əliyev Azərbaycan gəncliyinin formalaşmasına və inkişaf etməsinə böyük töhfələr vermişdir. Belə ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi, Ulu öndərin gənclərlə bağlı siyasətinin daha səmərəli həyata keçirilməsində mühüm rol oynayan İlham Əliyevin MOK-a rəhbərliyi zamanı Azərbaycan idmanının inkişafında ciddi dönüş yaranmışdır. ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycanın müasir uğurlu inkişafının əsaslarının qoyulduğu və möhkəmləndirildiyi dövr kimi tarixə düşdü. 2003-cü ildən sonrakı dövr isə Ulu öndər tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının zamanın tələblərinə uyğun daha zənginləşdirildiyi və ən yüksək səviyyədə uğurla davam etdirildiyi dövrdür. Belə ki, İlham Əliyev prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artıma qeyri-neft sektorunun hesabına nail olunmasını qarşıya ciddi məqsəd kimi qoymuşdur və bu istiqamətdə misilsiz uğurlara imza atmışdır. Bununla yanaşı, möhtərəm Prezident neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ciddi uğurların əldə olunmasına nail olmuşdur. Bu, gənc nəslin ən yüksək tələblərə cavab verəcək səviyyədə yetişdirilməsində özünü aşkar büruzə verir. Cənab Prezident İlham Əliyevin reallaşdırdığı gənclər siyasətinin nəzərəçarpan unikal tərəflərindən biri də ondan ibarətdir ki, bu siyasət təkcə Azərbaycanın sərhədləri daxilində yaşayan gənclərimizi deyil, dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlı gəncləri əhatə edir. Gənclər siyasətinin daha səmərəli reallaşdırılması məqsədi ilə Prezidenti İlham Əliyev 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı” imzalamışdır. Proqram gənclərin bütün problemlərini əhatə etməklə öz unikallığı ilə seçilir. Dövlət Proqramında gənclərin yüksək təhsili və peşəkarlığı məsələsinə xüsusi yer verilmişdir. Bu, ondan xəbər verir ki, möhtərəm Prezident İlham Əliyev yüksək ixtisaslı, yeni texnologiyaların tətbiqini bacaran gənc mütəxəssislərin yetişdirilməsini prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin Fərmanı ilə “2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi və uğurla icrası bunu bir daha sübut edir. Deməli, 1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsu ilə çoxsaylı azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilərək yüksək ixtisaslı kadrlar kimi Vətənə yararlı gənc nəsil yetişdirmək ənənəsi hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Yüksək təhsilin vacibliyinə işarə edərək cənab Prezident demişdir: “Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.
Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev gənclər siyasətinin səmərəliliyinin artırılması məqsədi ilə 2007-ci ili “Gənclər ili” elan etmişdir.
Prezident İlham Əliyevin atdığı ardıcıl addımlar nəticəsində Azərbaycan gəncliyi ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsinə çevrilmişdir, respublikamızın inkişafında ciddi rol oynamağa başlamışdır. Qeyd etdiyimiz kimi, müasir gənclər siyasəti ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlı gəncləri də əhatə etməklə unikal xarakter daşıyır. Bu gün xarici ölkələrdə Azərbaycanın çoxsaylı diaspor təşkilatları fəaliyyət göstərir. Təsadüfi deyildir ki, bu təşkilatların böyük əksəriyyəti gənclər tərəfindən yaradılmışdır. Sevindirici haldır ki, artıq bütövlükdə dövlətimizi, millətimizi yüksək səviyyədə təmsil edən gənclərimiz yetişmişdir. Məhz belə gənclərimiz xarici ölkələrdə milli maraqlarımızın qorunmasında əvəzsiz rol oynayırlar.
Müasir Azərbaycan gəncliyinin inkişafında və yeni uğurlar qazanması, istedadlı azərbaycanlı gənclərin dünya miqyasında tanınmasında Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etmək vacibdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da azərbaycanlı gənclərin nüfuzlu xarici ali məktəblərdə təhsil alması, yüksək mənəvi dəyərlərə yiyələnməsi və Vətənə gərəkli övlad kimi yetişməsi üçün səylərini əsirgəmir. Xüsusilə də, Azərbaycanın müasir təhsil sisteminin formalaşmasında və inkişafında Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyəti dövründə Azərbaycan təhsil sisteminin müasirləşdirilməsinə böyük töhfə verib. Beləliklə, sağlam düşünən, yüksək təhsilli və mənəvi dəyərlərə malik gənclərin yetişdirilməsi məsələsi fond üçün prioritet istiqamətlərdən biridir.
Xaricdə yaşayan gənc soydaşlarımızın ümummilli məqsədlər naminə səfərbər olunaraq bir araya gəlməsində Leyla xanım Əliyevanın da rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, 2009-cu ildə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılmışdır. Bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli maraqlar ətrafında birləşdirilməsi istiqamətində titanik addımlar atmışdır.
Beləliklə, yuxarıda qeyd etdiklərimiz Azərbaycanda reallaşdırılan uğurlu gənclər siyasətinin, gənclərə yüksək dövlət qayğısının bəzi məqamları idi və hər birimizdə olduqca böyük iftixar hissi doğurur. Müstəqil, inamla irəli gedən, davamlı inkişaf edən Azərbaycan Respublikasının gənc vətəndaşı olmaqdan qürur hissi duyuruq.
Elşad Mirbəşiroğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər namizədi
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36

