Pensiyaların ödənişi sahəsində şəffaflıq təmin olunub
29.03.2011 [09:15]
“Bizim qarşımızda çox böyük perspektivlər var. Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir və bu, bizim məqsədimizdir. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Baxmayaraq ki, dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi uğurlar kifayət deyil. ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı - yəni inkişaf etmiş ölkələr bax bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur”.
Prezident İlham Əliyevin yuxarıda sadaladığı kriteriyalar üzrə ölkəmizdə həyata keçirilən siyasət bir çox sahələrdə öz müsbət nəticəsini verib. Sosial ədalət prinsiplərini əsas tutan hökumət ölkədə sosial bərabərliyin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir. İcra orqanlarında, ümumiyyətlə, bütün maliyyə sistemində şəffaflığın maksimum dərəcədə təmin olunması məqsədi ilə ciddi nəzarət həyata keçirilir.
Sığorta-pensiya sahəsində də korrupsiya halları aradan qaldırılır
Onu da qeyd edək ki, ölkəmizdə bütün sahələrdə, o cümlədən, icra orqanlarında şəffaflığın təmin edilməsi üçün “Şəffaflığın artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya” hazırlanıb. Hazırda icra orqanları fəaliyyətini məhz bu sənədə uyğun qurub.
öz növbəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) da şəffaflığı təmin etməyə çalışan, informasiya texnologiyalarını uğurla tətbiq edən, əhali ilə ünsiyyəti informasiya texnologiyaları vasitəsilə qurmağa üstünlük verən ilk dövlət qurumlarından biridir. Belə ki, ölkə Prezidentinin qarşıya qoyduğu tapşırıqların vaxtında icrası nəticəsində heç bir xarici ölkədən və ya xarici şirkətdən texnoloji dəstək istənilmədən, Fond tərəfindən tamamilə yeni, bazar iqtisadiyyatı prinsiplərinə söykənən, sosial sığorta-pensiya sisteminin modeli hazırlanıb. Aydın başa düşülən, şəffaf, ədalət prinsiplərini əsas götürən, müasir tələblərə cavab verən bu sistem bütün ölkəyə tətbiq edilməkdədir. Əldə olunan əsas nailiyyət isə bu sahədə korrupsiya hallarının aradan qaldırılmasıdır. Son 5-6 il ərzində sosial sığorta-pensiya sahəsində korrupsiya halları kəskin dərəcədə azalıb.
Pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir
DSMF-nin şəffaflığın təmin olunması sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də məhz ödənişin plastik kartlar vasitəsilə həyata keçirilməsidir. Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda mühüm vəzifələrdən biri kimi qarşıya qoyulan bu məsələ aztəminatlı ailələrin bir qismini əhatə edən pensiyaçılara təqaüdlərin ödənilməsində bir sıra neqativ halların aradan qaldırılmasına gətirib çıxarıb. DSMF-nin həyata keçirdiyi tədbirlər nəticəsində pensiyaların ödənişi sahəsində şəffaflıq təmin olunub.
Qeyd edək ki, 2011-ci ilin yanvarından Azərbaycan kəndlərində yaşayan əmək pensiyaçılarının 98 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. ümumilikdə hazırda Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir. Bu məqsədlə ümumilikdə 497, o cümlədən, kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib.
ötən ildən başlayaraq, pensiyaların plastik kartlarla ödənişi kənd yerlərini də əhatə edir. Artıq kəndlərdə bankomatlardan pensiya çıxarmaq kimi problem yoxdur. Əksinə, DSMF pensiyaçıların rahatlığını və şəffaflığını təmin etmək məqsədilə pensiyaları vətəndaşların öz arzularına əsasən, istənilən bankomatdan almasına çalışır. Bunun təmin olunması istiqamətində atılan addımlar nəticəsində il ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 10 363 nəfər artıb.
DSMF tərəfindən əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi, sistemin təkmilləşdirilməsi davam etdirilir. Tezliklə təqaüdçülər plastik kartlarına pulun yüklənməsi ilə bağlı mesaj da alacaqlar. Bu üsul əvvəlcə paytaxtda yaşayanlara tətbiq ediləcək. Lakin qısa müddətdə bütün ölkə ərazisində yaşayanlara da tətbiq edilməsi nəzərdə tutulub.
Tezliklə pensiya təyinatı heç bir sənəd tələb olunmadan aparılacaq
Sosial sığorta-pensiya sahəsində həyata keçirilən islahatlar, eyni zamanda, Azərbaycan hökumətinə pensiyaların artırılması üçün geniş imkanlar yaradıb. Pensiyaların hesablanması mexanizmlərinin sadələşdirilməsi, həmçinin, onların əhali üçün asan başa düşülən edilməsi və şəffaflaşdırılması korrupsiya hallarının qarşısını alır. Bu öz növbəsində, insanların sosial sığorta-pensiya sisteminə inamını artırır. Hazırda şəffaflığı təmin edəcək mühüm tədbirlərdən olan pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilməkdədir. Bu prosesin 2013-cü ilədək yekunlaşması nəzərdə tutulub. Belə ki, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda pensiya təyinatının tam avtomatlaşdırılmasına keçidin 2013-cü ildə başa çatdırılması tələb edilib. Lakin Fond bu prosesi Dövlət Proqramında müəyyən olunan qrafikdən əvvəl həyata keçirməyi hədəfləyib. DSMF-nin hədəfə vaxtından əvvəl çatacağı bu sahədə görülən işlərdən, aparılan islahatların sürətindən də görünür.
Məsələn, qanuna edilən son dəyişiklik nəticəsində pensiya təyinatında yeni sadələşdirilmiş qaydanın tətbiqinə başlanıb. Həmin qaydaya əsasən, 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatı aparılır. Bundan başqa, aparılan islahatlar nəticəsində fərdi uçot sistemində sığortaolunanlara dair ödənilən sosial sığorta haqları üzrə hesabatların qəbulu prosesinə də dəyişiklik edilib. Artıq 2006-2008-ci illərdə ödənilən sığorta haqları barədə bəyannamələrin qəbulu yekunlaşıb və onların hesablara işlənilməsi prosesi gedir.
Görülən işlərin mühüm istiqamətlərindən biri də müasir infrastrukturun qurulmasıdır. İndiyə qədər DSMF-nin 70-dən yuxarı şöbəsində müasir kompüter infrastrukturu yaradılıb. Bir sözlə, ölkəmizdə heç bir sənəd tələb olunmadan pensiya təyinatı reallığa çevrilir. Bu sahədə də Azərbaycan MDB məkanında ilk göstəriciyə malik olacaq.
RUHİYYƏ
Yazı Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
“Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

