Prezident İlham Əliyev Astara rayonuna səfər edib
16.04.2011 [11:20]
Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində dünən Astara rayonunda olub. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki Heydər parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda aparılmış abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, rayonun mərkəzi olan bu ərazidə geniş abadlıq işləri görülüb, müasir park salınıb. Heydər parkında Astara sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı Mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, Azərbaycanın bütün bölgələri kimi, Astara rayonunun da inkişafının bütöv bir mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin yenidən ölkənin siyasi rəhbərliyinə qayıdışı bütün respublikada olduğu kimi, Astaranın da inkişafında mühüm rol oynayıb. ümummilli liderin vətənimiz və xalqımız qarşısındakı xidmətlərini Astara rayonunun ictimaiyyəti daim ehtiramla yad edir, Onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülür. Astarada inşa olunan Heydər Əliyev Mərkəzi də Ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir. Prezident İlham Əliyevə məlumat verilib ki, orijinal memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin inşasına bu ilin yanvarında başlanılıb. İkimərtəbəli binanın girişində Ulu öndərin büstü qoyulub.
Dövlətimizin başçısı Mərkəzin birinci mərtəbəsində ümummilli liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolara, geniş ekranlı monitora baxıb.
Sonra dövlətimizin başçısı Mərkəzin ikinci mərtəbəsində yaradılmış şahmat, təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və elektron kitabxana ilə tanış olub.
Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışında iştirak edib. Sakinlər dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev yolun əvvəlki və indiki vəziyyətini əks etdirən stendə baxıb.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev məlumat verib ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun əsas yollarından olan Astara-Bala Şahağac avtomobil yolunun tikintisi də bu qəbildəndir. Bildirilib ki, Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq, onların daimi istifadə etdikləri Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması üçün Prezident İlham Əliyev 2010-cu il aprelin 21-də “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə 3,5 milyon manat vəsait ayrılıb.
Dövlətimizin başçısına məlumat verilib ki, əvvəllər Ələt-Astara magistralı ilə paralel olaraq dövlət əhəmiyyətli yol kimi istifadə edilən, Xəzər dənizinin sahili boyunca çəkilmiş 19 kilometrlik Astara-Bala Şahağac avtomobil yolu uzun müddət baxımsızlıq ucbatından və dənizin səviyyəsinin qalxması ilə əlaqədar yararsız vəziyyətə düşmüşdü. Rayonun yeddi iri yaşayış məntəqəsini əhatə edən yolun ətrafında Astara dəmir yolu stansiyası, tikilməkdə olan Astara Olimpiya İdman Kompleksi, neft və yük terminalları, həmçinin, digər dövlət əhəmiyyətli obyektlər yerləşir. İndi bu avtomobil yolu müasir tələblərə uyğun yenidən qurulub, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılıb. Asfalt örtüyünün eni 6 metr, qalınlığı 7 santimetr olan yolun hər iki tərəfində eni 2,6 metr olan piyada yolu salınıb. Yolun müəyyən hissəsi Xəzər dənizinin yaxınlığından keçdiyindən 500 metr ərazidə sahil-bərkitmə işləri görülüb. Bundan əlavə, yol boyu 3 körpü və 6 suötürücü əsaslı təmir edilib, 5 avtobus dayanacağı tikilib.
Bildirilib ki, müasir standartlar səviyyəsində inşa olunan Astara-Bala Şahağac yolunun istifadəyə verilməsi nəticəsində rayonun daha bir problemi aradan qalxıb.
Sonra Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı Astara-Bala Şahağac avtomobil yolunda görülən işləri yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac avtomobil yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Astarada görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev son zamanlar ictimai-siyasi sabitliklə bağlı insanları narahat edən məsələyə də toxunub: “O adamlar artıq tarixin arxivindədir. Sadəcə olaraq, vaxtaşırı hər hansı bir ölkədə baş verən bir hadisə bunları da nisbətən canlandırır, ruhlandırır. Biz bunu 2005-ci ildə görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da bir növ hərəkətə gətirmişdi. O vaxt da onlar kiminsə təcrübəsini yamsılamaqla məşğul idilər. Narıncı lentləri, bantları biz yaxşı xatırlayırıq. O vaxt da həmin cəhdlər iflasa uğradı. çünki Azərbaycan xalqı onların hərəkətlərini dəstəkləmədi. Bu dəfə də ümumiyyətlə, bu məsələ ilə bağlı heç danışmağa ehtiyac yoxdur. çünki Azərbaycan dövləti o qədər güclüdür, Azərbaycanda ictimai-siyasi sabitlik o qədər möhkəmdir ki, bizim işimizə mane olmaq, Azərbaycanın uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə Azərbaycan xalqı çoxdan yox deyib!”.
Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Dünən Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olub. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev dövlətimizin başçısına raport veriblər.
Gömrükçülər və sərhədçilər Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar.
Dövlətimizin başçısına məlumat verilib ki, Azərbaycan Prezidentinin 2007-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”na əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən Astara Gömrük İdarəsinin Astara gömrük sərhəd-keçid məntəqəsi yenidən tikilərək müasir avadanlıqla təchiz olunub. Burada yük avtomobillərinin yoxlama maşını quraşdırılıb. Prezident İlham Əliyev sərnişin-nəqliyyat gömrük nəzarəti xəttində avtomobillərin gömrük nəzarətindən keçmə prosesi ilə tanış olub. Bildirilib ki, burada hər cür şərait yaradılıb, ən müasir avadanlıq qurulub, iş prosesində kompyuter sistemindən geniş istifadə olunur.
Prezident İlham Əliyev burada narkotik vasitələrin aşkarlanmasından bəhs edən alboma, avadanlığa baxıb. Dövlətimizin başçısı idxal və ixrac gömrük nəzarəti xətlərində yaradılan şəraitlə tanış olarkən qeyd edilib ki, bu xətlərin hər birində eyni vaxtda üç avtomobil gömrük nəzarətindən keçə bilər. Bu xətlərin hər birində elektron növbə sistemi də yaradılıb. “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə burada rəsmiləşdirmə mərkəzi yaradılıb, malların və nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqəsində qeydiyyatının “bir pəncərə” prinsipini tətbiq etməklə həyata keçirilməsi təmin olunub. Bu da malların və nəqliyyat vasitələrinin məntəqədə qeydiyyatına sərf olunan vaxtın 3 saatdan 15 dəqiqəyədək azaldılmasına imkan verib.
Dövlətimizin başçısı Astara Gömrük İdarəsinin əvvəlki və yeni görüntülərini əks etdirən fotostendə baxıb. Astara Gömrük İdarəsinin inzibati binası ilə tanış olan Prezident İlham Əliyev burada piyadaların gediş-gəliş xətlərində, gömrük yoxlama məntəqələrində yaradılan şəraitlə də maraqlanıb.
Dövlətimizin başçısı inzibati binada ölkə üzrə sərhəd-keçid məntəqələrində gedən iş prosesini canlı olaraq izləyib.
İnzibati binada 75 nəfərlik iclas zalı və konfrans zalı da yaradılıb.
Sonra Prezident İlham Əliyev binanın eyvanından ətrafı seyr edib. Qeyd olunub ki, burada geniş abadlıq işləri aparılıb, istirahət guşələri yaradılıb.
Daha sonra dövlətimizin başçısı Gömrük Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub.
İdarənin fəaliyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, 2009-cu ildə Astara gömrük sərhəd-keçid məntəqəsinin ümumi yük dövriyyəsi 296,6 min ton təşkil edib ki, bundan 108,4 min tonu idxalın, 50,2 min tonu ixracın, 138 min tonu tranzit yüklərin payına düşüb. Astara gömrük sərhəd-keçid məntəqəsindən il ərzində 25 min 849 nəqliyyat vasitəsi keçib. ötən il məntəqənin ümumi yük dövriyyəsi 1,32 milyon ton təşkil edib ki, bunun 720,65 min tonu idxalın, 120,50 min tonu ixracın, 477,47 min tonu isə tranzit yüklərin payına düşür. Astara gömrük sərhəd-keçid məntəqəsinin yenidən qurulması yük dövriyyəsini və məntəqənin buraxılış qabiliyyətini dörd dəfə artırmağa imkan verib. Sonra dövlətimizin başçısı Astara Gömrük İdarəsində müasir memarlıq üslubunda tikilmiş “Az Duty Free Shops” - Rüsumsuz Ticarət Mərkəzi ilə tanış olub. Bildirilib ki, mərkəzin birinci mərtəbəsində əsasən yeyinti məhsulları, ikinci mərtəbədə isə elektrotexnika əşyaları istehlakçılara təqdim olunur. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.
Sonda xatirə şəkli çəkdirilib.
Dünən Prezident İlham Əliyev Astarada Gənclər evinin açılışında iştirak edib.
Əvvəlcə Prezident İlham Əliyev Astara şəhərinin Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə tanış olub. Meydanda 65 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb. Ətrafda ən müasir tələblərə cavab verən park salınıb, müasir işıqlandırma sistemi qurulub və abadlıq işləri görülüb. Dövlətimizin başçısı Gənclər evinin açılışını bildirən lenti kəsdikdən sonra ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış olub. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Astara qaz-kompressor stansiyasının açılışında iştirak edib. Stansiyanın kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev Astara qaz-kompressor stansiyasının, həmçinin rayonun qaz təchizatı sxemləri ilə tanış olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verib ki, hazırda şəhərlə bərabər, rayonun 26 qəsəbə və kəndi qazlaşdırılıb. Digər 10 kəndin qazlaşdırılması ilə bağlı hazırlıq işləri gedir. Bu ilin sonunadək həmin kəndlər də qazlaşdırılacaq. Digər 14 kəndin qazlaşdırılması isə gələn ilin sonunadək həyata keçiriləcək. Beləliklə, Astaranın 50 kəndi qazlaşdırılacaq ki, bu da rayonun 91 faizini əhatə edir.
Dövlətimizin başçısı stansiyanın fəaliyyəti ilə yaxından tanış olub və müəssisəni işə salıb.
Bildirilib ki, mövcud Astara qaz-kompressor stansiyası Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədi ilə 2005-ci ildə iki qaz-turbin mühərrikli kompressor və köməkçi avadanlıqla komplektləşdirilərək tikilib istismara verilib. Ətraf rayonların və Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə uyğun olaraq, qonşu ölkəyə təbii qazın ixracı məqsədi ilə yeni kompressor stansiyasının tikilməsi qarşıya aktual vəzifə kimi qoyulmuşdu. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Birinci mərhələdə qaz mühərrikli 6 kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılıb. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünün 5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, stansiyanın kollektivinə uğurlar arzulayıb.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq “Astara-1” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına ölkəmizdə energetikanın inkişafı və kiçik su elektrik stansiyalarının tikintisi barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın elektroenergetika sistemi son bir neçə ildə həyata keçirilən kompleks tədbirlər nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda respublikamızda ümumi generasiya gücləri 6500 meqavatı üstələyir və artıq ölkəmiz bir neçə ildir ki, elektrik enerjisi ixrac edir.
Dövlətimizin başçısına sxemlər əsasında Astara rayonunun Züngüləş kəndi yaxınlığında İstisu çayı üzərində inşa ediləcək kiçik su elektrik stansiyası barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, yaxın illərdə respublikamızda yüzlərlə kiçik su elektrik stansiyasının inşası nəzərdə tutulub. Bununla bağlı konkret işlər görülür. İstisu çayı üzərində tikiləcək 1,7 meqavatt gücündə stansiyada ildə 2,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Yeni stansiyada suqəbuledici qurğu, hidroaqreqatlar, 10 kilovoltluq yarımstansiya və elektrik xətti, həmçinin digər qurğular inşa olunacaq, müasir avadanlıq quraşdırılacaq. Su ötürən polietilen borunun uzunluğu 2 kilometr, diametri 800 millimetr olacaq.
Dövlətimizin başçısı su elektrik stansiyasının təməlini qoyub.
Prezident İlham Əliyev gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunu işə salıb. Dövlətimizin başçısı energetiklərə və inşaatçılara uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində dünən Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, kompleksin inşasına “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2005-ci il 14 sentyabr tarixli Sərəncamına əsasən başlanıb. Beş hektaradək ərazidə aparılan tikintiyə 2007-ci ilin yayında başlanıb. Baş plana əsasən, müasir memarlıq üslubunda, səkkizguşəli ulduz formasında inşa ediləcək kompleksdə ikimərtəbəli əsas universal idman zalı korpusu olacaq.
İdman zalında min nəfərlik tribuna, trenajor və məşq zalları, foye, qarderob, məlumat stolu, yeməkxana, inzibati otaqlar, tibb, məşqçi və hakim otaqları və s. yaradılacaq.
Bildirilib ki, ikimərtəbəli üzgüçülük hovuzunun binasında 200 yerlik tribuna, uzunluğu 51 metr, eni 31 metr olan hovuz, məşqçi, hakim, inventar otaqları, yeməkxana və digər texniki otaqlar inşa ediləcək. Baş plana əsasən, ikimərtəbəli 4 kottec, futbol, basketbol, tennis və voleybol meydançaları, qaçış yolu, yerüstü avtomobil dayanacağı da inşa olunacaq. Kompleksə müstəqil qaz, su, kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binaların müasir avadanlıqla təchiz edilməsi, havalandırma və digər qurğuların quraşdırılması nəzərdə tutulub. Kompleks bu ilin sonunadək təhvil veriləcək. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olub. Salyanlılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev Salyan şəhərini gəzib.
Dövlətimizin başçısı şəhərdə görülən işlərlə maraqlanıb. Rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verib ki, şəhərdəki bütün binaların fasadları tamamilə dəyişdiriləcək, küçələrin kənarındakı xidmət və ticarət obyektlərinin xarici görünüşü müasir memarlıq üslubunda qurulacaq. Mərkəzi küçələrin işıqlandırma sistemləri tamamilə yeniləşəcək. Bunun üçün xüsusi işıqlandırma sistemləri və dirəklər sifariş verilib. Şəhərin küçələri boyu çəkilən hasarlar çay daşları ilə bəzədiləcək.
Həmçinin, Tahir Kərimov Kürün Salyan ərazisindən keçən hissəsinin məcrasının dəyişdirilməsi ilə bağlı hazırlanan layihə barədə də dövlətimizin başçısına məlumat verib.
Şəhərdə görülən işlərlə tanışlıq zamanı Prezident İlham Əliyev sakinlərlə bir daha görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb. ölkənin hər yerində olduğu kimi, Salyanda da mövcud problemlərin aradan qaldırılması üçün görülən tədbirlərdən və nəzərdə tutulan proqram və layihələrdən danışıb.
Salyanlılar dövlətimizin başçısını hərarətlə yola salıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

