Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir
15.03.2011 [09:09]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. ölkələrimiz arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib ki, əlaqələrimiz uğurla inkişaf edir: “Siyasi dialoq və məsləhətləşmələrimiz yüksək səviyyədədir. İkitərəfli iqtisadi sahədə yaxşı perspektivlərimiz vardır. Enerji təhlükəsizliyi məsələləri daim müzakirələrimizin bir hissəsidir. Biz İsveçrəni Azərbaycan üçün vacib tərəfdaş, dost ölkə hesab edirik. Biz əlaqələrimizi daha sürətlə inkişaf etdirmək, ikitərəfli gündəliyimizi genişləndirmək üçün əlimizdən gələni edirik. Bir daha qeyd etmək istəyirəm ki, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir”.
Bu əlaqələrin həyatımızın digər sahələrinə də təsir göstərdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, yaxın illərdə iqtisadi, qarşılıqlı investisiyaların yatırılması, mədəniyyət mübadiləsi və təbii ki, dünya gündəliyi, xüsusilə də regionumuzda və Avropada, o cümlədən regional inkişaf üçün əsas məsələlərdən hesab edilən enerji sahəsində daha böyük inkişafın şahidi olacağıq.
İsveçrə Prezidenti Mişelin Kalmi-Rey minnətdarlığını bildirərək söyləyib ki, o, ikitərəfli əlaqələrimizin səviyyəsindən məmnundur: “ötən il ərzində biz bu əlaqələrimizi inkişaf etdirmişik. Müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, iqtisadiyyat və enerji sahələrində ikitərəfli əlaqələrimizi indiki səviyyədən daha yaxşı inkişaf etdirməliyik. Düşünürəm ki, ölkələrimiz arasında xüsusi tərəfdaşlıq mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik”.
İsveçrə dövlətinin başçısı ölkələrimizin “Bretton Woods” təsisatlarının eyni regional qrupunda təmsil olunduğunu da deyib və oradakı yaxşı tərəfdaşlığa görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və İsveçrə Prezidenti Mişelin Kalmi-Rey mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir: “Biz İsveçrədən Azərbaycan iqtisadiyyatına, xüsusilə də qeyri-enerji sektoruna sərmayə qoyuluşlarını alqışlayırıq. ümid edirəm ki, biz yaxın illərdə buna bənzər bir çox halları görəcəyik”.
Dövlət başçısı bildirib ki, Azərbaycan şirkətləri İsveçrədə sərmayə layihələrində iştirak etməyi arzulayır: “Bizim Dövlət Neft Şirkəti artıq İsveçrədə ticarət əməliyyatları və neft təchizatı sahəsində fəal surətdə işləyir. Əlbəttə ki, ikitərəfli gündəliyimizin əsas hissəsini “Cənub enerji dəhlizi”nə aid müzakirələrin, o cümlədən Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının təşkil etdiyini nəzərə alsaq, gələcəkdə enerji sahəsində daha geniş və əhatəli əməkdaşlığımızın olacağına əminəm. Azərbaycan “Cənub dəhlizi”ni dəstəkləyir və biz həmin dəhlizə aid olan bütün layihələrə, o cümlədən İsveçrənin iştirak etdiyi Transadriatik layihəsinə dəstək veririk. Hesab edirəm ki, bu layihənin çox yaxşı gələcəyi vardır. Həmin xüsusi məsələ ilə bağlı şirkətlər arasında danışıqlar gedir”.
Prezident İlham Əliyev vurğulayıb ki, biz İsveçrənin münaqişələrin sülh yolu ilə həllinə yönələn səylərini yüksək qiymətləndiririk: “Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların ən son durumu haqqında xanım Prezidentə məlumat verdim. ümidvar olduğumu bildirdim ki, Ermənistan danışıqlar zamanı özünü konstruktiv aparacaq və işğal olunan torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edən beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyə başlayacaqdır”.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupu 19 ildir ki, fəaliyyət göstərir: “Təəssüflər olsun ki, heç bir praktiki nəticə yoxdur. Status-kvonun dəyişdirilməsi, qaçqın və məcburi köçkünlərin həmin işğal edilmiş ərazilərə qayıdışına başlamaq üçün vaxt yetişib. Bu, onların öz torpaqlarında yaşamaq üçün fundamental hüquqlarıdır”.
“Əfsuslar olsun ki, danışıqlar zamanı əldə edilən razılaşmalar və qəbul edilən bəyannamələr Ermənistan tərəfindən pozulur”, - deyən Prezident İlham Əliyev söyləyib ki, Prezident Medvedevin Soçidə təşkil etdiyi görüşün nəticəsi olaraq, etimadın yaradılması tədbirləri və hər bir məsələni sülh yolu ilə həll etmək cəhdinə dair niyyətlə bağlı birgə bəyannamə imzalanıb: “Təəssüf ki, bundan üç gün sonra ermənilər doqquz yaşlı oğlanı qətlə yetirdilər. Doqquz yaşlı oğlan əsgər deyil, o, uşaqdır. Bəs onda belə zorakılıq aktına əl atan tərəfə biz necə etimad göstərə bilərik?! Bu halda hədəfdə mülki şəxslər, xüsusən də adi uşaqdır. Bu, onu göstərir ki, Ermənistan tərəfi hətta öz imzasına və bəyannaməsinə belə hörmət etmir. Bu, qarşılıqlı etimad səviyyəsini ciddi şəkildə azaldır və gözlənilməz nəticələri olacaq vəziyyət yarada bilər”.
İsveçrə Prezidenti Mişelin Kalmi-Rey bəyanatla çıxış edərək bildirib ki, Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlər dinamik və yaxşıdır: “2010-cu ildə ölkələrimiz arasında ticarət olduqca müsbət dərəcədə artıb, lakin hesab edirəm ki, bu sahədə hələ də potensial vardır. Bu gün Azərbaycan İsveçrədə istehlak olunan xam nefti təchiz edən ən mühüm ölkələrdən biridir. Ticarət və birbaşa sərmayələr sahəsində artım üçün bir çox imkanlar vardır. çünki İsveçrə xaricdə böyük investorlardan biridir. Fikrimcə, Azərbaycanda yeni sement zavodunun İsveçrənin “Holsim” qrupu tərəfindən tikintisi həmin sərmayələrin yaxşı nümunəsidir. Qeyd etməliyəm ki, bu sərmayə ölkənizin qeyri-neft sektoruna qoyulan ən böyük investisiyadır. Mənim üçün isə bu misal iqtisadi əlaqələrimizin inkişaf potensialını nümayiş etdirir”.
İsveçrə Prezidenti Mişelin Kalmi-Rey deyib ki, artıq 10 ildən çoxdur ki, İsveçrə Azərbaycan ilə əməkdaşlıq edir: “İsveçrənin xarici siyasətinin prioritetlərindən biri münaqişələrin sülh yolu ilə həllidir. İsveçrə vasitəçidir, çünki biz neytral ölkəyik. Biz çalışırıq ki, vəziyyətə obyektiv yanaşaq. Regionunuzda olan problemlərin həllində Sizə irəliləyiş arzulayıram”.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının region üçün böyük əhəmiyyət daşıdığını ifadə edən İsveçrə Prezidenti problemin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün ölkəsinin hər cür dəstək göstərməyə hazır olduğunu söyləyib. Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey Şəhidlər Xiyabanını da ziyarət edib.
İsveçrə Prezidenti Mişelin Kalmi-Rey və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Buxara Karvansarayına baxıblar. Bildirilib ki, Karvansarayın orijinal memarlıq quruluşu var. Gəzinti zamanı qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin, burada aparılan son təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Sonra Cümə məscidi ilə tanışlıq olub. “Kiçik Karvansara” abidəsindəki təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzində - “İncəsənət bağı”nda olan qonaqlar çay süfrəsi ətrafında söhbət ediblər. Ali qonağa xatirə hədiyyələri təqdim olunub. Sonda İsveçrə Prezidenti İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

