İlham Əliyev paytaxt Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib
01.11.2022 [19:03]
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Qeyd edək ki, Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb. Abidənin hündürlüyü 92 metrdir.
Milli Mücahidlər Muzeyi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, Şəhidlər abidəsinin altında yerləşən və 1984-cü ildə açılmış muzeyin kolleksiyasının böyük hissəsi ölkənin Fransa tərəfindən işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub. Burada rəsm əsərləri ilə yanaşı, müstəmləkəçiliyə qarşı mübarizə aparmış əlcəzairli mücahidlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, fotoşəkillər və sənədlər, həmçinin müqavimət dövründə fransızların xalq hərəkatı iştirakçılarını cəzalandırmaq üçün istifadə etdikləri edam alətləri nümayiş olunur. Fransa müstəmləkəçiliyinə qarşı hərəkata rəhbərlik etmiş Əmir Əbdülqadirin (Əbdülqadir İbn Muhyiddin) şəxsi əşyaları və silahları, onun 1853-cü ildə fransız rəssam Anj Tisye tərəfindən çəkilmiş və yalnız 1976-cı ildə Fransa tərəfindən ölkəyə qaytarılmış portreti muzeyin ən çox ziyarət olunan kolleksiyaları sırasındadır.
Muzeydə xalq hərəkatının 7 mindən çox iştirakçısının şahid ifadələri toplanıb.
Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub.
Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına aşağıdakı ürək sözlərini yazdı: “Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram.
Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur.
Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm.
Milli Mücahidlər Muzeyində mənə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirir, Əlcəzair xalqının qəhrəmanlıq irsinin əbədiləşdirilməsi işində muzeyin fəaliyyətinə uğurlar arzulayıram”.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.
X X X
Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağda yürütdüyü siyasət arasında paralellər aparmaq olar. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşma dayanır. Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir.
Eyni zamanda, Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Eyni cinayətlər Qarabağda yaşayan və erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. Məsələn, 1832-ci ildə Əlcəzairin Fransa tərəfindən işğal edilməsinə qarşı çıxan El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Bu hadisənin bənzərini biz 1992-ci ildə Xocalıda müşahidə etdik. Bu gün Fransa tərəfindən dəstəklənən Ermənistan o vaxt Xocalının dinc əhalisinə qarşı özü də gecə vaxtı soyqırımı törətdi. Bundan əlavə, həm Fransa, həm də Ermənistan müharibə zamanı Cenevrə konvensiyalarının tələblərini pozaraq qadağan olunmuş silahlardan istifadə ediblər.
Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. Fransa hakimiyyəti bu faciə ilə bağlı da susqunluq nümayiş etdirib. Fransanın törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi görünür Ermənistana da sirayət edib. 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamlar əslində 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamlarla oxşardır. Hər iki halda cinayətkarlar planlı şəkildə həyata keçirdikləri qətliamların məsuliyyətini boynuna almayıb. Ermənistan və Fransanın siyasətində daha bir oxşarlıq qanunsuz məskunlaşma ilə bağlıdır. Belə ki, Qarabağda regionun etnik tərkibini dəyişmək üçün Ermənistan tərəfindən Yaxın Şərqdən və digər regionlardan erməni əsilli şəxslərin Azərbaycan torpaqlarına köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma siyasəti nəticəsində ölkə əhalisinin 1 milyonunu bu torpaqlarla heç bir bağlılığı olmayan avropalılar təşkil edirdi.
Fransanın daha bir ikiüzlülüyü isə Paris muzeylərində bu ölkənin müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyünün nümayiş etdirilməsidir. Həmin sümüklərin 500-nün əlcəzairlilərə məxsus olduğu bildirilir. Bu gün Azərbaycanın azad olunmuş ərazilərində də kütləvi məzarlıqlar, skeletlər aşkarlanır. Bütün bunlar onu göstərir ki, Fransa ilə Ermənistan arasında bir çox “oxşarlıqlar” mövcuddur və onların heç biri törətdikləri cinayətlərə görə cavab verməyib. Göründüyü kimi, ikili standartlar və riyakarlıq bütün hallarda Fransanın dövlət siyasətinin əsas xəttini təşkil edir. Bu riyakarlıq isə bu gün demokratiya adı altında pərdələnir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

