/ / Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq atçılıq turniri başa çatıb
Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq atçılıq turniri başa çatıb
26.04.2011 [09:54]
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılığın konkur növü üzrə 4 günlük beynəlxalq turnir aprelin 24-də Binə Atçılıq Mərkəzində Qran-Pri final yarışları ilə başa çatıb.
Final yarışlarını Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Atçılıq Federasiyasının prezidenti ülyahəzrətləri Haya Bint Əl Hüseyn izləyiblər.
Binə Atçılıq Mərkəzində yarışları izləyən çoxsaylı tamaşaçılar Prezident İlham Əliyevi, Mehriban xanım Əliyevanı və ülyahəzrətləri Haya Bint Əl Hüseyni hərarətlə qarşılayıblar.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əlahiddə nümunəvi orkestri marş ifa edib.
Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti Elçin Quliyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan bu mötəbər turnirin ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin mühüm tərkib hissəsi olduğunu deyib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın idman nailiyyətlərinin daha da artdığını bildirən E.Quliyev deyib ki, ölkəmizdə müasir idman infrastrukturu yaradılıb. Bu sırada atçılıq idman növünün inkişafı da mühüm yer tutur. Elçin Quliyev onu da diqqətə çatdırıb ki, hazırda Qarabağ və Diliboz at cinslərinin əvvəlki şöhrətinin qaytarılması, yeni atçılıq mərkəzlərinin yaradılması istiqamətində mühüm işlər görülür. Son illərdə beş atçılıq mərkəzi, həmçinin indiki beynəlxalq turnirin keçirildiyi Binə Mərkəzi istifadəyə verilib. Yaxın gələcəkdə ümumi sahəsi 86 hektar olan və atçılıq idmanının bütün növlərinin əhatə olunacağı Mərkəzi Atçılıq Bazasının tikintisinə başlanacaq. 2011-ci ildə isə yeddi beynəlxalq yarışın keçirilməsi nəzərdə tutulub ki, onlardan üçü artıq təşkil edilib. Elçin Quliyev bir daha dövlətimizin başçısına idmanın bu növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonra turnirin hakimləri və qaydalar elan olunub. Bildirilib ki, turnirin keçirildiyi meydanda 13 maneə quraşdırılıb və 16 sıçrayış nəzərdə tutulub. Maksimum hündürlük 150 santimetr, vaxt normativi isə 84 saniyədir. Turnirin mükafat fondu 117 min dollardır. Yarışda 12 idmançı 20 atla mübarizə aparır.
Meydana ilk olaraq Azərbaycan idmançısı Gennadi Qaşibəyazov “Ladzero” ləqəbli atı ilə çıxıb. Bütün maneələri 84.86 saniyəyə 4 cərimə balı ilə başa vuran idmançının çıxışı uğurlu olub. Sonra Rusiyadan Olqa Danilova “Kilar” ləqəbli atla, Azərbaycandan Hikmət Musayev “Layt Limerik”, Seyid Musayev isə “Ursula” ləqəbli atlarla, Polşa təmsilçisi Aleksandra Lusina “çiara MNM” ləqəbli atla, Azərbaycan idmançıları Patrik Mak Enti “David”, Françesko Franko isə “San Sebastian” ləqəbli atlarla çıxış ediblər. Turnirin ən uğurlu çıxışını Azərbaycan idmançısı Camal Rəhimov edib. O, “Bill Klinton” ləqəbli atı ilə maneələrin hamısını 79.15 saniyəyə heç bir cərimə xalı olmadan keçərək bütün rəqiblərini geridə qoyub.
Bolqarıstan təmsilçisi Tenev Venetto “Uterusa”, Belarusdan olan Viktor Petrov “Sindi Lupə”, Gürcüstandan Şalva Qaçeçeladze isə “Konrad Deluks” ləqəbli atlar ilə o qədər də uğurlu çıxış etməyiblər. Azərbaycan idmançısı Gennadi Qaşibəyazov “Papirus”, Rusiya təmsilçisi Olqa Danilova “Vodka laym”, Azərbaycan idmançıları Hikmət və Seyid Musayevlər “Arko VDH” və “Habab de Belou”, Polşa idmançısı Aleksandra Lusina “Bahar MNM”, Azərbaycandan Patrik Mak Enti isə “Konkord-57” ləqəbli atlar ilə çıxış ediblər. Azərbaycan idmançıları Françesko Franko “Zidan”, Camal Rəhimov “Platin E”, Gürcüstan təmsilçisi Kaxaber Kikiani isə “Kalitsa MS” ləqəbli atlar ilə yarışları başa vurublar.
Yarışlar başa çatdıqdan sonra keçirilən şouda məşhur Qarabağ atı nümayiş etdirilib. Balaca idmançılar da öz məharətlərini göstəriblər. Digər məşhur at cinslərinin nümunəvi çıxışları da azarkeşlər tərəfindən maraqla qarşılanıb. Sonra Pekin Yay Olimpiya Oyunlarının təsnifat mərhələsində Azərbaycanın atçılıq idmanını layiqincə təmsil edən 16 yaşlı “Hollivud” ləqəbli at meydana gətirilib və “fəxri təqaüdə” göndərilib.
Turnirdə ən yaxşı nəticə göstərən “Bill Klinton” ləqəbli atın sahibinə isə “KİA” markalı avtomobilin açarları təqdim olunub.
Daha sonra qalib idmançıların mükafatlandırma mərasimi keçirilib.
Beşinci yerin qalibi “David” ləqəbli at ilə Azərbaycan idmançısı Patrik Mak Enti olub.
Dördüncü yeri Azərbaycan təmsilçisi Camal Rəhimov “Platin E” ləqəbli at ilə tutub.
üçüncü yerə digər Azərbaycan idmançısı Gennadi Qaşibəyazov “Ladzero” ləqəbli at ilə çıxıb.
İkinci yerin sahibi də “Konkord-57” ləqəbli at ilə Azərbaycan idmançısı Patrik Mak Enti olub.
Nəhayət, Qran-Pri turnirində birinci yerin və Heydər Əliyev kubokunun sahibi elan edilib. Bu mükafatlara “Bill Klinton” ləqəbli at ilə Azərbaycan idmançısı Camal Rəhimov layiq görülüb.
Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ülyahəzrətləri Haya Bint Əl Hüseyn təqdim ediblər.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başa çatıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58

