Neft gəlirləri insan kapitalına çevrilir
25.02.2011 [08:51]
Azərbaycanın neft strategiyasının başlıca hədəfləri həmişə ölkənin iqtisadi yüksəlişinə təkan verməkdən və sosial islahatların davamlı olaraq miqyasının genişləndirilməsinə baza yaratmaqdan ibarət olub. Yeni neft erasının başlanması və Azərbaycanın yanacaq ehtiyatlarının dünya bazarlarına nəqli respublikamızın maliyyə qüdrətinin və strateji valyuta ehtiyatlarının yüksəlişinə imkan yaratmaqla bərabər, iqtisadi-sosial, ictimai-mədəni, humanitar sahələrdə əhəmiyyətli dönüş yaradıb. Azərbaycan hökuməti neft gəlirlərinin səmərəli istifadə olunması ilə bağlı strateji konsepsiyanı həyata keçirməkdədir. Neft vəsaitlərinin idarə olunmasında Amerika və Norveç modelinə uyğun strategiyanın həyata keçirilməsi bu sahədə şəffaflığın tam təmin edilməsinə səbəb olub.
Respublikamız neft və qaz ehtiyatlarının satışından əldə olunan kapitalı bütün bölmələrə sərf etməklə həm iqtisadiyyatın diversifikasiyasını dərinləşdirib, həm də müasir idarəetmə texnologiyalarının miqyasını genişləndirib. ölkəmizdə geniş vüsət alan yol, nəqliyyat, infrastruktur, su, kanalizasiya, təhsil, səhiyyə, elm, mədəniyyət, sosial sfera, kommunikasiya, rabitə, bank, maliyyə və digər sahələrdəki böyük inkişaf də məhz neft kapitalının hesabına reallaşır. Neft gəlirləri bütün insanların həyatında hiss olunmaqdadır. Hər il qaçqın və məcburi köçkünlərin sosial həyatının, mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına 200 milyon manatdan çox pul sərf edilir ki, bu da neft vəsaitləri hesabına mümkün olur. Bunun nəticəsidir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bütün çadır şəhərcikləri ləğv olunub. Neft gəlirləri həm də qaçqınların ərzaq xərcləri üçün sərf edilir. Regionlarda inşa edilən səhiyyə müəssisələri və diaqnostika mərkəzləri də neftdən daxil olan maliyyə mənbələri hesabına reallaşır.
Dövlət Neft Fondundan il ərzində yüz milyonlarla manat vəsaitin infrastruktur və investisiya bölmələrinə ayrılması respublikamızın bütün bölgələrinin simasının dəyişməsinə səbəb olub. Bütün bölgələrdə tikilən məktəblər, mədəniyyət obyektləri də neft kapitalının hesabına gerçəkləşir. Bakı şəhərinin içməli su ilə təminatında həlledici rol oynayan və Prezidentin ikinci Bakı-Tbilisi-Ceyhan adlandırdığı Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də neft vəsaitləri hesabına reallaşıb. Eyni zamanda, Bakı-Tbilisi-Qarsın çəkilişində də neft vəsaitləri üstünlük təşkil edir. Bu gün inşa olunan körpülər, yollar, elektrik stansiyaları, su-kommunal xidmət qurğularının bərpasında, tikintisində başlıca maliyyə mənbəyi neft gəlirləridir. Neft gəlirləri hesabına reallaşan idarəetmə sisteminin təkmilləşdirilməsi isə ölkəmizin hər il dünyada qabaqcıl texnologiyalar tətbiq edən dövlətlər sırasında reytinqinin artmasına təkan vermiş olur. Məhz bütün bu nailiyyətlərin təməlində insan intellekti, zəkası və əməyi durur. Buna görə də, hökumət neft gəlirlərini intellektual mülkiyyətə, insan kapitalının inkişafına yönəltməyi başlıca məqsədlərindən biri elan edib.
Prezident İlham Əliyev “Mir” Teleradio Şirkətinə müsahibəsində bildirib ki, respublikamızda iqtisadiyyatın modernləşdirilməsi ilə bağlı ardıcıl işlər görülür və Azərbaycan hökumətinin apardığı siyasətin əsas istiqamətlərindən biri “qara qızılı” insan kapitalına çevirməkdən ibarətdir: “ölkənin modernləşdirilməsi, iqtisadiyyatın gələcəkdə bizə böyük artım verəcək sektorlarına, ilk növbədə, informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayələr qoyulması baxımından da çox iş görülmüşdür. Biz kosmik sənaye yaradırıq. Gələn il Azərbaycanın ilk süni peyki orbitə çıxarılacaqdır. Yəni, biz daim irəliyə baxırıq, ola bilsin ki, bir neçə addım irəliyə baxırıq. Bizim külli miqdarda neft və qaz ehtiyatlarımızın olmasına, çoxlu gəlirimizin olmasına baxmayaraq, istəyirik ki, Azərbaycanın davamlı inkişafı neftin qiymətindən və yaxud hasilatımızın həcmindən asılı olmasın. “Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim təcrübəmizdə, sadəcə, şüar deyil, real vəziyyətdir”.
Siyasi və iqtisadi islahatlar nəticəsində son üç ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycanın əldə etdiyi valyuta gəlirlərinin insan kapitalına çevrilməsi iqtisadi siyasətin başlıca hədəflərindən birinə çevrildiyindən hökumət insan kapitalı ilə bağlı xüsusi ixtisaslaşmış struktur yaratmaq niyyətindədir. İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alan hökumət bu təşəbbüsü reallaşdırmaqla intellektual və yüksək idarəetmə qabiliyyətinə malik güclü insan kapitalı bazası formalaşdırmaq imkanı qazana bilər. Artıq inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bütün inkişaf meyillərinin kökündə insan faktoru dayanır. İnkişaf etmiş ölkələrin ən böyük sərvəti və kapital fondu da məhz zəngin biliyi və təcrübəsi olan insan resurslarıdır. Azərbaycan insan kapitalı fondunu formalaşdırmaqla dövlət və özəl sektorun ən müasir bilik və texnologiyaları mənimsəmiş kadrlarla təmin olunmasına nail ola bilər. Respublikamızda həmin baza üçün böyük resurslar da mövcuddur. Beləliklə, neft-qaz ehtiyatlarından əldə olunan gəlirlər insan kapitalının inkişafına yönəldilməklə Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafı üçün etibarlı zəmanətə çevrilib.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10

